اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1826 2017/11/17 - 17:08 29
Orucun həqiqəti, ürəyi Allahdan qeyrisindən təmizləməkdir

Ustad Füruğinin məhzərində

Orucun həqiqəti, ürəyi Allahdan qeyrisindən təmizləməkdir

Bismillahir-rəhmanir-rəhim

Ramazan ayının əvvəli, Ərdəbil, 2010

Ramazan ayı Allahın Quranda ilk adını çəkdiyi aydır.

“شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ”

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir”. (“Bəqərə” surəsi, ayə 185.)

Bu ayəyə görə insan Ramazan ayında fürqan məqamına çata bilər, yəni haqla batili ayırd edə bilən bəsirət qazana bilər.

Bu ay insanlıq yolunu getmək üçün ən gözəl fürsətdir. Bu şərtlə ki, insan təkcə fiqhi oruc deyil, əxlaq orucu da tutsun. Əxlaq orucu budur ki, insan özünü günahdan qorusun, insanın bədən üzvləri Allaha xatir imsak etsin, göz, qulaq, dil, əl və ayaq və meyilləri də oruc tutsun və onda batil meyl olmasın.

Əgər insan təkcə fiqhi oruc tutsa, Pərvərdigari Aləmin rəhmət nəsimi onun canına toxunmur. İnsan fürsətlərdən düzgün istifadə etsə, Pərvərdigari Aləmin rəhmət nəsiminə çevrilə bilər. Sonra insanda elə bir dəyişiklik yaranır ki, onunla Allah göstərişlərinin batinini dərk edə bilər.

Allahın göstərişlərinin zahiri və batini vardır. Allahın göstərişlərinin batini insanı Allah səmtinə çəkən nurlu yol və seyri-sülukdur. Bu batin bizim üçün gizli və qeybdir və ondan xəbərimiz yoxdur. Əgər xəbərimiz olsaydı, Allahın hökmlərinin biri qarşısında ömrümüz boyu səcdədə qalardıq.

Peyğəmbəri-əkrəm (s) buyurdu:

“لَوْ عَلِمْتُمْ مَا لَكُمْ فِي رَمَضَانَ لَزِدْتُمْ لِلَّهِ تَبَارَكَ وَ تَعَالَى شُكْراً”

“Əgər pərdələr götürülsəydi və Ramazan ayında sizə verilənləri görsəydiniz, hər an şükür etməyi artırardınız”. (“Əl-əmali”, Səduq, Əl-nəss, səh. 48.)
Quranda bəzi ayələr göstərir ki, hər bir zahirin arxasında batin vardır. Məsələn oruc barədə buyurur:

“وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ ۖ إِنْ كُنْتُمْ تَعْلَمُونَ”

“Oruc tutsanız, bu sizin üçün daha yaxşıdır. Əgər siz bunu bilsəniz”. (“Bəqərə” surəsi, ayə 184.)

Ayədə “əgər bilsəniz”-buyrulması, göstərir ki, insanın orucun həqiqətidən xəbəri yoxdur.

Orucda olan xeyirlərdən biri də budur ki, Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam olasınız”. (“Bihar əl-ənvar”, c. 59, səh. 287.)

Oruc tutmaq zahiri sağlamlıq gətirir, insanın cismi qüvvəsini tənzimləyir, amma batini təsirləri də vardır. Məsələn, ürəyiniz, ağlınız, əxlaqınız sağlam olsun. Oruc, yəni insanın yenidən qurulması, oruc, yəni insanın quruluşunu dəyişdirmək. Lakin buyurur: “əgər bunu bilsəniz”. İnsanın divarın arxasını görmək üçün təbiət divarı maneədir.

Digər bir ayədə buyurur:

“وَإِنْ كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَىٰ مَيْسَرَةٍ وَأَنْ تَصَدَّقُوا خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ”

“Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (“Bəqərə” surəsi, ayə 280.)

Allahın göstərişlərinin sirri, hikmət və fəlsəfəsi vardır, lakin biz bilmirik.

Cihad ayəsində buyurur:

انْفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ”

“(Ey möminlər!) Ağırlı-yüngüllü hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!” (“Tövbə” surəsi, ayə 41.)

Buyurur ki, əgər bilsəydiniz, amma bilmirsiniz. Bəşər, yəni cəhl və nadanlıq!

Cümə surəsində buyurur:

“يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِيَ لِلصَّلَاةِ مِنْ يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَىٰ ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ”

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (“Cumə” surəsi, ayə 9.)

Əgər bilsəydiniz ləngiməzdiniz!

Bu zahirin batinində bir həqiqət vardır və ona yol tapmaq lazımıdr. Bu aləmə gələn hər bir göstəriş Allahın rəhmət və məhəbbətindən sərçeşmələnib. Bu rəhmətə yetişmək lazımıdır.

Allah taala həzrət Adəmi yaratdıqdan sonra Adəmin ilk işi asqırmaq oldu. Rəvayətdə gəlib ki, hər vaxt mömin asqırsa, deyin: “yərhəmukəllah”. (Allahın rəhməti sənə olsun). (“Kafi”, c. 2, səh. 653.)

