اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Sual-cavab kodu: 214 2017/07/25 - 12:57 10

Sual:
Bismillah
Salam ələykum və rəhmətullah.
Bir neçə sualım var.
1. İmam Zaman (əc) ağanın zühuruna necə zəmin yaratmalıyıq?
2. İmam Zamana (əc) xidmət ilə İslama xidmət arasında fərq varmı? Bəziləri iddia edir ki, imam Zamana (əc) xidmət ayrı şeydir, İslama xidmət ayrı şeydir. Eynilə – hər mömin müsəlmandır, amma hər müsəlman mömin deyil – həqiqəti kimi.
3.Bu gün din təbliğatçılarının imam Zaman (əc) mövzusunda vəzifələri hansılardır?

Cavab:
1. Qeybət dövründə özünün və camaatın, xüsusilə də gənclərin nəfslərinin tərbiyəsi və onları öz təklifləri ilə tanış etmək, İmamın (əc) zühuru üçün zəmin yaradan amillərdən biridir.

Qonaq gəlməzdən qabaq gərək ev sahibi evini hazırlasın. Bu da yaradılış aləmində böyük bir qonaqlıqdır ki, gərək ürək evləri qəbul və fada üçün hazır olsun. Can və malı fəda etməyə hazırlıq möminlərin vəzifəsidir.

2. Əhli-beyt (ə) evinin məhsulu olan islami təbliği, yəni bu gün bəşəriyyət aləminin ona bərk ehtiyacı olan vilayi islamın təbliği bizim vəzifəmizdir. Bütün vücudumuzla çalışmalı, hücumlar qarşısında elmi və əməli müqavimət göstərməliyik.

Bəşər aləmi və dini camiə o vaxt yüksələr ki, Allah, Rəsulullah (s) və Höccət (ə) mərifəti yolunda olsun. Belə olduqda zəlalət və sapınmalar bizim həyatımıza yol tapa bilməz.

اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْ نَبِيَّكَ اللَّهُمَّ عَرِّفْنِي رَسُولَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي رَسُولَكَ لَمْ أَعْرِفْ حُجَّتَكَ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي‏.

“İlahi, Özünü mənə tanıtdır, əgər Özünü mənə tanıtdırmasan, Peyğəmbərini tanıya bilməyəcəyəm. İlahi, Peyğəmbərini mənə tanıtdır, əgər onu mənə tanıtdırmasan, Höccətini tanıya bilməyəcəyəm. İlahi, Höccətini mənə tanıtdır, əgər onu mənə tanıtdırmasan, dinimdən azacağam”. (“Əl-kafi”, c. 1, səh. 337.)

3. “Mikyal əl-məkarim” kitabında böyük qeybət dövründə şiələr üçün 70 vəzifə yazılmışdır. Həzrət Vəliyyi Əsrə (əc) mərifət, məhəbbət və onun fərəci və sağlamlığı üçün dua bu vəzifələrdəndir.

Quran və rəvayətlərə diqqət etməklə bu mövzuda söhbət açmaq, ürəkləri Fatimə əzizinin (ə) intizarına və qarşılamağa yönəltmək lazımdır. Biz hamımız möhtac və onun müştaqıyıq!

Bu materialı sosial şəbəkələrdə paylaşın

Rəy bildirin

Qeyd yazan birinci şəxs olun.

avatar
  Subscribe  
xəbər tutmaq
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?