اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1830 2017/11/17 - 17:18 39
İmam Zaman (əc) Haqq Taalanın rübubiyyət məzhəri

Ustad Füruğinin məhzərində

İmam Zaman (əc) Haqq Taalanın rübubiyyət məzhəri

Bismillahir-rəhmanir-rəhim

Nimeyi Şəban günləri, Sərab, 2013

Şiənin bütün sərmayəsi vilayətçilikdir. Bu həmin möcüzə və qəhrəmanlıq yaradan, izzət və şərəf gətirən İslamdır və bəşər ona möhtacdır.

Vilayətçi İslamın iki rüknü var: 1. Aşura. 2. Fərəcin intizarı.

Şiə həm Aşuraçı, həm də Məhdiçidir. Tarix boyu bütün şiə qiyamları ya Aşuraçı olub, ya da Məhdiçi. Ona görə də Aşura ziyarətinin mətnində məhdəviyyət araya gəlir.

“فَأَسْأَلُ اللَّهَ الَّذِي أَكْرَمَ مَقَامَكَ أَنْ يُكْرِمَنِي بِكَ وَ يَرْزُقَنِي طَلَبَ ثَارِكَ مَعَ إِمَامٍ مَنْصُورٍ مِنْ آلِ مُحَمَّدٍ (صلي الله عليه و آله و سلم)”

“Sənin məqamını əziz edən və sənin xatirinə məni də əziz edən Allahdan istəyirəm ki, Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli beytindən olan qalib imamın (İmam Zaman ələyhissalamın) önündə sənin intiqamını almağı mənə nəsib etsin”. (“Kamuluz-ziyarat”, səh. 177.)

İnsan əhli-beytin (ə) qəhrəmanlıq və müsibətlərini gördüyü halda diridir və qəhrəmanlıq yaratmaq istəyir. Bütün xeyirlər bu iki mövzuda toplanıb. Hər nəyimiz varsa, aşuradan və fərəcin intizarındandır. İran İslam Respublikasının quruluşu da bu iki mühüm məsələyə görə bizə verildi.

Fərəcin intizarı sadə bir məsələ deyil. Fərəcin intizarı, bəşəriyyət aləminin İmam Zamanın (əc) vasitəsilə tərbiyə olunmasını, insana insanlıq öyrətməsini, bəşəri yüksək mərtəbələrə çatdırmasını, həqiqi həyata qaytarmasını gözləmək deməkdir. Fərəcin intizarı, aləmdə tövhidi həyatın zühurunu, həqiqətin öyrədilməsini və insanın həqiqət ətəyində tərbiyəsini gözləmək deməkdir.

Məhdəviyyət, insanın öz yeni həyatına başlaması və mənəvi yüksəlməsi üçün tərbiyəyə möhtac olduğunu göstərməsidir. O zaman insanın həyatının sonu onun həyatının ən gözəl tarixi olacaq. Bütün aləm üçün ən gözəl an, o andır ki, bəşər vilayət və tövhid təlimləri əsasında yaşasın. Tövhid təlimi bütün həyatda məhdəviyyətlə gerçəkləşir.

İmam Sadiq (ə) buyurur:

“إِذَا قَامَ قَائِمُنَا، وَضَعَ اللَّهُ يَدَهُ عَلى‏ رُؤُوسِ الْعِبَاد”

“Bizim Qaimimiz zühur etdikdə, Allah əlini bütün bəndələrinin başına qoyacaq”. (“Kafi”, c. 1, səh. 56.)

İmam Zaman (əc.) zühur edəndə Allah əlini bütün bəşərin başına qoyacaq. Bu, Allahın xüsusi feyz əlidir. Təkvin nizamında insan və təbiət aləminin həyatı üçün Allahın əli hər an onların başı üzərindədir. Çünki aləmi Öz rəhmanlığı üzərində yaratmışdır.

Allah Taala Öz xas əli ilə nəfsi istəkləri, şəhvəti, pərişanlığı insanların başından çıxaracaq, hamının diqqəti həqiqətə yönələcək. Bu, o zaman olacaq ki, bütün insanlar bir nəfəri öz qiblələri qərar versin və bir nəfərə üz tutsun.

Zühur baş verdikdə Allah Özünün xüsusi rəhmət süfrəsini açacaq və Özünün bütün feyzlərini aləmə verəcək. Allah Öz əlini bütün bəşərin, rəvayətdə gəlib ki, bütün mövcudların, hətta vəhşi heyvanların başı üzərində qərar verəcək.

Bütün aləm dəyişəcək. Çünki əsas insandır, o tərbiyə olsa, bütün aləm tərbiyə olar. İnsan sözə baxan olmadıqda aləm də sözə baxmır. Bizim əməllərimizin əks reaksiyası vardır.

Bu cahan dağdır, bizim işimiz nida

Bizə qaytaracaq nidamızı səda.

Bizim əməllərimizin əks reaksiyasından aləmdə fəsad yaranır.

“ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ”

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr”. (“Rum” surəsi, ayə 41.)

Yer üzündə fəsad insanın öz əli ilə yaranır. İnsanın əli, niyyət və fikri bulaşıb, ona görə aləməi də bulaşdırır. Əgər insan özünə gələ bilsə və özünü tanıya bilsə, aləm səfa və səmimiyyətlə dolar, hətta yırtıcı heyvanlar da sülh edər. Belə olduqda insan Allaha yönəlməli olan vücudunun həqiqətini tapar.

