اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1841 2017/11/17 - 17:49 41
İmam Zaman (əc) insanların baharıdır

Ustad Füruğinin məhzərində

İmam Zaman (əc) insanların baharıdır

Bismillahir-rəhmanir-rəhim

Gülşən, İmam Zamandır (əc). Salam olsun sənə ey insanların baharı![1]

Nə vaxt batinimiz bahar olacaq? Nə vaxt batinimiz yaşıllaşacaq və gülşənə çevriləcək? Dünyanın cazibələri bizi məşğul etmişdir. Dostlar! İmam Zamanı (ə) nə qədər xatırlayırıq, nə qədər yada salırıq? Həzrətin bizim həyatımızda nə qədər kölgəsi vardır? Əcəb özümüzü aldadırıq!

Əmir əl-möminin Əli (ə) bir rəvayətdə buyurur: “Əgər Allahın hədlərini riayət etsəniz, O da sizə vədə verdiyi şeylərin gerçəkləşməsini sürətləndirər”[2].

Allahın vədlərindən biri də İmam Zamanın (əc) zühurudur. Əgər Allahın hədlərini qorusanız, İmam (əc) gələr və qonağınız olar.

Biz hamımız ona möhtacıq. İslamın gəlişindən 14 əsr ötür və hələ də Əhli-beytin (ə) haqqında zülm olur. Biz “Bəqiyyətullah” nidasını eşitməyimizi gözləyirik. Necə ki, özü buyurdu: “Mən Bəqiyyətullaham”.

Aləmin bütün sirləri ondadır. O, Allahın ən əzəmətli sirridir. Mərifət əhlindən bəziləri[3] onun barəsində buyurublar: “Hətta onun ayaqqabısının ipindən Allahın tövhid sirləri görünür”. Bəşərin bu müəllimə ehtiyacı vardır.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

————————————————-

[1] . “Biharul ənvar”, c. 99, səh. 101.
[2] . “Qurərul-hikəm və durərul-kəlam”, səh. 568.
[3] . Şeyx Sədəddin Həməvi, Şeyx Məhmud Şəbüstəri və Mühəqqiq Lahicani; “Şərhi Muqəddimeyi Qeysəri”, Seyid Cəlaləddin Aştiyani, səh. 734.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?