اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1250 2017/10/01 - 13:53 39
انسانِ جاری - استاد فروغی

Ayətullah Füruğinin hüzurunda

Axar insan

Bismillahir-rəhmanir-rəhim

Xoy rayonu, Məhərrəmin birinci ongünlüyü-2015

İnsanın mərifət və kamalı onun üçün cənnətə çevrilir. Gərək bu mərifət sənin daxilində yaransın ki, özün cənnət olasan və əzəmətli cənnətə gedəsən. Hər şəxsin mərifət, əxlaq və kamalı həddində həqiqi nemətlər onun üçün zühur edir. İnsanın cənnətdə dərdiyi meyvələr bir-birindən fərqlidir. Cənnətdə yemək, yatmaq üçün deyil. Hər bir yeməli şeydə Haqqın zühuru vardır. Ona görə də mərifət əhli deyir: “Cənnətin ən ləziz meyvələri ilahi mərifətdir”. Ürək və düşüncəni mərifətlə doldursan, xatircəm və qərarlaşmış nəfs sahibi olur, axar insana çevrilirsən.

Kərbəla səhnəsinə baxdıqda axar insan görürük. Yəni bəşəriyyətin tarixi boyu, qiyamətə qədər axar olan bir insan. İnsan da su kimi axar ola bilər. Su axdıqca həyat gətirdiyi kimi axar insan da bəşər üçün həqiqi həyat gətirir.

Bu anlayış və maarifi Aşura ziyarətinin mətnində də görmək olar. Əba Əbdillah Hüseynə (ə) xitab edərək deyirik:

«وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيبَتُكَ فِي السَّمَاوَاتِ عَلَى جَمِيعِ أَهْلِ السَّمَاوَات‏»

“Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, yanıqlıdır”[1].

Yəni, imam Hüseyn (ə) bütün aləmə axır! Bu dərin və sirli bir mövzudur. Maddi insan bunu dərk etmir.

Bəzən insan öz inancından yuxarı hərəkət edir, haqq və həqiqəti şühud etməklə imam Hüseynin (ə) müsibətinin bütün yaradılışı axdığını düşünür. Bu imam Hüseynin (ə) vücudunun genişliyini və bütün aləmin həyatı olmasını göstərir. Deyirsən:

«اللَّهُمَّ أَحْيِنِي حَيَاةَ مُحَمَّدٍ وَ ذُرِّيَّتِه‏»

“İlahi, məni Məhəmməd və onun zürriyyəsinin həyatı ilə diri et”[2].

İnsanın axar olmasının səbəblərindən biri də bəla və müsibətdir. Allah, bəzən insana nemət verir, bəzən də bəla. Bəzən insanın ağzına şirin tikə qoyur, bəzən də acı. Bəzən dünya nemətini insana verir, bəzən də onu fəqirlikdə yandırır. Çünki aləmin quruluşu, tərbiyə quruluşudur. Allah, mizban və ev sahibidir. Həm bəla, həm də asanlıq zamanı qonaqlıqda bir istəyi vardır və insanı imtahana çəkir. Nemət verir, imtahan üçün. Onda tüğyan etmə. Ona verilən nemətə görə tüğyan edən, yaranışın tərbiyə üçün olduğunu başa düşmür. Təbiət aləmi tənəzzüllə düçar olur. Allah, insanı bu aləmdən xaric etmək istəyir. İnsan bəlaya görə narahat olub, dözümsüzlük göstərsə, süqut edəcək. Ona görə də özünü Allahın qonağı bilməlidir.

Allah Təbarək və Taala Qurani-kərimdə buyurur:

«إِنَّ رَبَّكَ لَبِالْمِرْصاد»

“Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür”[3].

Allah, səni izləyir, tövhid ovlağında səni ovlamaq istəyir. Diqqətli ol ki, Allah hədlərindən çıxmayasan. Ona görə də buyurur:

«فَأَمَّا الْإِنْسانُ إِذا مَا ابْتَلاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَ نَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَن* وَ أَمَّا إِذا مَا ابْتَلاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهانَن»

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. “Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”[4].

Bu ayələrə diqqət edin. Allah, bu ayələrdə insanşünaslıq edir və onu maddi bir mövcud kimi tanıtdırır.

Hazırkı dövrdə texniki imkanlar güclənib. Bir saat müddətində ölkənin bir tərəfindən digər tərəfinə, bir neçə saata dünyanın bu tərəfindən o tərəfinə getmək olur. İnsanın sürəti artıb və zamandan yaxşı istifadə edir. Elə bil ki, ömürü neçə dəfə artıb. Qədim zamanda altı aya getdiyi yolu, indi bir günə gedə bilir. Sanki, ömrü o qədər artıb. Amma bunlar vasitədirlər, insanın inkişafı yox, vasitələrin inkişafı. İnsan, tərəqqi edibmi? Maddədən yüksək aləmə yol tapa bilibmi? Təəssüflər olsun ki, insan süqut etmişdir. Bu vasitə və alətlərin ixtirası ilə təkəbbür və qürura düçar olmuşdur, münasibətlərini maraqları əsasında tənzimləmişdir və məhəbbəti unutmuşdur.

