اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1859 2017/11/17 - 20:04 127
Nicat tapanlar və bataqlıqda çobalayanlar

Ustad Füruğinin məhzərində

Nicat tapanlar və bataqlıqda çobalayanlar

Bismillahir-rəhmanir-rəhim

çıxışı-Beytur-Rza (ə), 2014

İnsanlar ya “fovz”dadırlar, yəni nicat tapıblar və xeyrə qovuşublar, ya da bataqlıqda və çirkabda çobalayırlar. Qurani-kərim buyurur: “Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır)”[1]. Onlar yüksəlirlər və feyzdədirlər, tövhid vasitəsilə səadətə çatırlar.

Bir qrup da “xovz”da, yəni bataqlıqdadır. “Sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər)”[2]. Daim batırlar. İnsan dünya və onun nemətlərində, öz nəfsi istəklərində batır. Bəzən batil söz və danışıqlarında “xovz” və bataqlığa düçar olur.

Xovz və bataqlığı o kəslər barədə işlədirlər ki, gedirlər və bir daha qayıtmırlar. Gedib, yenidən öz vətəninə, əvvəlki yerinə qayıdana “əvvab” (Allaha sığınan) deyirlər. Məsələn, Quran həzrət Süleyman (ə) barədə buyurur:

“Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi”[3].

Həmçinin, həzrət Əyyub (ə) barədə buyurur:

“Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi”[4].

Belə şəxslər, həmin bu dünyada yaşayırlar, dərs oxuyurlar, ticarət edirlər, amma bataqlığa düşmürlər, “Allaha sığınırlar” və “nə gözəl” bəndə olurlar. Yəni daim Allaha və həqiqi yerlərinə doğru hərəkət edirlər.

Amma bataqlıqda olan kəs, belə deyil və bütün varlığı ilə batır. Ağac kimi başını yerə batırır. Ağacdan yuxarıda qalan onun budağıdır. Ağacın kökü onun başıdır və o da torpaqdadır. Əgər kök qurusa, budaq və yarpaq da quruyacaq. Bəzən insan da ağac kimi başını torpaqa salır və onun təkcə budaq və yarpağı çöldə qalır. Ev, həyat yoldaşı, övlad, sərvət, məqam və bu növdən olan hər bir şey, insanın həqiqət deyil, onun həyatının budaq və yarpağıdır. Bəzən insanın fikir və düşüncəsi torpaq iyi verir və torpaqla bir olur. Ona görə də danışdığı söz də torpağa qayıdır.

Froyd deyir: “İnsanın həyat və səadəti, yəni ləzzət aparmaq”. Onun sözlərinə görə, yaşamaq üçün gəlmişik, və yaşamaq yəni ləzzət aparmaq. Bəs insanı burax, qoy torpaqda batsın. Yəni insanın şəhvətini azad burax. Görün, necə batil təfəkkürlə insan başına nə bəlalar gətiriblər. Danışdıqları hər söz, insanı torpağa qaytarmaqdır.

Səslən! Və paklanmağı çağır! De ki, paklanmaq istəyirəm. Əmin ol ki, sənin əlindən tutacaq bir kəs var. Əgər ürəyinin dərinliyindən səslənə bilsən, Allahın səni boşlaması qeyri-mümkündür. Səni boşlamayacaq və nicata, qurtuluşa tərəf aparacaq, nicat tapanlara qoşacaq. “Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!”[5]

Əlbəttə, cənnətin də dərəcələri vardır. Onun ən yüksək mərtəbəsi Qurana görə “cənnətul-liqa”dır. “Cənnətimə varid ol!”[6] Bütün cənnətlərin əsası və kökü “cənnətul-liqa”dır. Özünü gözlə ki, bataqlığa düşməyəsən. Yoxsa çarəsiz və dəyərsiz olacaqsan. Bəziləri özlərini o qədər kiçildiblər ki, Allahı yada salmaq üçün serçə qədər də tutumları yoxdur.

İmam Baqir (ə) buyurur: Bir gün Rəsuli-əkrəm (s) camaat üçün qısa bir xütbə oxudu”.

Rəsuli-əkrəm (ə) hər nə deyirsə, həqiqətdir və qeybdən xəbər verir. O, insanların daxilini görür. Öz gözəlliklərini bəyan edən sözlər danışırlar. Əgər bütün bu gözəlliklər insanın daxili olsa, danışmaq nə qədər asan olar. Bu hikmət deməkdir. “Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir!” Əgər hikmətə çatsan, “çoxlu xeyrə” çatarsan və “kövsər” olarsan, canlı və təravətli olarsan. Belə olduqda, insan axar insan olur. Peyğəmbərlər (ə) axar insanlar idilər, Allah övliyaları da axar idilər. Sən də axar insan olmağa çalış. Ailəndə axar ol. Ailə qurdunsa, çalış qaşqabaqlı olmayasan. İnsan axar çeşmə kimi olmalıdır. Əvvəl ailəndə, sonra da toplumda. Əlbəttə, hər kəs öz tutumu qədər.

İmam Baqir (ə) buyurur: “Bir gün Rəsuli-əkrəm (s) bu xütbəsində buyurdu: “Sizlərdən ən pis adamın kim olduğunu xəbər verimmi?”. Dedilər: Bəli, ya Rəsulləllah. Buyurdu: “Başqasına xeyri çatmayan kəs, quluna və öz tabeliyində olan adamlara çətin tutan, təkcə özü üçün azuqə götürən, qonşusu və yoldaşını fikirləşməyən, tək yeyən kəs”.

Bu hədisin nümunəsi Amerikadır. Xeyrinə heç bir ümid yoxdur və şərrindən heç kəs amanda deyil! İmperializm belədir. Bu bir reallıqdır. Dünyada hamı özü üçün işləyir və öz xeyrini güdür.

Elə ki, həzrət bunu buyurdu, səhabələr yenə elə fikirləşdilər ki, “ən pis insan odur ki, xeyrinə ümid olmasın və şərindən aman olmasın”. Həzrət buyurdu: “İstəyirsinizmi, bundan da alçaq adamı sizə tanıdım?” Dedilər: Bəli, ya Rəsuləllah! Buyurdu: “Söyüş söyür və lənət oxuyur. Elə ki, bir mömini xatırlayır, ona lənət oxuyur. Möminlər də onu xatırladıqda lənətləyirlər. Belə şəxs dünyanın ən alçaq mövcududur”[7].

Bunlar hamısı nəfsi istəklərdən qaynaqlanır. Bu nəfsdən tövhid məhkəməsinə şikayət etməsək və Allah onu daşlamasa, bizim əlimizdən bir iş gəlməz. Şeytanı daşladığı kimi nəfsi nəfsi-əmmarəni də gərək Allah daşlasın. Qurani-kərimdə buyurur: “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq”[8].

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

————————————————-

[1] . “Tövbə” surəsi, ayə 20.
[2] . “Ənam” surəsi, ayə 91.
[3] . “Sad” surəsi, ayə 30.
[4] . “Sad” surəsi, ayə 44.
[5] . “Həşr” surəsi, ayə 20.
[6] . “Fəcr” surəsi, ayə 30.
[7] . “Kafi”, c. 2, səh. 290.
[8] . “Qaf” surəsi, ayə 16.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?