اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 87 2017/06/17 - 03:24 65
اهمّيت و فضيلت جوع در كلام آيت الله جوادی آملی (سلّمه الله)

Ustadların məhzərində

Ayətullah Cavadi Amulinin kəlamında ac qalmağın fəzilət və əhəmiyyəti

Bismillahir-rəhmanir-rəhim

Ruh və nəfsin təzkiyəsinin yollarından biri də ac qalmaqdır. Bu şühud üçün zəminə yaradır və ona tövsiyə edilmişdir. Əlbəttə ziyanlı və ifrat həddə deyil, orta həddə və faydalı ac qalmaq. Həzrət Əlinin (ə) Rəsuli-əkrəm (s) barədə kəlamlarından biri belədir:

“إِذْ جَاعَ فِيهَا مَعَ خَاصَّتِهِ… فَتَأَسَّى مُتَأَسٍّ بِنَبِيِّهِ وَ اقْتَصَّ أَثَرَهُ وَ وَلَجَ مَوْلِجَهُ وَ إِلَّا فَلَا يَأْمَنِ الْهَلَكَة”

“…Çünki o əziz öz yaxınları ilə aclıq çəkirdi. Bəs hər kəs öz peyğəmbərinə iqtida etmək və işlərində onu örnək götürmək istəyirsə, gərək ayağını onun ayağının izinə qoysun. Budan qeyri surətdə həlak olmaqdan amanda qalmayacaq”. (“Nəhc əl-bəlağə”, səh. 229.)

Həzrət İsa (ə) barədə də buyurur:

“كَانَ إِدَامُهُ الْجُوع‏”

Orta həddə ac qalmağın fəziləti barədə belə hədislər ac qalmağın yaxşı olmaması barədəki yanlış fikirlərə cavab verir. Çünki aləmin sirlərini başa düşmək və liqaullaha yetişmək üçün insanın qüvvəsini təmin edəcək miqdarda qida ilə kifayətlənmək lazımdır. İslamın əxlaq təbirlərində gəlib:

“مَا مَلَأَ آدَمِيٌّ وِعَاءً شَرّاً مِنْ بَطْنِه‏”

“İnsan heç bir qabı pis qarın qabı kimi doldurmayıb”. (“Bihar əl-ənvar”, c. 1, səh 226.)

Qarın dolu olduqda dərk yolu bağlanır və çox yeyən adam heç vaxt düzgün düşüncəli ola bilməz və aləmin sirlərini başa düşə bilməz. Çox yemək xəstəlik və iradəsizlik gətirir, orta həddə yemək isə sağlamlığa, uzun ömürə və qəlbin nuraniliyinə səbəb olur.

Həddindən artıq yemək qida həzm olunana qədər ruhu qatır, bədəni daha artıq maddələr mübadiləsinə məcbur edir və nəticədə insanı vaxtından qabaq əldən salır. Adətən, çox yeyən adamların ömrü uzun olmur. Həmçinin çox yemək adamın xəstələliyini və yuxusunu artırır.

Rəsuli-əkrəmin (s) səhabələri onun yanına gəldikdə həzrət onlara buyururdu: “Keçən gecə sizə müjdə verəcək hansı yuxunu görmüsünüz?” (“Əl-kafi”, c. 8, səh. 90.)

Bu kəlam göstərir ki, insan bir şey başa düşmək üçün yatır, daha çox yeyib, artıq yatmaq üçün yox.

Əmir əl-möminin (ə) barəsində deyirlər ki, həzrət bir gün öz bağbanına buyurdu: “Sadə bir yeməyim var ki, sizə layiq deyil”. Həzrət özü o yeməkdən yedi sonra isə qarnına xitab edərək buyurdu: “Qarın bu sadə yeməklə doyursa, pisdir o adamın halı ki, qarını onu cəhənnəmə aparır”. (“Mustədrək əl-vəsail”, c. 16, səh. 330-331.)

————————————————————
Qaynaq: “Əməli irfani dər pərtoyi elmi vəhyani”, səh. 140.

Müəllif: Ayətullah Cavadi Amuli.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?