Alətin kamalı, insanın kamalıdırmı? İnsanı öz təbiətinə buraxsaq, insanın meyarı maddi və dünyəvi maraqlardırmı?

«يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة*ارْجِعي‏ إِلى‏ رَبِّكِ راضِيَةً مَرْضِيَّةً»

“Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!”[5]

Sivilizasiya bəşər üçün “arxayın nəfs” gətiribmi? Qərb yazıçılarından biri 20-dən çox sivilizasya və mədəniyyətin adını çəkərək yazır: “Digər xüsusi bir mədəniyyət vardır ki, onun işi insanlarladır və o Hüseyn (ə) mədəniyyətidir. O bir mədəniyyətdir ki, milyonlarla insan bir anda deyir: Ləbbeyk, ya Hüseyn!. Bu mədəniyyətin insanların ürəyi və batini ilə işi vardır və ona həyat verir”.

İnsan özünün təbiət aləmi ilə yaşayır və Allah onu bəla və imtahana düçar edir: “İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə”.

Elə ki, Allah onu əzizlədi, başına əl çəkdi, ona nemət verdi, insan deyər: “Rəbbim mənə ehtiram göstərdi!”

Sonra isə məğrur olar və tüğyan edər. Rəvayətdə gəlimişdir ki, neçə şey insanı məst edər:

«أَصْنَافُ السُّكْرِ أَرْبَعَةُ: سُكْرُ الشَّبَابِ وَ سُكْرُ الْمَالِ وَ سُكْرُ النَّوْمِ وَ سُكْرُ الْمُلْك‏»

“Məstlik dörd növdür: cavanlıqdan gələn məstlik, sərvət məstliyi, yuxu məstliyi, rəyasət məstliyi”[6].

Əgər insan özünü tərbiyə edə bilməsə, məstliyə düçar olar. Bəzi şeylər insanı o qədər məst edir ki, qiyamətə qədər onun məstliyindən ayıla bilmir. İsrafilin suru çalınmayınca, hər şey bir-birinə qarışmayınca, ayılmır.

Elə ki, dünya insana üz gətirir, o özünün əziz olduğunu düşünür. Amma diqqət etmir ki, “Şübhəsiz ki, Rəbbin (bəndələrinin bütün əməllərini) baxıb görür”[7].

Namaz qılmaq, oruc tutmaq ovlağa getməkdir. Məscidə gəldikdə, həqiqətdə tövhid ovlağına gəlirsən. Burada səni ovlayırlar. Əhli-beytin (ə) ovu olursan.

“Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”.[8]

Allah, insanı imtahan edir, onun ruzisini azaldır, nemətlərini azaldır, onda insan öz maddi varlıq olan insan deyir ki, “Rəbbim məni alçaltdı”. Yəni maddi insanın nə gülümsəməsi Allaha xatirdir, nə də ağlaması. Gülmək və ağlamaq üçün meyar dünya olur.

Sənin bu məclisdə ağlamağının və qara geyinməyinin mənası vardır. Şiə, gülməyini və ağlamağını tənzimləmişdir.

Gülmək lütfündən hekayət edir

Ağlamaq qəhrindən şikayət edir.

Yəni, gülməyim sənin lütfünü göstərir, əgər ağlayıramsa, küsməyindən qorxduğum üçündür. Ən böyük müsibət Allahın və Allah övliyalarının insandan küsmələridir.

Ağlamaq və gülmək bir-birinin ziddidir, amma hər ikisi bir həqiqətdən xəbər verir: Allahdan. Allah tərəfindən nemət, yaxud bəla yetişdikdə insan, Allah məhzərində imtahan verdiyini bilməlidir. Onda axıcı olacaq. İnsan əvvəl torpaqdan axır və ərşə yetişir. Sonra ərşdən çay olur, yerə axır.
Ərşdən ağlayırsan, kövsər olub, yerə axırsan!

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

————————————————————–
[1] . “Misbah əl-muctəhid və səlah əl-mutəəbbid”, səh. 774.
[2]. “Misbah əl-muctəhid və səlah əl-mutəəbbid”, səh. 780.
[3] . “Fəcr” surəsi, ayə 14.
[4] . “Fəcr” surəsi, ayələr 15-16.
[5] . “Fəcr” surəsi, ayələr 27-28.
[6] . “Tuhəf əl-uqul”, səh. 124.
[7] . “Fəcr” surəsi, ayə 14.
[8] . “Fəcr” surəsi, ayə 16.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?