اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1856 2017/11/17 - 19:52 68
Əhli-beyt (ə) dünya yükündən uzaq olanlar

Ustad Füruğinin məhzərində

Əhli-beyt (ə) dünya yükündən uzaq olanlar

Bismillahir-rəhmanir-rəhim

İnsan məna aləmini və tövhid dəryasını seyr etmək istəyirsə, dünya yükünü yerə qoymalıdır.

İlahi peyğəmbərlər (ə) və Əhli-beyt (ə) bu aləmdə dünya yükündən uzaq olublar. Bütün diqqətini onlara yönəltməlisən, əlini onlara tərəf açmalısan, onlardan yardım diləməlisən.

يَا مُحَمَّدُ يَا عَلِيُّ، يَا عَلِيُّ يَا مُحَمَّدُ، اكْفِيَانِي

Ya Muhəmməd, Ya Əli, ya Əli, ya Muhəmməd kifayət edin məni[1]

Özləri bizi çağırırlar. Əhli-beyt (ə) rəhmətdirlər[2]. İmam Zaman (əc) Allahın rəhmətinin təcəllasıdır. İmam Sadiq (ə) “Mərhəmətim hər şeyi ehtiva etmişdi”[3] ayəsinin izahında buyurur: “Aləmi doldurmuş o rəhmət mənəm”[4]

Məhəbbət və rəhmət varlıq aləminin bütün zərrələrini doldurmuşdur. Görək, bu rəhmətdən faydalana bilərikmi?

Əgər nəzər əhlinə baxmaq istəyirsənsə, maneələri aradan qaldırmalısan ki, onlar da sənə səni görə bilsinlər.

Manelələri aradan qaldırmalısan ki, məna aləmində sənə nəzər edə bilələr. Özünə qayıtmalısan və özünü daha da gözəlləşdirməlisən ki, sənə nəzər salsınlar.

Allahın lütf və rəhməti ilə sevin

Nə vaxt kədər, nə vaxt sevinc? Allah bəzən buyurur: “Sevinmə”[5]. Məğrur olma. Bəzən də buyurur: “(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə – ancaq onunla sevinsinlər”[6].

Hədisdə buyurulur ki, Allahın fəzl və lütfü həzrət Rəsuli-əkrəm (s), rəhməti Əli, yəni vilayətdir. Əgər risalət və vilayəti ürəyində toplaya bildin, onda sevinc, eşq, ləzzət və gülmək yeridir. Daha dünya səni sərməst etməməlidir. Dünya adamı sərməst etdikdə insanın qəlbi qıfıllanır.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

———————————————-

[1] . “Dəlailul-imamiyyə”, səh. 552.
[2] . “Mən la yəhzəruhul-fəqih”, c. 2, səh. 613.
[3] . “Əraf” surəsi, ayə 156.
[4] . “Əlhidayətul-kubra”, səh. 400.
[5] . “Qəsəs” surəsi, ayə 76.
[6] “Yunus” surəsi ayə 58.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?