اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1814 2017/11/17 - 16:29 74
İmam aləmin sirridir

Ustad Füruğinin məhzərində

İmam aləmin sirridir

Bismillahir-rəhmanir-rəhim

həzrət Fatimənin (s) şəhadət gecəsi, Təbriz,

İmam Xomeyni (rh) müsəllası, 2015

Din, yəni bəsirət. Din insanın gözünü mələkuta və mənəvi aləmə qarşı açır, insanı yerdən göyə qaldırır. Əgər din vasitəsilə öz gözümüzü aləmin həqiqətlərinə açmasaq, heyrət və həsrətə düçar olacağıq.

Qiyamət günü insanın gözü itiləşəcək və hər şeyi görəcək. Çünki pərdələr götürüləcək.

يَوْمَ تُبْلَى السَّرَائِرُ

“Bütün sirlərin aşkar olacağı o qiyamət günü”. (“Tariq” surəsi, ayə 9.)

Əgər bu aləmdə gözüaçıq olmaq istəyirsənsə, gərək öz qiyamətini burada bərpa edəsən. Elə ki, insan gözüaçıq və bəsirətli oldu, onda daha ayıq və düşünən olacaq.

إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ

“Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır!” (“Hicr” surəsi, ayə 75.)

Bəzi təfsirçilər “mutəvəssimin” kəlməsini “düşünənlər və ayıqlar” kimi məna ediblər. Düşünüb-daşınanlar, ayıqlar bu aləmdə hər şeyi Allahın nişanəsi bilirlər.

Bəsirətsizlik insanı zəlil edir. Bəsirətli insan diqqət edir ki, hər şeyi ovlamasın, hər işin ardınca getməsin. Əgər naməhrəmə baxsan zəlil olarsan, əgər əxlaqın pis olsa, zəlil olarsan. Fironun sehrbazları nə qədər ki, bəsirətləri yox idi, dünya malının ardınca idilər və Firon onları zəlil etmişdi. Elə ki, Musanın (ə) möcüzəsini gördülər, dəyişildilər və Firona dedilər:

وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ

“Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!” (“Zuxruf” surəsi, ayə 14.)

Elə ki, Allahı tapdılar, izzətə çatdılar və bəsirətli oldular.

Gərək dinə inanasan və dini inanclarını həyata keçirəsən, ona əməl edəsən. Allahı, Peyğəmbəri (s) və imamı öz vücudunda tapmalısan, dinin həqiqətini tapmalısan. Dinin həqiqəti onun sirri və batinidir, gərək onu tapasan.

Buyurdu:

“إِنَّ أَمْرَنَا سِرٌّ مُسْتَتِر”

“Həqiqətən bizim işimiz örtülmüş sirdir”. (“Bihar əl-ənvar”, c. 2, səh. 71.)

Elə ki, sapınma başladı, imamın sirr və batin olmasını və bu sirri tapmalı olmalarını başa düşmədilər. İnsanın Allah vilayəti altında olması və bəsirətli olması üçün vəliyullaha (Allahın vəlisinə) ehtiyacı var.

Şeytan insanı dinsiz etməyə çalışır, çünki din insanı böhrandan xilas edir. Əgər şeytan bunu bacarmasa, dinini səthi və yüngül saxlamağa çalışır. Dininin ruhu, canı olmalıdır. Fatimənin (s) qüssəsi budur ki, (o dövrün müsəlmanları) dinə yüngül yanaşdılar, imaməti sirr və batin bilmədilər.

İnsanın həyatında batin olmasa, həyat puç və mənasız olar. Əlbəttə, həqiqət və batinin mərtəbələri vardır. Gərək həqiqətə qarşı üzgüçü olasan. Bəziləri batildə üzgüçülük edirlər.

ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ

Mütəal Allah Quranda buyurur: “Sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar”. (“Ənam” surəsi, ayə 91.)

Əgər dində dərin olsan, dünyanı fəsad bürüsə də sənə təsir göstərə bilməyəcək və tarix yaradacaqsan.

Quran, Bəni-İsraili dinə səthi və yüngül yanaşan adlandırır:

وَأَضَلَّهُمُ السَّامِرِيُّ

“Samiri onları yoldan çıxartdı”. (“Taha” surəsi, ayə 85.)

Həzrət Musadan (ə) bu qədər möcüzə gördülər, amma buzova sitayiş etdilər.

وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ

“Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü”. (“Bəqərə” surəsi, ayə 93.)

Quranın təbirinə əsasən,onlar batil yemişdilər.

Dinə yüngül yanaşmaq həyatın mənasız olmasına səbəb olur. Həzrət Zəhranın (s) həyatına diqqət edin. Necə olub ki, həzrət Fatimənin (s) evi o sadəliyi ilə ən yüksədə və ucalıqdadır, amma bizim həyatımız belə puç dəbdəbəli? İnsanı puçluqdan azad edən mənəviyyatdır. Həyat örnəyini Fatimədən (s) öyrənmək lazımdır. Fatimə yerdə yaşasa da yuxarı aləmdədir.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?