اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1531 2017/10/22 - 01:04 123
وادی شوق

Ustad Füruğinin məhzərində

Eşq vadisi

Mərhum Dolabi deyir: Həzrət Musanın (ə) əsasının iki mərhələsi olmuşdur. Birinci mərhələ o vaxtdır ki, Allah ona buyurur:

“Ya Musa! Sağ əlindəki nədir?” Həzrət Musa (ə) cavab verir:  “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!” (1)

Bəziləri həzrət Musanın (ə) “bu mənim əsamdır” cavabı ilə kifayətlənmədiyi, Allaha verdiyi cavabı uzatmasının səbəbləri haqqında maraqlı məqamlara toxunurlar və deyirlər ki, həzrət Musa (ə) Allaha olan məhəbbətinin şiddətindən Onunla daha çox danışmaq istəyirdi.

Aşiq üçün bəzən söz o qədər də mühüm deyil, amma o sözü uzatmaq, qol-qanad vermək istəyir ki, məşuqunun başını qatsın və onun diqqətini özünə cəlb etsin.

Bu, həzrət Musanın (ə) həyatının hələ şövq dairəsinə daxil olmadığı ilk mərhələsidir. Amma şövq dairəsinə daxil olduqda bu əsa əjdahaya çevrilir! Əsanı daşa vuranda daşın içindən on iki çeşmə qaynayır! Əsanı dənizə vurduqda dəniz yarılır!

Əsa, həmin əsadır, amma əsanın sahibi dəyişmişdir. İnsan dəyişdikdə onun əlindəki əl ağacı da dəyişir. Həzrət Musa (ə) məhəbbət aləminə daxil olduqda onun əsası da dəyişdi. Məhəbbət insana ikinci həyat bəxş edir. Musa (ə) ikinci həyata daxil olduqda onun əsası da ikinci həyata daxil oldu. 

————————————

1. “Taha” surəsi, ayələr 17-18

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?