اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1466 2017/10/20 - 14:32 38
شرح رساله حقوق امام سجّاد عليه السلام (جلسه اوّل)

Ustad Füruğinin məhzərində

İmam Səccadın (ə) “Hüquq risaləsi”nin xülasəsi-Birinci görüş

Bismillahir-rəhmanir-rəhim

İnsanın həqiqi həyatı dini təlimlərin girovundadır. Ona görə də onun varlığının hər bir tərəfi din işığında qurulmalıdır.

Əgər insanın etiqadı, əxlaqı və rəftarı tövhid rəngilə boyansa, o mənəvi kamallar qazanar və həqiqi həyata yetişər.

Allah və peyğəmbərlər (ə) tövhidə dəvət edirlər ki, onun sayəsində insan həqiqi həyata qovuşsun. Quran buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. (“Ənfal” surəsi, ayə 24)

İnsandan tövhidi çıxanda, onda heç nə qalmır! Bu dünyada insani həyata qovuşmayan kəs axirət həyatını da əldə edə bilməyəcək. Üstün həyat axirət həyatıdır.

وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ

Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. (“Ənkəbut” surəsi, ayə 64)

Bu dünyada adam ola bilməyən kəs üxrəvi həyatdan bəhrələnə bilməyəcək. Allah, təbiəti öldükdən sonra diriltdiyi kimi insanı da dirildir.

أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ

O kəs ki, ölü idi onu diriltdik (“Ənam” surəsi, ayə 122)

وَجَعَلْنَا لَهُ نُورًا

Sonra ona nur verdik. (“Ənam” surəsi, ayə 122) Yəni ona insani həyat bəxş etdik.

İnsani həyatın daxilində nur qoyulub və onun vasitəsilə insan nurani həyat, nurani qəlb, nurani göz qazanır. Lakin bunlar seyr-süluk əhli üçün açılır, hamı üçün yox!

Din insanı nur aləminə daxil etmək istəyir.

قَدْ جَاءَكُمْ مِنَ اللَّهِ نُورٌ

Artıq Allah tərəfindən sizə bir nur gəldi. (“Maidə” surəsi, ayə 15)

Allah tərəfindən din ünvanı ilə gəlmiş hər bir şey nurdur. Quran nurdur, Peyğəmbər (s) nurdur, din nurdur, yer nurdur, zaman nurdur, göy nurdur, hamısı nurdur. İnsanı nur aləminə qovuşdurmaq istəyirlər!

İnsan nurani olmaq üçün gərək özünü paklaşdırsın, dərinliklərə varsın, bəzən lazım gəlir ki, insan dərinliklərini silkələsin, çünki insanın dərinliklərini də toz basır.

Elə vaxt saç ağdı, qəlb qaradı

Elə vaxt saç qaradı, qəlb ağdı

Bu aşağı dünyadan hələ yuxarı qalxmamışıq ki, bilək nə xəbər var! Dünyaya adət etməyimiz, bəzən də pis əməllərə adət etməyimiz bizi seyrimizə mane olub.

Din, insanın fitrətini və bütün fərdi, ictimai, maddi, mənəvi, mədəni, iqtisadi, hərbi və s. yönümlərini diriltmək üçün gəlmişdir. Bu önəmli hədəfə çatmaq üçün mərifət lazımdır. Əmir əl-möminin Əli (ə) buyurur:

“يَا كُمَيْلُ مَا مِنْ حَرَكَةٍ إِلَّا وَ أَنْتَ مُحْتَاجٌ فِيهَا إِلَى مَعْرِفَة”

Həyatda mərifətlə yanaşı olmayan hərəkətdən başqa heç bir hərəkət yoxdur. (“Biharul-ənvar”, c. 74, səh. 267)

İnsan tərəqqi etmək üçün gərək özü ilə, Allahla, digər insanlarla və təbiətlə münasibətdə mərifətlə rəftar etsin və onların hüquqlarına riayət etsin. Bura adam olmaq yeridir.

Bəzən Allah insandan gileylənir və buyurur:

مَا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا

Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (“Nuh” surəsi, ayə 13)

Yəni, sizə nə olub? Məndən nə pislik görmüsünüz?

Təkcə danışmaqla hədəfə çatmaq olmaz, gərək insanın ürəyi danışsın və inansın. Yoxsa səadət qapısı insanın üzünə açılmayacaq.

Gərək əməl edəsən, əməl etmək insanın Allahın höccəti olmasına səbəb olur. Bir ailədən bir nəfər yaxşı olur, sonra Allah buyurur: Necə oldu ki, bu yaxşı oldu, amma siz yaxşı ola bilmədiz. Neçə qardaşın arasında biri yaxşı olsa, Allah onu sizə dəlil-sübut gətirəcək ki, sən niyə bunun kimi yaxşı olmadın? Qardaşın yaxşı oldu. Əgər bu yol çətin idi, bəs niyə o bu yolu gedə bildi?!

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?