Rəbbin məzhəri aləmdə İmam Zamandır (əc) və o aləmin mürəbbisi, tərbiyəçisidir.

“السَّلَامُ عَلَيْكَ يَا دَاعِيَ اللَّهِ وَ رَبَّانِيَّ آيَاتِه‏”

“Salam olsun ey Allahın dəvətçisi və ayələrinin məzhəri (Mehdiyə)”. (“Bihar əl-ənvar”, c. 91, səh. 3.)

İmam Zaman (əc), Pərvərdigari-Aləmin bütün ayələrinin məzhəri və Onun bütün ayələri ilə tərbiyə olunmuşdur.

İmam Zaman (əc) zühur etdikdə Haqq Taalanın rəhmiyyətinin təcəllisinin məzhəri olacaq. İnsanın Allaha yaxın olmaq məqamı yuxarı qalxacaq və Allaha daha yaxın olacaq, sanki, Allah onun başı üzərində dayanaraq birbaşa tərbiyə edir.

O, gəlir ki, insanların ağlında inqilab və çevriliş yaratsın və insan nəfsi istəklərinə bağlı olmasın.

“يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُول‏”

Peyğəmbərlər (ə) insanların ağlında çevriliş yaratmaq üçün gəliblər. İnsanların ağlı hələ feliyyət məqamına yetişməyib. Fəal ağıl (Demiurq) yalnız insanları bütün həqiqətə çatdıra bilər.

Peyğəmbərlər (ə) insanların ağlında çevriliş yaratmağa nail ola bilmədilər. Ona görə də hamısı intizardadılar. Qurani-kərim buyurur:

“فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ”

“Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!” (“Əraf” surəsi, ayə 71.)

Bu ayədən belə nəticəyə gəlmək olar ki, Allah da Öz hökmlərini aləmdə həyata keçirmək üçün gözləyir.

İnsanın ağlı kamala çatsa, hər şey onun üçün nəqd olacaq.

“فَجَمَع‏ بِهَا عُقُولَهُم”

“Onların ağlını toplayar”. (“Kafi”, c. 1, səh 56.)

Bütün bəşərin ağlını toplayacaq və insanların üzünə mərifət qapısı açacaq.

“وَ كَمَلَتْ بِهِ أَحْلامُهُم”

“Onların yuxularını kamala çatdırar”. (“Kafi”, c. 1, səh 56.)

İnsanın yuxularını da dəyişdirər. Bizim gördüyümüz yuxular pərakəndə və qarışıq yuxulardır. Yuxuda insana həqiqət verilməlidir. Rəvayətdə gəlib ki, səhabələr hər gün Peyğəmbərin (s) yanına gəlirdilər və həzrət onlara buyururdu: “Yuxuda qeyb aləmindən bir müjdə almısınız?” (“Kafi”, c. 8, səh. 90.)
Şiənin etiqadı budur ki, aləmin mürəbbisi vardır və elə indi ona qovuşa bilərsən, elə indi onunla yaşaya bilərsən.

Peyğəmbərlərin (ə) inqilabını İmam Zaman (əc) başa çatdıracaq. Ona görə də bütün peyğəmbərlərin (ə) intizardadılar.

Quranda oxuyuruq ki, bir neçə mələk həzrət Luta (ə) qonaq oldu, halbuki Lut (ə) onların mələk olduğunu bilmirdi. Həyasız camaat onun evinin qarşısına toplaşdılar və qonaqları onlara vermələrini istədilər. Həzrət Lut (ə) onlara dedi: “Mənim abrımı aparmayın, onlar mənim qonağımdır”. Dedilər: “Biz nə deyirik, Lut nə deyir”. Sonra Lut (ə) onlara buyurdu:

“لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ”

“Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim”. (“Hud” surəsi, ayə 80.)

İmam Sadiq (ə) bu ayə barədə buyurur: “Qüvvət, imam Zamandır (əc)”. (“Təfsiri Qumi”, c. 1, səh. 336.)

Həzrətin (əc) gəlişi ilə bütün aləmdə çevriliş yaranacaq. Əmir əl-möminin (ə) buyurur:

“لَوْ قَدْ قَامَ قَائِمُنَا لَأَنْزَلَتِ السَّمَاءُ قَطْرَهَا”

“Bizim Qaimimiz zühur edəndə göy öz yağışını yağdıracaq”. (“Bihar əl-ənvar”, c. 10, səh. 104.)

Göyün nəyi varsa, yerə tökəcək, hər bir tərəfə yağış yağacaq. Bizim nəfsimiz səhra kimidir, bizim nəfsimiz quruyub, ölüb, hamar deyil. Ona görə aləm də hamar deyil.

“وَ لَأَخْرَجَتِ الْأَرْضُ نَبَاتَهَا”

“Yer öz bitkilərini göyərdəcək”.

Yerin bütün gücü aşkar olacaq.

“وَ لَذَهَبَتِ الشَّحْنَاءُ مِنْ قُلُوبِ الْعِبَاد”

“Kinlər insanların qəlbindən çıxacaq”.

Rəvayətdə gəlibdir ki, sədəqə vermək üçün yoxsul tapılmayacaq.

“وَ اصْطَلَحَتِ السِّبَاعُ وَ الْبَهَائِم‏”

“Hətta yırtıcı heyvanlar da bir-birlərilə sülh edəcəklər”.

İmam Zaman (əc) özü ilə zahiri və batini əmin-amanlıq gətirəcək ki, bəşər həqiqi və tövhidi həyatın ləzzətini dadsın.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?