اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 75 2017/06/17 - 02:43 41
دعا در كلام مرحوم حاج اسماعيل دولابی (قدّس سرّه)

Ustadların məhzərində

Hacı İsmayıl Dolabinin kəlamında dua

1. Quran bəndənin qəlbinə nazil olur və onun əks-sədası duadır. Dua, yuxarı qalxan Qurandır. Biz də yuxarı aləmdən gəlmişik və yuxarı qalxmalıyıq.

2. Elə ki, Allaha deyirsən “Səndən başqa heç kimim və heç nəyim yoxdur” – Allah qeyrətlidir və sənin istəyini yerinə yetirir.

“Mövlam, ey mövlam! Sən ehtiyacsız, mən isə fəqirəm. Fəqirə ehtiyacsızdan savayı kim rəhm edər?”

3. “Əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran”. Bütün aləm çarəsizdir və əli darda qalmışdır, lakin özünün çarəsizliyini dərk etmir. Öz çarəsizliyini başa düşən adamın duası qəbul olur. Ona görə də buyurur: “O zaman ki, çağırdınız”. Yəni hər vaxt öz çarəsizliyini dərk etsə və öz qurtuluşu üçün duaya əl qaldırsa.

4. Dua et, amma duan qəbul olmasa, Allahla dava etmə və Onunla aran dəyməsin. Çünki sən nadan, O isə xəbərdar və alimdir. Allah səhv etməmişdir ki, sənin duanla Öz səhvini başa düşsün və onu düzəltsin. Paxıllıq da etməmişdir ki, sənin duanla paxıllıqdan əl götürsün və sənin məsləhətinə olub, lakin paxıllıq üzündən sənə vermədiyini versin.

5. Əgər sənin istəyini gecikdirirsə, deməli, ondan da böyüsünü sənə vermək istəyir. Lakin sənin fikrin yalnız öz istəyində olduğu üçün onu görmürsən. Sən çörək istədin, O can verdi. Sən də deyirsən ki, mən canı neynirəm, mən çörək istəyirəm.

6. Duan üzərində düşünsən, tərəqqi edərsən. Elə olmasın ki, uşaqlıqdan səksən yaşına kimi hələ də Allahdan noxud-kişmiş istəyəsən.

7. Dilənmək, elə bir qazanc əldə etməkdir ki, onda heç bir ziyana uğramaq yoxdur. İmamların (ə) duasını oxuyun, onlar dilənməyin dəyərini bilirdilər.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?