اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1970 2018/02/20 - 11:48 57
Nəfsin zənginliyi

Böyük Ustad Ayətullah Füruği

Nəfsin zənginliyi

İmam Hüseyn (ə) Ərəfə duasında belə münacat edir: “İlahi mənim nəfsimə ehtiyacsızlıq ver.”
«اللَّهُمَّ اجْعَلْ غِنَايَ فِي نَفْسِي‏»
İnsanın dünyada təlaşının əsas hissəsi rifah, rahatlıq və təhlükəsizlikdə yaşamaq üçündür. O, zatından qıraq səbəblərlə rifaha can atır; sərvət toplamaq istəyir, amma bunu aləmi bir-birinə vurmaq bahasına əldə etməyə çalışır, özünü aləmin sistemi ilə uyğunlaşdırmaq deyil, aləmin sisteminin onunla uyğunlaşmasını istəyir.
“Lakin insan önündəkini (qiyaməti) danmaq istəyər.” (“Qiyamət” surəsi, ayə 5)
«بَلْ يُريدُ الْإِنْسانُ لِيَفْجُرَ أَمامَهُ»
İnsanın qiyamətə şübhəsi yoxdur, amma azad olmaq və qiyamət məhkəməsi olmadan bütün ömrünü günahda keçirmək, onun qarşısını alacaq bir şeyin olmamasını istəyir. Özünün dəyişməsini deyil, dünyanın onun istəyinə uyğun hərəkət etməsini istəyir. Belə olduqda, puçluğa çatır, Allah, başqaları və dünya ilə əlaqəsi pozulur.
Zəngin və ehtiyacsız olmaq istəyən insan elə bilir ki, metal toplamaqla ehtiyacsız olar bilər.
“O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.” (“Huməzə” surəsi, ayə 2-3)
«الَّذي جَمَعَ مالاً وَ عَدَّدَه*يَحْسَبُ أَنَّ مالَهُ أَخْلَدَه»
Sərvət topladı, onu saydı, sərvəti onu əbədi edəcəyini və onun üçün kamal olacağını sandı. Halbuki, bunların hamısı bir xəyaldır. Sərvət bizim zatımızdan deyil. Sərvət ürəyi özünə çəkir. İnsanın ehtiyacsızlığı və zənginliyi onun nəfsində olmalıdır. İnsan zatında ehtiyacsız olmasa, özündən qıraq bir şeylə ehtiyacsız ola bilməz.

Həqiqi ehtiyacsızlıq
Dünyanın ən imkanlı şəxsi də ehtiyacsız deyildir. Çünki o daha çox sərvət əldə etmək istəyir. Deməli, o da yoxsuldur və hələ ehtiyaclı var. Amma elə bir mömin tapılar ki, bütün dünyanın ona verildiyini düşünər. Bu dünyanın ən zənginidir. Onun bütün diqqəti Allaha yönəlib. İnsan öz daxilindən mütləq ehtiyacsızlığa yol tapmayınca, nəfsində ehtiyacsızlığa yetişmir və dünyada topladığı hər şey onun tüğyan etməsinə səbəb olur. “Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün!” (“Ələq” surəsi, ayə 6-7)
«كَلاَّ إِنَّ الْإِنْسانَ لَيَطْغى‏*أَنْ رَآهُ اسْتَغْنى»
Mərhum doktor Dehxuda deyirdi: Bir gün Tehranın bələdiyyə sədrini gördüm. Ona dedim ki, iki dəfə gecəni səhərə qədər yata bilməməyimə bais olmusan: birində sevincdən, birində isə qüssədən. Hər iki gecəni bir şeyə görə yata bilməmişəm. Bir dəfə filan küçədən keçirdim. Gördüm ki, böyük bir plakata yazılıb: “Doktor Dehxuda küçəsi”. Bu küçənin mənim adıma olmasına və tanınmağıma çox sevindim. Həmin gecəni sevincimdən səhərə qədər yata bilmədim.
İkinci dəfə də Müsəddiq hökumətinin devrilməsindən sonra yenə həmin küçədən keçirdim. Gördüm ki, plakatı götürüblər və küçəyə başqa ad veriblər. O qədər kədərləndim ki, gecəni səhərə kimi yata bilmədim.
Bir plakat yuxarı qalxır, insan sevinir; aşağı enir, insan qəm-qüssəyə düşür. Belə bir dünya insanı doyura bilərmi?! Sevincə səbəb olan bir şey, eyni zamanda qüssəyə də səbəb olur.
İnsanın özünü görməyi onu məhv edir.
Nərdivanı mən və biz xəlq edibdir
Aqibət bu nərdivandan yıxılmaqdır
Hər kəs çox yuxarı qalxsa, axmaqdır
Sümükləri daha çox sınacaqdır.

