اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1775 2017/11/05 - 14:24 58
İnsan aləmin meyarıdır

Ustad Füruğinin məhzərində

İnsan aləmin meyarıdır

Əxlaq və mərifət böyüklərinin bəzilərinin təbirinə görə, insan “mikyalul-əşya”dır (hər bir şeyin tərəzisidir). Yəni aləmdə olan hər bir şeyin dəyərini başa düşmək istəsək, “insan” tərəzisi ilə onu ölçmək lazımdır.

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur!” (“Bəqərə” surəsi, ayə 29)

“Göylərdə və yerdə olanları sizə ram etdi”. (“Loğman” surəsi, ayə 20)

Bütün aləmin dəyəri odur ki, insanın vücudunun meyarı ilə ölçülsün.

Aləmdə olan hər hansı bir şeyin qiymət və dəyərini bilmək istəsək, onun insan həyatı və onun vücudu ilə hansı həddə ilgili olmasını bilməliyik.

Bəs insanın özünü nə ilə ölçməliyik? İnsanı dünya ilə ölçmək olarmı?

Dünya insanın ölçü vasitəsi ola bilməz. Dünyanın məsti olmağımız çox heyifdir. Diqqət etməliyik ki, hansı ağırlığı tapmalıyıq ki, tövhid tərəzisində qərar tutaq və həqiqət tərəfindən qəbul edilək.

Quran bir dəstə barəsində buyurur: “Buna görə də Biz (qiyamət günü) onlar üçün bir tərəzi qurmayacağıq!” (“Kəhf” surəsi, ayə 105)

Qiyamət günü bəziləri üçün tərəzi, hesab-kitab yoxdur və onlar hesab görmədən cəhənnəmə atılacaqlar. Nə üçün? Çünki özləri ilə yazılmış bir şey gətirməyiblər (Əməl dəftərlərinə yaxşılıq yazılmayıb). O yerdə tərəzi qurulur ki, bir şey gətirmiş olsunlar.

Bəs necə yaşamalıyıq ki, bizi də tərəzinin yanına dəvət etsinlər?

İnsan üzü səmaya tərəf

Böyüklərdən birinin yazısında gödüm ki, yazıb: Bir gün çöllükdə oturmuşdum. Qarşımda bir ağac var idi. Ağacın o tərəfində isə bir ulağ otlayırdı. Öz-özlüyümdə dedim ki, burada üç mövcud var: mən, ağac və ulağ. Heyvan, bitki və insan. Bunların bir-birindən fərqi nədir? Mənim o ağacdan üstünlüyüm nədir? Mənim o otlayan ulağdan üstünlüyüm nədir? Fikrə getdim. Ağaca baxdım, gördüm onun bütün varlığı torpağa batmışdır. Ağacın beyni onun köküdür və o da torpağa girmişdir. Ağacdan çölə gələn onun budaq və yarpaqlarıdır. Onlar da sonda torpağa dönürlər. Torpaqdan qidalanır və torpağa çevrilirlər. Bundan artıq təkamül edə bilmirlər. Torpaqdan alır və torpağa qaytarır.

Heyvana baxdım, gördüm üfüqi yeriyir. Torpağın üstündən ələf yeyir. Ruzisini torpağın üstündən götürür və bundan artıq da yüksələ bilmir.

Özümə diqqət etdim, gördüm ki, şaquli yaranmışam və yuxarı baxa bilirəm. Burada Allahın kəlamını başa düşdüm: “Göydə sizin ruziniz və vəd olunduğunuz şey vardır!” (“Zariyat” surəsi, ayə 22) Yəni yuxarı baxın, başınızı torpağa salmayın. Heyvanlar kimi üfüqi yol getməyin və yerin bitirdiyi şeylərələ məşğul olmayın. Bu aləmin hesab-kitabı vardır, Allah və hakimi vardır. Sən Ondan almalı və yuxarı gəlməlisən.

İnsanın zinəti

Özünü torpaqla doyuzdurmaq istəsən, ağac olarsan və bütün beynin torpağa girər. İnsanın ən son təlaşı ev, ailə-uşaq sahibi olmaq kimi həyatın xırda məsələləri olar. Bunlar heyvan üçün də vardır. Beyin torpağın daxilinə getsə insanın ömrü belə xırda məsələlərə sərf olar və qazandığı hər nə varsa, torpağa qayıdar və məhv olar. Ona görə də Mütəal Allah buyurur: “Biz yer üzündə olanları onun üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək”. (“Kəhf” surəsi, ayə 7)

Yerdə hər nə varsa, yerin zinətidir və sənin əmlakın deyil. Yaratdığın bu ev, qapı və divar da yerin zinətidir, sənin canının zinəti yox! Bunların sənə aidiyyatı yoxdur. Sən onlardan ayrısan. Ona görə də qiyamət günü Allah insana buyurur: “Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimizi arxanızda (dünyada) qoyub gəlmisiniz”. (“Ənam” surəsi, ayə 94)

Niyə tək-tənha gəldin? Dünyada sənin həyat yoldaşın, övladın, qohum-əqrəban var idi. Adlı-sanlı idin, məqamın var idi. Bəs nə oldu?!

Bunlar insanın zatından deyil və onun üçün deyil. İnsanın həqiqətindən ayrıdır.

Allah buyurur: “Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik”. (“Kəhf” surəsi, ayə 8)

Öz ürəyini zinətləndirməlisən. Çünki dünyanın zinəti məhv olacaq.

Əmir əl-möminin Əlinin (ə) digər xəlifələrlə fərqi

İmam Əlinin (ə) vəfalı səhabələrindən olan Səsə ibn Suhan cəmiyyətin arasından qalxaraq Əmir əl-mömininə (ə) xitab edərək dedi: “Allaha and olsun ki, sən xilafətə zinət verdin, xilafət isə sənə zinət verə bilməz. Sən xilafəti göylərə qaldırdın, lakin xilafət sənin məqamını ucalda bilməz. Xilafət sənə daha çox möhtacdır, sənin ona ehtiyacın yoxdur!” (“Məkatibul-əimmə (ə)”, c. 1, səh. 161)

İctimai-siyasi vəzifə tutaraq özü üçün gözəllik yaradan şəxslə vəzifəyə gələrək ona gözəllik bəxş edən şəxs arasında nə qədər fərq vardır!

Əmir əl-möminin Əli (ə) xilafətin zinəti oldu. Səbəb nədir? Çünki həqiqətə qovuşmuşdu. “Göydə sizin ruziniz və vəd olunduğunuz şey vardır!” (“Zariyat” surəsi, ayə 22) O həzrət (ə) dünyaya bağlanmamışdı. Ona görə də buyurur: “Əli hara, bu fani nemət və ləzzətlər hara?!” (“Nəhcül-bəlağə”, səh. 347) Mən hara, bu dünya hara?! Yenə buyurur: “Bədənim sizinlə bir yerdədir”. (“Nəhcül-bəlağə”, səh. 207) Amma ürəyim burda deyil və uca yerdədir.

Biz nə vaxt özümüzü Əmir əl-mömininə (ə) oxşadacağıq? Dərs və müzakirə onun üçündür ki, özümüzü Əhli-Beytlə (ə) uyğunlaşdıraq. Bu vadiyə daxil olmasaq, aldanmışıq.

Özünü gözlə ki, şeytanın tələsinə düşməyəsən. Elm və əxlaqın Allah üçün olmalıdır. Ona görə də qürbətən iləllah (Allaha yaxın olmaq qəsdi ilə) elm ardınca olmalıyıq və deyilən bütün ədəblərə riayət etməliyik.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?