اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 84 2017/06/17 - 03:18 11
تصرّف ولايى و سخنان توحيدى زينب كبرى (سلام الله علیها)

Ustadların məhzərində

Həzrət Zeynəbin (ə) vilayi təsərrüfü və tövhidi xütbəsi

Bismillahir-rəhmanir-rəhim

Həzrət Zeynəb (ə) Kufəyə daxil olduqda xütbə oxudu. O xütbənin bəzi hissələrinə işarə etməklə kifayətlənirik.

A) Ravi deyir: “O gün Əlinin (ə) qızı Zeynəbi (ə) gördüm… Birdən əsirlərin arasından Zeynəbi Kübra (ə) əli ilə işarə etdi ki, sakit! Hamı sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürüdü”. (“Bihar əl-ənvar”, c. 45, səh. 108)

İzah: Təkcə “sakit olun” işarəsi ilə camaatın birdən-birə sakit olması və dəvələrin zınqırovlarının səsinin də kəsilməsi, həzrət Zeynəbin (ə) vilayi təsərrüfündən başqa nə ola bilər? Əgər həzrət Zeynəb (ə) kimi bir şəxsiyyət “qurbu-nəvafil” hədisinin əsərinə çatmasa, məsum olmayanlardan daha kim bu məqama çata bilər?

Hədisin məzmunu belədir: “Mənim bəndən müstəhəblərə əməl etməklə mənə yaxınlaşmaq istəyir, Mən onun dili olaram və o, bununla danışar”. (“Üsul əl-kafi”, c. 2, səh. 352, h. 7)

B). Sonra həzrət Zeynəb (ə) buyurdu: “Həmd olsun Mütəal Allaha, salam olsun mənim atam Mühəmmədə və onun övladlarına, yaxşı insanlara, pak insanlara”. (“Bihar əl-ənvar”, c. 45, səh. 108)

İzah: Qabaqkı açıqlamaya diqqət etməklə demək olar ki, bu qədər çətinliklər, əzab-əziyyyətlər çəkməsindən sonra həzrət Zeynəbin (ə) “Əlhəmdu lillah” cümləsi ilə xütbəyə başalaması, mənasız deyil, üstəlik daha artıq məna bildirmək üçündür. Başqa sözlə hər vaxt bu cümlə təklikdə işlədilərsə, zat, ad, sifət və feldə xalis tövhid nəzərdə tutulur. Yəni arif insan bu cümlə ilə bütün işlərdə (zat, ad, sifət və feldə) həmd və sənanı təkcə məxsus olaraq Haqq Subhana qərar verir, hər bir şeyi və kamalları Ona, Ondan Ona tərəf müşahidə edir, istər işlər onun xeyrinə olsun, istərsə də zahirdə onun zərərinə olsun. Ona görə də tam aram və rahatdır. Hərçənd, zahirdə və bəşər təbiətinin istəyinə, yaxud vəzifəsinə uyğun olaraq bir söz desə və ya narahatlıq bildirsə də.

Digər incəlik isə budur ki, “salam olsun mənim atam Mühəmmədə” cümləsindəki “atam” sözü onları xarici əsir hesab edənlərə səhvlərini anlatmaq üçündür.

Xütbənin sonunda gəlib: “Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır”.

Bu yerə çatanda imam Səccad (ə) buyurdu: “Bibican! Sakit ol, gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən təlim görməmiş alim və öyrədilməmiş müdriksən”.

İzah: Həzrət Zeynəbin (ə) xütbəsinin bu hissəsinin əvvəlində “Göydən qan yağmasına təəccüb edirsinizmi?”cümləsindən məlum olur ki, Kərbəlada faciənin şiddət və ağırlığından göylər qan ağlayıb. Bu mövzuya məsum imamların (ə) da hədislərində toxunulub. O cümlədən:

1. İmam Sadiq (ə) buyurur: “Göy 40 gün imam Hüseynə (ə) qan ağladı”. (“Kamil əl-ziyarat”, səh. 81, bab 26, h. 6)
2. Digər bir hədisdə buyurur: “İmam Hüseyn (ə) şəhid olduqdan sonra göydən qırmızı torpaq yağdı”. (“Kamil əl-ziyarat”, səh. 90, bab 28, h. 11)

3. İmam Səccad (ə) buyurur: “Göy yarandığı vaxtdan bu iki nəfərdən başqa heç kimə ağlamayıb: Zəkəriyya ibn Yəhyaya (ə) və Hüseyn ibn Əliyə (ə)”. Ravi deyir, soruşdum ki, göyün ağlamağı necə oldu? Həzrət buyurdu: “Elə ki, libas açıq halda göyə tərəf tutulurdu qan kəklər (xırda həşəratlar) kimi libasların üzərinə tökülürdü”. (“Kamil əl-ziyarat”, səh. 90, bab 28, h. 12)

Əbi Muxnəfin xəbərində deyilir: “Qoşun üç dəfə təkbir dedi, yer lərzəyə gəldi, məğrib və məşriq qaranlığa qərq oldu, camaatı zəlzələ və ildırım tutdu, göydən təzə qan yağdı, göydən bir nida gəlirdi: And olsun Allaha, imam oğlu imam qətlə yetirildi.” (“Zəruətun-nəcat”, səh. 147)

Hər halda həzrət Zeynəbin kəlamından və qeyd edilən hədislərdən məlum olur ki, göydən qan yağıb. Amma göy və bütün məxluqat bu hadisədən necə ağlayıb və təsirləniblər? Bu barədə kitabın 3-cü fəslində qısa və 19-cu fəslindən geniş izah verilib.

Həzrət Zeynəbin (ə) kəlamında “sizin üçün digər bir əzab olacaqdır” ifadəsi və ondan sonrakı cümlələrdən belə məlum olur ki, göydən qanın yağmasının özü də bir əzab olub. Əbi Muxnəfin xəbərindəki “yerin lərzəyə gəldi, ildırımın çaxdı və s.” onun əzab olmasına işarədir. Amma bu necə əzab olmuşdur? Bunun cavabında demək olar ki, dünyada qeyri-təbii işlərin baş verməsi, onda pis təsirlərin olmamasına baxmayaraq, insanların Allahın qəzəbinə düçar olmasını göstərir və bu mənayadır ki, belə bir iş baş verib və gələcəkdə bunun pis təsirləri olacaq.

“Heç kəs sizə kömək etməyəcək” və ondan sonrakı cümlələr haqqın qalib olmasına, batilin məğlub və xar olmasına işarədir.

————————————————

Qaynaq: Ayətullah Səadətpərvər (Pəhləvani), “Füruği-şəhadət” kitabı, 17-ci fəsil, səh. 237.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?