اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Sual-cavab kodu: 215 2017/07/25 - 12:58 39

Sual:
Salam olsun hörmətli ustada
Hörmətli ustad, mən 25 yaşlı qızam və ali məktəb bitirmişəm. Dindarlığı orta səviyyədə olan bir ailədə tərbiyə olmuşam. Neçə vaxtdır ki, nəfsimin təzkiyəsi üzərində işləməyə çalışıram, lakin hər nə etsəm də bacarmıram və buna nail ola bilmirəm. Müxtəlif yolları yoxlayıram, bir neçə gündən sonra süst və məğlub oluram. Mənə belə gəlir ki, nəfsi saflaşdırmağın yolunu bilmirəm. Ona görə də sizdən xahiş edirəm ki, mənə yol göstərəsiniz və nəfsi saflaşdırmağın yolunu öyrədəsiniz.
Təşəkkür edirəm.

Cavab:

Salam ələykum.

Aşağıdakı tövsiyələrə diqqət edin:

1. Vacibləri yerinə yetirin və haramlardan çəkinin.

2. Namazı ilk vaxtında qılın.

3. Quran tilavət edin.

4. Gün ərzində istiğfar edin və salavat göndərin.

5. Sübh və məğrib namazlarından sonra 100 dəfə: “Bismillahir-rəhmanir-rəhim. La həvlə və la quvvətə illa billahil-əliyyil-əzim” deyin.

6. Müraqibə və mühasibəniz olmalıdır.

Bu materialı sosial şəbəkələrdə paylaşın

Rəy bildirin

avatar
  Subscribe  
xəbər tutmaq
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?