اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1771 2017/11/05 - 14:17 84
Allahın hüzuruna diqqət

Ustad Füruğinin məhzərində

Allahın hüzuruna diqqət

Allahın Öz bəndələrinə göstərişlərindən biri də budur: “Bəndəm Mənim ona qarşı diqqətimi qorumalıdır”. (“Biharul-ənvar”, c. 74, səh. 22)

Bunun mənası odur ki, bəndə Allahın hüzurunda olmalıdır. Doğrudan da Allahın hüzuruna inanmaq insanı dəyişdirir.
Hüzurun iki mərtəbəsi vardır:

Birinci mərtəbəsi budur ki, insan özünü Allahın hüzurunda görsün və Allahın hazır olduğuna, onun əməllərini gördüyünə inansın.

İkinci isə insanın o hüzura yetişməsidir. Bu mərtəbəyə çatmaq xas bəndələrin işidir.

Qurani-kərimdə Allahın hüzurunu diqqətə çatdıran çoxlu ayələr vardır. O cümlədən:

“Həqiqətən, Allah nə etdiklərinizi görəndir!” (“Bəqərə” surəsi, ayə 110)

“Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!” (“Hədid” surəsi, ayə 4)

“Biz ona şah damarından da yaxınıq!” (“Qaf” surəsi, ayə 16)

“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm”. (“Bəqərə” surəsi, ayə 186)

Rəvayətdə gəlib ki, Həzrət Musa (ə) Allaha xitab edərək dedi: “Ey Rəbbim! Sən məndən uzaqsanmı, Səni səsləyim, ya mənə yaxınsan ki, Səninlə pıçıldaşım?” Allah Taala buyurdu: “Mən, Məni yad edən kəsin yanındayam”. (“Kafi”, c. 2, səh. 496)

Peyğəmbər (s) və imamların hüzuru

Rəsuli-əkrəm (s) buyurur: “Gözlərim yatır, amma qəlbim yatmır”. (“Biharul-ənvar”, c. 22, səh 27)

Ravi deyir: “İmam Sadiqin (ə) mənzilinə çatıb qapını döydüm. Həzrətin kənizi qapını açdı. Kənizi gördüm və əlimi onun sinəsinə qoydum. İmam (ə) bir neçə divar fasiləsi olan evin içindən uca səslə buyurdu: Gəl içəri, anan ölsün! İçəri daxil oldum. Həzrət buyurdu: Nə üçün günah etdin? Dedim: Allaha and olsun, günah etmək niyyətində deyildim. Sizin elminizi yoxlamaq istəyirdim. İmam (ə) buyurdu: Elə güman edirsən ki, divarlar bizim üçün pərdədir? Belə olsaydı, bizimlə sizin aranızda nə fərq olardı?!” (“Biharul-ənvar”, c. 46, səh. 248)

İmamları tanımayanlar onlardan uzaqlaşdı. Elə sandılar ki, imam yanlız vali təyin etmək üçündür! Anlamadılar ki, imamət, eynullah (Allahın gözü), yədullah (Allahın əli), nurullah (Allahın nuru), qüdrətullah (Allahın qüdrəti), lisanullah (Allahın dili) deməkdir.

İmam Zamanın (əc) ziyarətnaməsində oxuyuruq: “Salam olsun sənə, ey Allahın Öz yaratdıqları arasında gözü!” (“Biharul-ənvar”, c. 99, səh. 215)

Yəni, ey İmam! Sən hazırsan, məni görürsən və heç bir şey səndən gizli deyil.

Bu hüzurun şahidi Quran ayəsidir: “De: “əməl edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!”. (“Tövbə” surəsi, ayə 105)

“(Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!” (“Fussilət” surəsi, ayə 54)

Habelə, möminlərin də başqalarının əməllərini görmələri mümkündür. Bəzən Allah birini islah etmək üçün möminlərə onun əməlini görməyə izn verir. İslah məqsədi ilə olmasa, Allah buna izn verməz. Çünki O, eybləri örtəndir.

Ayətullah əl-üzma Mərəşi Nəcəfinin vurğunlarından olan bir nəfər tacir deyirdi: “Zülmkar şah zamanında keşikçi idim. Günlərin birində 15-16 yaşında bir gəncin Mercedes-Benz maşınında sükan arxasında oturduğunu gördüm. Onun sürücülük vəsiqəsi olmadığına əmin oldum. Maşını saxladım. O, göy rəngli beş tümənlik çıxarıb mənə verdi. Pulu alıb, onun tez ordan uzaqlaşmasını istədim”.

Həmin gün qüsl etməli idim. Özlüyümdə fikirləşdim ki, ümumi hamama gedib, bu pulu verib qüsl edərəm. Bu fikirdə idim ki, görüm, Ayətullah Mərəşi Nəcəfi sübh namazı qılmaq üçün hərəmə gedir. O, öz yolunu dəyişib, mənim keşikdə dayandığım qapıya tərəf gəldi. Qapının ağzında dayanaraq məni çağırdı. Göy rəngli beş tümənlik mənə verib dedi: “Haram pul ilə qüsl etmək icazəli deyil və qüslü batil edir”.

Fikrə daldım! Dedim, əgər bu insandırsa, bəs onda mən kiməm?!

Sübhün ilk çağı idarəyə gedib, istefa verdim və Ayətullah Mərəşi Nəcəfinin müridi oldum ki, insan olum.

Həqiqətimizlə ilgisi olmayan şeylərlə özümüzü tapmaq istəyirik. Nəticədə isə özümüzü itiririk.

Bir nəfər dəli həmişə öz boynundan boranı asırdı. Bir dəfə o yatdıqdan sonra yoldaşlarından biri boranını onun boynundan çıxarıb, öz boynundan asır. Dəli yuxudan ayılır və boranının yoldaşının boynundan asıldığını görür. Heyrətlənib deyir: Əgər o, mənəmsə, bəs mən kiməm?! Mənim boynumun boranısı, nə üçün onun boynundan asılıb?!

Əgər sən mənsənsə, bəs mən kiməm

Əgər mən mənəmsə, hardadır boynumun boranısı?!

Batil və qeyri-həqiqi şeylərlə özümüzü tapmaq istəyirik; döşənəcək, maşın, həsir, vəzifə, batil və bizdən olmayan işlərlə. Ona görə də bir müddətdən sonra bir yerə çata bilmədiyimizi görürük.

Özümüzü tapmaq istəyiriksə, özümüzü Allahın, Peyğəmbərin (s) və imamların (ə) hüzurunda görməliyik ki, Allahla, Onun Rəsulu və imamlarla birgə olmaq ədəbinə çata bilək.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?