اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1862 2017/11/17 - 20:12 67
Həqiqətə qovuşmaq üçün Qədir çeşməsindən iç!

Ustad Füruğinin məhzərində

Həqiqətə qovuşmaq üçün Qədir çeşməsindən iç!

Bismillahir-rəhmanir-rəhim

الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَنَا مِنَ الْمُتَمَسِّکِینَ بِوِلاَیَةِ أَمِیرِ الْمُؤْمِنِینَ وَ الْأَئِمَّةِ عَلَیْهِمُ السَّلاَمُ

“Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikinə bivilayəti Əmiril-mumininə vəl-əimməti ələyhimus-səlam”.

Allah Təbarək və Taala Qədir-xum bayramını bizim hamımız üçün mübarək etsin. Çünki, bu eydullahil-əkbərdir (Allahın ən böyük bayramıdır).

Hətta Qurban və Fitr bayramları da Qədir-xum bayramına çatmır. Qədir-xum bayramı imamət və vilayət günüdür. Allah bizə minnət qoymuş və imamət nemətini vermişdir.

Aləmdə olan hər bir nemət Allahdandır: “Sizə gələn hər bir nemət Allahdandır”. (“Nəhl” surəsi, ayə 53) və nemətlər sayılıb qurtarası deyil: “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz”. (“İbrahim” surəsi ayə 34). O qədər nemət vardır ki, buyurur: “sayıb qurtara bilməzsiniz”! Bəşərin dərk qüvvəsindən xaricdir. Allah Təbarək və Taala bu aləmi “nizami-əhsən” adlandırır: “O, yaratdığı hər şeyi gözəl yaratdı”. (“Səcdə” surəsi ayə 7.)

Bu nizamda aləmin bütün zərrələri nemətdir, hətta bir qarışqanın özü belə nemətdir, amma biz bilmirik. Maşından bir bolt, ya qayka yerə düşsə, ola bilsin ki, biz onu uzağa ataq və ona əhəmiyyət verməyək. Lakin onu düzəldən mühəndis bilir ki, maşının kamalı üçün o bolt və qayka lazımdır. Aləmin gözəl olması üçün o bir qarışqa da lazımdır.

Nemətlərdən bəzisi zahiri və bəzisi batinidir: “Aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (“Loqman” surəsi, ayə 20)

Biz zahiri nemətləri görürük, amma batini nemətlərdən xəbərimiz yoxdur. Halbuki, zahiri nemətlər batini nemətlər üzərindədir. İmam Əli (ə) buyurur: “Zahiri olan hər bir şeyin bir batini vardır ki, onun zahirinə oxşayır”. (“Nəhc əl-bəlağə”, s. 216.)

Zahir batinin zühurudur. Batin olmasa zahirdə yoxdur. Batin mələkutdur: “Hər şeyin hökmü əlində olan” (“Yasin” surəsi ayə 83). Allah bizə həm zahiri nemətlər, həm də batini nemətlər vermişdir.

Bu nemətlər insana ona görə verilmişdir ki, kamal yolunda düzgün irəliləsin və həyatının xüsusiyyətini zühura gətirsin. Diri olmaq və həyat nədir? Bu həyat hara bağlanıb? Əgər bir kəs həyatı izah etmək istəsə, gərək bütün aləmi əhatə etmiş, onu dərk etmiş olsun. Bütün nemətlərin ona müqəddimə olduğu insan həyatı nə deməkdir? İnsanda bir sıra özəlliklər vardır ki, zühur etməsə, həyatı dərk edə bilməz və nəticədə sərgərdan qalar. Elə insanlar vardır ki, onların həyatı insan həyatını şərh edir. Əgər onlar olmasa, insan həyatının sirrini bilmərik və insanı heyvan həddində aşağı endirərik. Peyğəmbərlər (ə) olmasaydı, insan həyatın nə olmasını bilməzdi.

İpək qurdunun içində bir kəpənəyin həyatı yatmışdır ki, həyatının zühur etməsi üçün bir sıra mərhələlərdən keçməlidir. Yeddi dəfə ölüb-dirildikdən sonra kəpənəyə dönür. Necə ki, buyurulur: “Ölün ki, həqiqi həyata yetişəsiniz”. (Bihar əl-ənvar, c.66, s. 217.) Əgər həqiqi həyata çatmasan, aləmin bütün nemətlərini batil etmisən. Elə bil ki, insan bütün aləmə od vurmuş və onu xarab etmişdir.

Çünki aləmin nemətləri insanı həyat üçün müqəddimədir. İlahi nemətlərin xarab və batil olmamaq üçün Pərvərdigar Aləm bir dəstəni insan həyatını şərh etmək və onu mənalandırmaq üçün qərar vermişdir. Onlar vilayət sahibləridir. Aşura ziyarətində oxuyuruq: “İlahi, həyatımı (diriliyimi) Muhəmməd və Ali-Muhəmmədin həyatı kimi, ölümümü Muhəmməd və Ali-Muhəmmədin ölümü kimi qərar ver”. (“Kamil əl-ziyarat”, s. 178.) Aləm həyatının batini əhli-beytdir (ə). İnsan aləmdə hara çata bilməsini vilayət sahiblərinin həyatında görə bilər. Sonra insanda cavidan həyata rəğbət, eşq və şövq yaranır.

Yunis ibn Yəqub imam Sadiqə (ə) dedi: And olsun Allaha, Allahın vilayət barədə mənə verdiyi mərifəti bütün dünyaya dəyişmərəm. İmam (ə) narahat oldu. Yunis dedi: Ey Peyğəmbərin ovladı, pis söz dedimmi? İmam (ə) buyurdu: “Sən bizi düzgün muqayisə etmədin. Sən əbədi həyata çata biləcəyin məhəbbət və vilayətimizi dünyanın məhdud həyatı ilə ölçürsənmi?”

