اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1987 2018/03/08 - 15:24 87
Aşiqlərin ibadətinin sirri 1

Böyük Ustad Ayətullah Füruği

Aşiqlərin ibadətinin sirri (İkinci hissə)

Bəziləri cənnət, onun nemətləri və cəhənnəm əzabından qurtulmaq üçün Allaha tacirsayağı ibadət edirlər. Mütəal Allaha öz lütf və mərhəməti üzündən savab və nemət vədəsi vermişdir. Amma məsələyə diqqətlə baxsaq tacirsayağı ibadətin ibadət deyil, günah olduğunu görərik. Mərifət əhlinin bəzilərinin əhvalı barədə deyirlər ki, onlar öz ibadətlərinə, hətta istiğfarlarına görə Allahdan əfv diləyiblər, bağışlanmalarını istəyiblər. Buradan məlum olur ki, onlar çox yüksəyə qalxıblar və yuxarı məqamdan öz əvvəlki əməllərinə baxıblar.
İnsan özünə qayıtmalı, özünü tanımalıdır. İnsanın özünü həqiqətən tanıması odur ki, öz vücudundakı yoxsulluğu görsün.
İnsan öz varlıqlarına qarşı malikiyyət hiss edir, mənlik onun bütün vücudunu bürümüş, Allahın malını Ona təslim etməmiş, Allahın haqlarını yerinə yetirməmişdir. Ona görə də insan özünə gəlməli, başa düşməlidir ki, hər nə varsa Onundur və biz özümüz də Onun mülküyük.
Bir tələbə Ayətullah Pəhləvaninin evinə daxil oldu və uca səslə dedi: – Ağa, ağa başa düşdüm!
– Nəyi başa düşdün?
– Başa düşdüm ki, mən qəsbkaram. Müşahidə etdim ki, bütün aləm Allahındır; elm, həyat, güc və bütün varlıq Onundur. Ondan başqa aləmdə yoxluqdan başqa heç nə yoxdur, bütün fel, sifət və zatlar Onda məhvdir. Yalnız Odur ki, Allahlıq edir. Bundan əvvəl elə güman edirdim ki, bunlar hamısı mənim özümündür. Amma indi başa düşdüm ki, bir ömür qəsbkarcasına yaşamışam.
Bu, Həzrət Dostun təcəllisinin təsirindəndir ki, saliki məst edir.
Belə bir hal yarandıqda və aləmin dəmirdən tutmuş insana qədər hər bir zərrəsinin Haqq Taalanın mülkü olduğunu başa düşdükdə, daha cənnət tamahından və cəhənnəmin qorxusundan keçirsən, şükr edən halda Rübubi Zatın qarşısında səcdəyə düşürsən, Haqqın camal, gözəllik və həmd-sənasına diqqət məqamına yetişirsən, ibadətin aşiqcəsinə, şükr edən halda olur. Belə olduqda daha ibadət etməkdən yorulmursan.
Rəsuli-əkrəm (s) buyurur: “Mənim ibadətim şükr etmək üçündür”.
“Allahın rəsulu (s) o qədər namaz qılırdı ki, ayaqları şişirdi və buyururdu: “Mən şükr edən bəndə olmayımmı?!” (“Misbahuş-şəriət”, səh. 170)
«كَانَ رَسُولُ اللَّهِ(ص) يُصَلِّي حَتَّى يَتَوَرَّمَ قَدَمَاهُ وَ يَقُولُ أَ فَلَا أَكُونُ عَبْداً شَكُورا»ً
Həzrətin bu bəyanı onun Haqq Taalanın sonsuz camal və gözəlliklərinə diqqətini göstərir.
Rüku edəndə bizim məstliyimizi artır
Səcdədə məqamımızı uca zirvəyə qaldır
Qünutda bizə bizdən bir zərrə də qalmasın
Özün de, Özün eşit dodağımızdan sözümüzü (“Feyz Kaşaninin şer divanı”, 38-ci qəzəl)
Mənlikdən boşaldıqda Allahla dolacaqsan. Bu zaman sənin vücudun ondan nida gələn Turi-Sina ağacı olacaq. “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur.” (“Taha” surəsi, ayə 14)
﴿إِنَّنِي أَنَا اَللّهُ لا إِلهَ إِلاّ أَنَا﴾
Əgər sənəm təcəlli etsə, güzgütək onunla dol
Əgər zülfün açsa sənəm, zülfündə daraq ol
Bütün aləm Haqqın məstidir; hərəkət edən ildırım, yağan yağış, çiçəklənən bağ, dağ, çöl, səhra, damla və dərya hamısı Onun məstidir.
“Göylərdə və yerdə nə varsa, Allahı təsbih və təqdis edər!” (“Cümə” surəsi, ayə 1)
«يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ»
Təsbih etmək, bütün varlıq aləmindəki mütləq həqiqətə diqqət etməyi göstərir. Heç bir zərrə heç bir an bu diqqətdən boş deyildir.
Dəvələrin sarvanları karvan arasında başdan-başa məst
Şah məst, xacə məst, yar məst, əğyar məst
Bağbanlar sazəndə, yağan bulud oldular
Bağ məst, çöllər məst, qönçə məst, tikan məst
(“Divani Şəms”, 39-cu qəzəl)
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?