اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1865 2017/11/17 - 20:20 81
Ərəfə dənizindən Qurban bayramı sahilinə qədər

Ustad Füruğinin məhzərində

Ərəfə dənizindən Qurban bayramı sahilinə qədər

Bismillahir-rəhmanir-rəhim

çıxışı-Füruği-Tövhid Mərkəzi, 22/9/2015

Kəlimiyyə çilləsi seyri-süluk əhli arasında çox mühüm sayılır və onun vaxtı tamam olmaq üzrədir.

Ərəfə gecəsinin duasında oxuyuruq:

“اللَّهُمَّ هَذِهِ الْأَيَّامُ الَّتِي فَضَّلْتَهَا عَلَى غَيْرِهَا مِنَ الْأَيَّامِ وَ شَرَّفْتَهَا وَ قَدْ بَلَّغْتَنِيهَا بِمَنِّكَ وَ رَحْمَتِك‏”

İlahi! Bu günlər həmin günlərdir ki, Sən onu digər günlərdən fəzilətli və üstün etdin və ona şərafət bağışladın. Öz inayət və rəhmətinlə məni o günlərə çatdırdın. (“İqbalul-əmal”, c.1, səh. 322.)

Bu günlərdə Mütəal Allah həzrət Musanı (ə) öz ziyafətinə dəvət etdi:

“وَ واعَدْنا مُوسى‏ ثَلاثِينَ لَيْلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ فَتَمَّ مِيقاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَة”

“Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik”. (“Əraf” surəsi, ayə 142.)

Bu ayə nə qədər ürək oxşayan bir ayədir! Buyurur: “Biz Musa ilə vədələşdik”. Həzrət Musa (ə) kim idi? Buyurur: “Və Mən səni Özümə (peyğəmbər) seçdim!” (“Taha” surəsi, ayə 41.)

Bu günlərin vasitəsilə elə ki, ürək Allaha tərəf yönəlilr, insan düzəlir. Həzrət Musa, Allahın xas və sonu olmayan feyzlərinə yetişəmək üçün 40 gecə-gündüz öz qəlbi və canı ilə seyr etdi. Onun fəzlinə nə qədər güvənirik?! Ürəyimizi nə qədər Ona vermişik?! Bu günlərdə ürəyimizi Ona verməyi öyrənməyi məşq etməliyik.

Bütün aləm töbhiddə üzür.

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ الْمَلِكِ الْقُدُّوسِ الْعَزِيزِ الْحَكِيمِ

“Göylərdə və yerdə nə varsa, (hamısı) mülkün hökmdarı, müqəddəs, yenilməz qüvvət, hikmət sahibi olan Allahı təqdis edib Onun şəninə təriflər deyər!” (“Cümə” surəsi, ayə 1.)

İnsanın bağlılıqları onu tövhid dəryasında üzməyə imkan vermir. Həzrət Musa (ə) Haqqın vüsalına yetiişmək üçün 40 gecə-gündüz hər şeydən və hər kəsdən ayrıldı, hətta, yemək də yadından çıxdı. Cism və maddiyyata yönəlmək bizim uçuşumuza mane olmuşdur. Mövləvi deyir:

Bizim suyumuz palçığın məhbusu qalmışdır

İndi bizi palçıqdan öz rəhmət dənizinə cəzb et.

Bizim həyat suyumuz yuxarıdan nazil olmuşdur, amma palçığa batmışdır.

Ustadımız deyir:

Mən demirəm səməndər ol, ya kəpənək ol

Əgər yanaq fikrinə düşmüsənsə, mərd ol!

Əgər seyri-süluk əhli olmaq istəyirsənsə, özünü məşğul etmə, ciddi ol! Məhərrəm, Səfər, mübarək Ramazan ayı, Zilhiccə bunlar hamısı Allahın xas aylarındadır. Niyə yuxarı qalxa bilmirik?

Bu çillə Qurban bayramı ilə sona yetir. Hər kəs Ərəfədə mərifətə yetişsə, Qurban bayramında qurbanlıq olur.

Həqiqətə yetişdikdə sənin üçün bayram olur. Qurban bayramı, yəni həqiqətə çatmaq və zibhullah olmaq.

Ərəfə gecəsi də ibadət gecəsidir. İmam Hüseyn (ə) Ərəfə duasında gözəl anlayışlar vermişdir. Bu dua fəqirliyin etirafıdır.

“عَطَفْتَ عَلَيَّ قُلُوبَ الْحَوَاضِنِ وَ كَفَّلْتَنِي الْأُمَّهَاتِ الرَّحَائِم‏”

“Dayələrin qəlbini mənə qarşı mehriban etdin və mehriban anaların (dayə və ananın) vasitəsi ilə mənə zamin oldun”. (“İqbalul-əmal”, c. 1, səh. 340.)
Məsum imam (ə) Allahın dilidir, onların dili ilə Allahla danışmaq lazımdır.

“فَبِأَيِّ شَيْ‏ءٍ أَسْتَقْبِلُكَ يا مَوْلاي”‏

“Ey mənim Mövlam, hansı vasitə ilə Sənin hüzuruna gəlim?” Özümlə nə gətrim? Mən ki, fəqirəm və heç nəyim yoxdur!

“أَبِسَمْعِي أَمْ بِبَصَرِي، أَمْ بِلِسانِي أَمْ بِيَدِي أَمْ بِرِجْلِي؟”

“Gözüm, əlim, qulağım və dilimləmi, yoxsa, əllərim və ayaqlarımlamı?” Hansı bədən üzvlərimlə Sənin hüzuruna gəlim?!

“أَلَيْسَ كُلُّها نِعَمَكَ عِنْدِي‏”

“Bunların hamısı ixtiyarımda qoyduğun nemətlər deyilmi?” Bunaların hamısı Sənin mənə verdiyin nemətlərdir, mənim özümün heç nəyim yoxdur. Bu Sənin mənə verdiyin sənəddir.

“وَ بِكُلِّها عَصَيْتُكَ يا مَوْلايَ”

Mənə verdiyin nemətlərlə günah etmişəm.

“فَلَكَ الْحُجَّةُ وَ السَّبِيلُ عَلَيَّ”

“Mənə höссət tamamlanmış və işlər mənim əleyhimədir!” (“İqbalul-əmalul-həsənə”, c. 83, səh. 340.)

Mənim heç bir dəlil və höccətim yoxdur, danışmaq üçün sözüm yoxdur. İşləri korlamışam!

Amma:

“يَا مَوْلَايَ أَنْتَ الَّذِي أَنْعَمْتَ أَنْتَ الَّذِي أَحْسَنْت‏…”

“Ey mənim Mövlam, Sənsən nemət verən, yaxşılıq edən…!” (“İqbalul-əmal”, c. 1, səh. 344.)

İlahi, bizi mehri-məhəbbət əhli et və bizi bağışla!

Hazırladı: Füruği-Tövhid Tədqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?