Bu həqiqət bütün həqiqətlərdən üstündür. Dünya bu həqiqətə çatmaq üçün müqəddimədir. Belə olmadıqda dünya ləğvdir. Camiə-kəbirə ziyarətində oxuyuruq: “Əssəlamu ələykum ya əvliyaəllah”. (“Bihar əl-ənvar”, c. 97, s. 174.) Siz, Allahın nemət sahiblərisiz, yəni Allahın nemətlərinin rəhbərliyi sizin əlinizdə olmasa, aləmin bütün nemətləri zay və batil olar.

İmam Rza (ə) buyurdu: “Quranın buyurduğu: “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (“Təkasur” surəsi, ayə 8)- Qiyamət günü dünya nemətləri deyil, biz əhli-beyt (ə) barəsində sual olunacaq. Dünya nemətləri Allahın rəhmaniyyət sifəti əsasında açılmış bir süfrəsidir ki, hamı o süfrənin başında otursun və ondan faydalansın”.

Aləmin bütün canlıları Allahın qonaqlarıdır. Heç vaxt kərim onun süfrəsindən yeyənlərdən sual etməz. Ona görədə həzrət buyurdu: “bizim vilayətimiz barədə sual olunacaq”.

Əgər vilayət olmasa, insan həyatının həqiqəti zühur etməz. Ona görədə Allah, Qurani-kərimdə risalətin xətmini vilayətə bağlamışdır. Rəvayətdə vardır ki, insanın həyatının əsli imam Zamanın (əc) gəlməsi ilə başlayır. Çünki mütləq vilayət aləmə hakim olur və bütün aləm həzrətin vilayəti altında qərar tutur və təzə insanlar doğulur.

Vilayət olmadan insani həyatın əsərləri zühur etmir. İnsan vilayət çeşməsindən içməlidir. Necə ki, həzrət Əmir əl-möminin (ə) buyurdu: “Susuz dəvələr kimi bizə tərəf gəlin”. Yəni insanlar susuzdur. Aləmdə həqiqət teşnəsi olmayan kimdir?! Bəşər öz ürəyini məşğul etmişdir və özünü məqsədinə çatmış hisab edir. Məşğul olmuş ürəyindən azca uzaqlaşsa qürbət, yalqızlıq və puçluq hiss edər.

Həqiqətə çatmaq üçün vilayət çeşməsindən içməlisən. Necə ki, Əmir əl-möminin (ə) bu çeşmədən içmiş və Peyğəmbərin (s) eyni olmuşdur. Peyğəmbərdə (s) olan hər bir şey əhli-beytdə (ə) də vardır. yalnız nübüvvət və risalətə məmur deyillər.

Peyğəmbərin (s) canında Əli (ə) vardır. Əmir əl-möminin Əli (ə) insani həyatın zühuridir. Onun vücudu ilə din kamil oldu: “Bu gün dininizi sizin üçün kamil etdim” və Allah onun vasitəsilə nemətlərini bizim üçün kamil etdi. “sizə olan nemətimi tamamladım” (“Maidə” surəsi, ayə 3). Yəni din və risaləti Əliyə (ə) birləşdirməsən, din yoxdur. Necə ki, buyurur: “Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan”. (“Maidə” surəsi, ayə 67.) Peyğəmbər (s) Əlini (ə) dörd yaşından qucağına alırdı və ağzına yemək qoyurdu. Cəbrail Peyğəmbərə (s) “Yoxdan yaradan Rəbbinin adı ilə oxu!” dedikdə, Əli (ə) onun səsini eşidirdi. Orada Peyğəmbər (s) Əliyə (ə) dedi: “Sən mənim eşitdiyimi eşidirsən və gördüyümü görürsən”. (Nəhc əl-bəlağə, s. 301.) Yəni sən peyğəmbər deyilsən, lakin peyğəmbərin bütün sifətləri səndə vardır.

Əmir əl-möminin Əli (ə) buyurdu: “And olsun Allaha ki, filankəs onu bir köynək kimi geyindi, halbuki çox yaxşı bilirdi ki, mən xilafətə nisbətdə dəyirman daşının mili kimiydim. Xilafət mənim ətrafımda fırlanırdı Sel məndən axardı, uçduğum yerə heç bir quş uça bilməzdi”. Mən mehvərəm və mənsiz insanlar üçün dindən heç bir nəticə çatmaz, hər kəs mənim çatdığım qülləyə çatsa, od tutar və yanar. Bu qadağan olunmuş məqamdır. Necə ki, merac gecəsində Cəbrail Peyğəmbərə (ə) dedi: “Əgər bir barmaqın bəndi qədər bu məqamdan irəli getsəm od tutub yanaram”. (“Bihar əl-ənvar”, c. 18, s. 382.) Əmir əl-möminin Əlinin (ə) də məqamı belədir. Vilayət məqamı Əliyə (ə) məxsusdur.

Vilayət risalətdən ayrılmamalıdır. Müsəlmanların dünyanın ən zəif adamları olmasının səbəbi nədir? Nə üçün acizik və dünyanın ən məzlumları olmuşuq? Nə üçün bütün qətl-qarətlər İslam ölkələrində baş verir? Çünki Qədir-xumu unutmuşuq. Bəşər hələ də Qədir-xum çeşməsindən içməmişdir, ona görə də teşnə qalmışdır.

Buyurdu: “Bu çeşmədən için”. Əli (ə) insanları tərbiyə etmək üçün gəlmişdir. O, küll insan və kamil insandır. İnsanlar öz vücudlarından onun vücuduna kanal açmalıdırlar ki, o çeşmədən onların da vücuduna axsın.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qurupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?