اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 78 2017/06/17 - 02:55 51
دحوُالارض در كلام آيت الله سعادت پرور (پهلوانى)

Ayətullah Əli Səadətpərvərin məhzərində

Dəhvul-ərz, Ayətullah Əli Səadətpərvərin (Pəhləvani) kəlamında

Mərhum Seyid ibn Tavus dəhvul-ərz günü olan zulqədənin iyirmi beşinci günü münasibətilə dua qeyd etmişdir. O duadan bir neçə cülməyə diqqət edək: 

«أَللَّهُمَّ! داحِىَ الْکَعْبَهِ وَ فالِقَ الْحَبَّهِ وَ صارِفَ اللَّزِبَهِ وَ کاشِفَ الْکُرْبَهِ!»

“İlahi, ey Kəbəni genişləndirən və toxumu yaran və çətinlikləri döndərən, və hər bir narahatlığı aradan aparan!” (“İqbalul-əmal”, səh. 312)

Bu duada əvvəl Haqq Subhan həmd və tərif edilir, sonra dəhvul-ərz gününün əzəmətinə işarə olunur:

«أَسْأَلُکَ فِى هذَا الْیَوْمِ مِنْ أَیّامِکَ الَّتِى أَعْظَمْتَ حَقَّها وَ قَدَّمْتَ سَبْقَها، وَ جَعَلْتَها عِنْدَ الْمُؤمِنِینَ وَدِیعَهً، وَ إِلَیْکَ ذَرِیعَهً وَ بِرَحْمَتِکَ الْوَسِیعَهِ.»

“Bu gündə elə bir gün ki, onun haqqını böyük etdin, sabiqəsini önə saldın, onu iman əhlinin yanında əmanət və Özünə tərəf vasitə qərar verdin Səndən istəyirəm”.

Daha sonra isə Rəsulullah (s) mədh olunur.

Kəbənin genişlənməsi mövzusu Quran və rəvayətdə

Burada diqqət edilməsi önəmli mövzu, Kəbənin genişlənməsi və bunda məqsədin nə olmasıdır. Bu mətləbin izahında əvvəl ayə və rəvayətlərə işarə olunur ki, bəlkə onların bərəkəti ilə bu mətləb aydınlaşa.

Mütəal Allah Qurani-şərifdə buyurur:

وَ هُوَ الَّذِی مَدَّ الْأَرْضَ وَ جَعَلَ فِیها رَواسِیَ وَ أَنْهاراً

“Yeri döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan Odur”. (“Rəd” surəsi, ayə 3)

وَ الْأَرْضَ مَدَدْناها وَ أَلْقَیْنا فِیها رَواسِیَ

“Biz yer üzünü döşədik, orada möhkəm dayanan dağlar yerləşdirdik”. (“Hicr” surəsi, ayə 19)

أَوَ لَمْ یَرَ الَّذِینَ کَفَرُوا أَنَّ السَّماواتِ وَ الْأَرْضَ کانَتا رَتْقاً فَفَتَقْناهُما وَ جَعَلْنا مِنَ الْماءِ کُلَّ شَیْ‏ءٍ حَیٍّ أَ فَلا یُؤْمِنُونَ

“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” (“Ənbiya” surəsi, ayə 30)

أَفَلَمْ یَنْظُرُوا إِلَى السَّماءِ فَوْقَهُمْ کَیْفَ بَنَیْناها وَ زَیَّنَّاها وَ ما لَها مِنْ فُرُوجٍ وَ الْأَرْضَ مَدَدْناها وَ أَلْقَیْنا فِیها رَواسِیَ

“Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı görmürlərmi?!” (“Qaf” surəsi, ayələr 6-7)

“Nəhcül-bəlağə”də gəlib:

«فَمَنْ فَرَّغَ قَلْبَهُ وَ أَعْمَلَ فِکْرَهُ لِیَعْلَمَ کَیْفَ … عَلَّقْتَ فِى الْهَوآءِ سَماواتِکَ، وَ کَیْفَ مَدَدْتَ عَلَى مَوْرِ الْماءِ أَرْضَکَ، رَجَعَ طَرْفُهُ حَسِیراً، وَ عَقْلُهُ مَبْهُوراً، وَ سَمْعُهُ والِهاً، وَ فِکْرُهُ حائِراً»

“Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) Öz ərşini necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər və düşüncəsi sərgərdan qalar”. (“Nəhcül-bəlağə”, xütbə 160)

Dəhvul-ərz barədə bir neçə hədis söylənmişdir:

1. “Yer üzünü Kəbənin altından genişləndirdin”. (“Vəsailuş-şiə”, c. 7, səh. 331)

2. “Yeri genişləndirdin və Kəbəni orada yerləşdirdin”. (“Vəsailuş-şiə”, c. 7, səh. 332)

Bəzi rəvayətlərdə Yerin genişlənməsinin 25 zulqədə günündə baş verdiyi deyilir:

1. “Allah Kəbə evini Zulqədənin 25-də göndərdi… Elə bir gündür ki, Adəm (ə) üçün səmadan ilk ilahi rəhmət nazil oldu”. (“Vəsailuş-şiə”, c. 7, səh. 331)

2. “Zulqədə ayının 25-də Kəbə evi inşa edildi. O elə bir gündür ki, yer üzünə ilk rəhmət göndərildi”. (“Vəsailuş-şiə”, c. 7, səh. 322)

3. İmamdan (ə) soruşdular: Zulqədənin 25-i hansı gündür? Həzrət buyurdu: “Allahın rəhmətinin yayıldığı, yerin genişləndiyi və Kəbənin onda qoyulduğu gündür”. (“Vəsailuş-şiə”, c. 7, səh. 322)

4. “Səmadan yer üzünə ilk rəhmət zulqədənin 25-ci günü nazil oldu”. (“Vəsailuş-şiə”, c. 7, səh. 332)

5. “Allah, zulqədə ayının bitməsinə 5 gecə qalmış rəhmətini nazil etdi”. (“Vəsailuş-şiə”, c. 7, səh. 332)

6. Zulqədənin 25-də rəhmət səmadan nazil oldu və Kəbəyə təzim etmək Adəm (ə) üçün vacib edildi. (“Vəsailuş-şiə”, c. 7, səh. 332)

Nəticə

Yuxarıda qeyd olunan ayə, dua və rəvayətlərdən 4 mətləb istifadə olunur:

1. Kəbənin xəlq olması;

2. Onun yerinin xəlq olması;

3. Yerin genişlənməsi;

4. Onların rəhmət olması.

Dua və rəvayətlərdə Kəbənin nazil olması, yerin xəlq olması və onun Kəbənin altından genişlənməsinin qeyd olunması Kəbənin əzəmətinə görə ola bilər.

Yer üzünə ilk rəhmətin nazil olması və rəhmətin yayılması da həm Kəbənin, həm də yerin xəlq olması cəhətindən ola bilər.

Rəhmətdən məqsəd rəhmani və rəhimi rəhmət ola bilər. Çünki həm Kəbədən, həm də yerdən mütləq şəkildə rəhmət gözləmək olar.

————————————————

Mənbə: “Nuri-hidayət”, c. 3, səh. 47.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?