اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Sual-cavab kodu: 217 2017/07/25 - 12:59 30

Sual:
Rza və təslim arasındakı fərq nədir?

Cavab:

Salam ələykum.

Təslim məqamında salik bəndə qeyb aləmindən gələnləri, ağılla zidd olsa belə hamısını Allahın hökmünə təslim edir (Allahın hökmü bilərək ona təslim olur). “Yusəllimu təslima” yəni, kamil surətdə təslim olmaq. Xülasə, təslim Allahın bütün hökm və göstərişlərinə,  ya Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ya Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən) hadisələri qarşısında təslim olmaq deməkdir.

Rza məqamı çox üstündür və Allahın “Ey arxayın nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!” ayələrindəki dəvəti, rza məqamına çatmış nəfslər üçündür.

Bu məqama daxil olmağın şərti übudiyyətdə sadiq olmaqdır. “Allahdan olan bir razılıq isə daha böyükdür”. (“Tövbə” surəsi, ayə 72). Rizvan məqamı təsəvvür edilə biləcək hər bir şeydən üstündür.

Biri dərd, biri dərman bəyənir

Biri vüsal, biri hicran bəyənir

Mən dərd, dərman, vüsal və hicrandan

Canan bəyəndiyini bəyənirəm. 

Əlbəttə, bu barədə çoxlu mətləblər vardır və daha geniş açıqlamaya ehtiyac vardır. Özünüz mütaliə edin.

Bu materialı sosial şəbəkələrdə paylaşın

Rəy bildirin

avatar
  Subscribe  
xəbər tutmaq
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?