Tövhidə qovuşmaq əsl zənginlik
İnsan öz qəlbindən tövhidə doğru bir yol açmalıdır. Əshabi-Kəhf barədə buyurur: “Onların ürəklərinə qüvvət vermişdik.” (“Kəhf” surəsi, ayə 14)
«وَ رَبَطْنا عَلى‏ قُلُوبِهِم»
Həzrət Musanın (ə) anası onu Nil çayına atdı. Öz övladından keçdi. Çünki Allah onun qəlbinə səbr əta etmişdi, onun qəlbindən tövhidə yol açmışdı. Əgər insanın qəlbindən tövhidə tərəf yol açılmasa, tüğyan edir. “Xeyr, insan azğınlıq edər, Özünün dövlətli olduğunu gördüyü üçün!” (“Ələq” surəsi, ayə 6-7)
«كَلاَّ إِنَّ الْإِنْسانَ لَيَطْغى‏*أَنْ رَآهُ اسْتَغْنى»

Fironun saxta Zənginliki
Firon kəndli idi. Şəhərə gələndə əvvəl qəbristanlıqda yaşayırdı. Camaat ona yemək verirdi. Firon qəbristanlığı süpürür, təmizləyirdi. Camaatın onun bu işindən xoşu gəldi və onu qəbristanlığın rəhbəri təyin etdilər. Amma öz işini daha yaxşı yerinə yetirdiyini gördükdə, şəhərin idarəsini onun ixtiyarına verdilər. Sonra da Misirin valisi oldu. Hər gün elə işlər görürdü ki, camaat heyrətə gəlirdi.
Beləliklə, camaat onu Misirə şah seçdi. Amma Firon şahlığa qane olmadı və dedi: “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (“Naziat” surəsi, ayə 24)
«أَنَا رَبُّكُمُ الْأَعْلى»
Firon şahlığın da kiçik olduğunu görürdü. Doğrudan da kiçikdir və insanı ehtiyacsız etmir. Amma insan ehtiyacsızlığa necə çatmağın yolunu bilmir. Həqiqi ehtiyacsızlıq tövhiddədir. Firon dedi: “Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” Halbuki, ehtiyacsızlıq bəndəlikdədir.
İlahi əgər desən: “Mənim bəndəm”
Ərşdən yuxarı qalxar sevincim
Quran buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.” (“Nur” surəsi, ayə 37)
«رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه»
Elə insanlar vardır ki, onlar ticarət ardınca deyil və alış-veriş onları doyuzdurmur, ticarətlər var, amma bu ticarət onları Allahı zikr etməkdən yayındıra bilmir. Hədisdə deyilir: “Allahla zəngin olmaq ən böyük zənginlikdir.” (“Qürərül-hikəm və dürərül-kəlam”, səh. 97)
«الْغِنَى بِاللَّهِ أَعْظَمُ الْغِنَى»
Başqa bir hədisdə də gəlmişdir: “Mömin Subhan Allahla ehtiyacsız olur.” (“Təsnifu-qürəril-hikəm və dürəril-kəlam”, səh. 91)
«غِنَى الْمُؤْمِنِ بِاللَّهِ سُبْحَانَه‏»
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?