اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1434 2017/10/18 - 14:12 30
صدق، راز همنشينی با ائمّه معصومين عليهم السّلام

Ustad Füruğinin məhzərində

Doğruluq, məsum imamların (s) sirridir

Bismillahir-rəhmanir-rəhim

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru olanlarla olun!”(1)

Mütəal Allah bu ayədə iman əhli üçün iki əsas göstəriş verərək buyurur: “Ey iman gətirənlər!” Burada xitab olunanlar möminlərdir. “Allahdan qorxun”, təqva əsasında yaşayın. Təqvanın hansı təsirləri olması barədə söz çoxdur və elə Quranın özündə də bu mövzuda geniş söz açılmışdır. Təqvanın çox gözəl dünya və axirət təsirləri vardır. O təsirlərdən biri də bəsirətdir.

Təqvanın digər bir təsiri “Əraf” surəsində bəyan olunur.

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

“Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik”(2).

Bu bərəkətin nazil olmasına özümüz mene olmuşuq. İnsanın nəfsi işləri korlayıb. Əgər bəşərin bulaşmış əli olmasa, aləmdə hər şey sağlam və səhihdir, hər şey insanın kamalı yolunda irəli gedər.

İkinci göstəriş budur ki, buyurur: “doğru olanlarla olun!”. Sizin bir səfər yoldaşınız olmalıdır. Hamımız bilirik ki, müsafirik. Bizim səfər yoldaşlarımız “doğruçular”dır. Ey təqva əhli! Doğru olanlarla gəlin. Onlarla yoldaşlıq edin. Görəsən, doğru olanlar kimlərdir ki, biz təqva ilə yanaşı onlara qoşulmalıyıq?

Doğru olmağın mənası o deyil ki, biz fiziki yerdəyişmə edək və gedək doğru olanların yanına. Xeyr! Bunun mənası odur ki, ürəyimizi dəyişək. Ürək doğru olanların sorağına getməlidir. Quran buyurur:

وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

“De: Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!”(3)

Yəni, İlahi, məni doğru halda daxil et və məni doğru halda xaric et. Mənim daxil və xaric olmağım doğru olsun. Yəni daxil olmaq istədiyim hər bir işdə, xaric olmaq istədiyim hər bir işdə sədaqət və doğruluq olsun.

İnsanın bütün işləri doğru olmalıdır. Əgər dərs istəyiriksə, doğrudan olsun, minbərə gediriksə, doğru olsun, danışırıqsa doğru olsun, əxlaqımız ailədə doğru olsun, yoldaşlığımız doğru və sadiqanə olsun. Zahirimizlə batinimiz eyni olmalıdır, zahirimiz bir cür, batinimiz ayrı cür olmamalıdır. Əgər hərtərəfli sadiq və doğru olsaq, o vaxt deyirik: “İlahi, Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!”. Ayədə “sultan” və “nəsir” hər zamanın imam və höccəti mənasınadır. Elə ki, insan hərtərəfli sadiq və doğru oldu, Allah ona höccət qərar verir və “doğru olanlarla olun” gerçəkləşir, insan sadiqlər və doğru olanlarla məhşur olur.

Məsələn, İmam Sadiqlə (ə) yoldaş olmaq üçün sidq və doğruluq lazımdır.

“Ünvani Bəsridən”(4) məşhur bir hədis vardır. Bəsri, 94 yaşlı bir şəxsin adıdır. O, Mədinə şəhərinin bir çox alim və fəqihlərindən faydalanmışdı. Amma bir dəfə ürəyi sıxıldı və İmam Sadiqdən (ə) uzaq olduğunu anladı. Başa düşdü ki, bu elmlər və dərsə getməkləri onu doydurmur. Ürəyini qidalandırmaq üçün başqa şey lazımdır.

İnsanın ağlını bürhan doydurmur və ürəyi sədaqət, doğruluq, səfa, səmimiyyət, ixlas, əxlaqi fəzilətlər doydurur. Ünvani Bəsri doymadı və 94 yaşında ikən İmam Sadiqin (ə) xidmətinə gəldi. İmam (ə) buyurdu: “Mən hökumət tərəfindən nəzarətdə olan adamam (azad deyiləm və vaxtım öz ixtiyarımda deyil, hökumətin casusları məni izləyir). Üstəlik, gecə-gündüz mən zikr və virdlərlə məşğulam. Sən məni zikr və virdimdən saxlama! İstədiyin elmi, Malikdən öyrən, onun yanına get-gəl et”. Ünvan Bəsri deyir: Mən bundan çox qəmgin oldum və İmamın (ə) xidmətindən ayrıldım. Öz-özümə dedim: Əgər həzrət məndə qabiliyyət görsəydi, icazə verərdi. Neçə gün həzrət Peyğəmbərin (s) qəbrinin ziyarətinə getdim, orada iki rəkət namaz qıldım və əlimi duaya qaldırıb dedim: “İlahi, İmam Sadiqin (ə) ürəyini mənə tərəf yönəlt”. Bundan sonra yenidən gəlib, İmamın (ə) evinin qapısını döydüm və evə daxil olmaq üçün izn istədim. İmam (ə) icazə verdi. Gedib, həzrətin hüzurunda əyləşdim. İmam (ə) buyurdu: “Künyən nədir?” Dedim: “Əbu Əbdillah”. Buyurdu: “Allah sənin künyəni sabit etsin və səni müvəffəq etsin, ey Əba Əbdillah. İstəyin nədir?” Bu an özlüyümdə fikirləşdim ki, əgər bu görüşdə, həzrətin mənə verdiyi salam və mənim haqqımda etdiyi bu duadan başqa bir şey olmasa da, bu yenə mənim üçün çox yaxşıdır.

Məsum imamın (ə) insanı qəbul etməsi üçün gərək bütün insanlıq şənin sidq və doğru olsun. İnsanın zehn və fikrində olanları doğru ilə zidd olmamalıdır. Onda “doğru olanlarla olun” gerçəkləşir və İmam Sadiqə (ə) qoşulur, həzrətin süfrəsi başında əyləşir.

Bu süfrənin ədəb və qayda-qanunlarına riayət etmək lazımdır. Əgər gecə-gündüz hər an öz ürəyində təkrar etsən: “Filankəs, sən İmam Sadiqin (ə) şagirdisən”, bu cümlə səni nurlandırar. Bu cümlə böyük moizə və nəsihətdir, günah qarşısında qalxan olar. Hər gün bunu təkrar et, özünə təlqin et ki, İmam Sadiqin (ə) şagirdi olmağına ürəyin inansın.

İlahi, bizi dünya və axirətdə Əhli-beytlə (ə) məşhur et!

Bizim bütün günahlarımızı bağışla!

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

——————————————————————-

1.”Tövbə” surəsi, ayə 119.

2.”Əraf” surəsi, ayə 96.

3.”İsra” surəsi, ayə 80.

4.”Bihar əl-ənvar”, c.1, səh. 224.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?