Yəni, bütün anlarda istifadə et, Allahın rəhmətinə daxil ol.

Həzrət Adəm (ə) asqırdıqdan sonra Allah buyurdu: “Yərhəmukəllah, ya Adəm”. (“İddətud-dai və nicatus-sai”, səh. 145.)

Sənə rəhm edəcəyəm ey Adəm!

Allahın bütün göstərişləri rəhmətdir. Biz ləngik və pərdənin arxasında qalmışıq. Gərək bir az yuxarı qalxaq və bu həqiqəti dərk edək. Aləmin batini nurlu yoldur və insan nur yolunda hərəkət edir. Çatmaq üçün cəhd etməlisən.

“كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ”

“Hər kəs öz əməlinin girovudur!” (“Muddəssir” surəsi, ayə 38.)

İnsan fürsətlərdən istifadə etməlidir ki, rəhmət nəsimi onun canına əssin və pərdənin arxasında nəyin olduğunu başa düşsün. Belə olduqda insanda şövq yaranır və hər nəyi varsa qurban verməyə hazır olur.

Hiss aləmində qalmamalısan, yoxsa Allahın hökmlərini başa düşməyəcəksən. Peyğəmbər (s) pərdənin arxasını xəbər verərək buyurur:

“أَيُّهَا النَّاسُ إِنَّهُ قَدْ أَقْبَلَ إِلَيْكُمْ شَهْرُ اللَّهِ بِالْبَرَكَةِ وَ الرَّحْمَةِ وَ الْمَغْفِرَة”

“Ey insanlar! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və bağışlanma ilə birgə sizə üz gətirmişdir”. (“Bihar əl-ənvar”, c. 93, səh. 356.)

Allahın ayı sizə üz gətirmişdir, lakin onun daxilində bərəkət, məğfiət və rəhmətlə dolu bir həqiqət vardır. Həzrət Peyğəmbər (s) bunları müşahidə edirdi.

Bizim batinə elmimiz olmadığı üçün çoxlu fürsətləri itiririk və səadət bədbəxtliyə çevrilir.

Peyğəmbər (s) sonra buyurdu:

Bu ay Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və anları ən üstün saat və anlardır.

Bu həqiqətlərə çatmaq üçün gərək Peyğəmbərin (s) ardınca gedək.

Möləvi deyir:

Başdan-başa eşidən və gözdür o nəbiyy

Onun rəhməti süd verən biz isə uşaqğıq.

Əgər biz də pərdədən qırağa çıxa bilsək, bütün varlığımız gözdür. Önü-arxası yoxdur. İnsanın gözünü nəfsi istəklər və haram ardınca getmək kor edir. Onun rəhməti süd verən biz isə uşaqğıq. Allah Öz Peyğəmbərinə (s) belə buyurur:

“وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ”

“Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. (“Ənbiya” surəsi, ayə 107.)

Gətirdiyi göstərişlərlə aləmdə Allahın rəhmətini idarə edir. Bütün aləm Peyğəmbərin (s) uşağıdır.

Mütəal Allah Quranda Peyğəmbərə (s) buyurur:

“أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ”

“Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Sənin şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?!” (“Zuha” surəsi, ayə 6-7.)

Yəni Özüm sənə atalıq etdim, Öz sifətimdən sənə verdim. Ayənin başqa təfsirinə görə; yəni səni bənzərsiz tapdım və bütün aləmi sənin ixtiyarında qoydum. Sən aləmin atasısan. Dünyada nə qədər səs-küy salsalar da yenə bəşərin vəliyyə ehtiyacı vardır. Bəşər yetimdir və tərbiyə olunmaq üçün kamil insana ehtiyacı vardır.

“الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا”

“Həmd olsun O Allaha ki, Kitabı heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! (“Kəhf” surəsi, ayə 1.)
İnsanın tərbiyəsi üçün də gərək onun başının üstündə heç bir əyriliyə yola verməyən bir tərbiyəçi dayansın.

Peyğəmbər (s) Ramazan ayının həqiqəti üzərindən pərdəni götürərək buyurur:

“Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub kəramət əhlinə çevrilmisiniz”.

Bu sizin kəramətinizin əlamətidir ki, Allah sizi qonaqlığa dəvət etmişdir. Əgər ev sahibi səni özü dəvət edibsə, sənəə dəyər vermişdir və sənə qarşı məhəbbəti vardır.

Bu qonaqlıqda gərək özünü tapasan. Ona görə də Peyğəmbər (s) buyurur:

“فَاسْأَلُوا اللَّهَ رَبَّكُمْ بِنِيَّاتٍ صَادِقَةٍ وَ قُلُوبٍ طَاهِرَة”

“Bu ayda pak niyyətlər və pak qəlblərlə Allahdan istəyin”. (“Əl-əmali”, Səduq, Əl-nəss, səh. 93.)

“أَنْ يُوَفِّقَكُمْ لِصِيَامِه‏ وَ تِلَاوَةِ كِتَابِهِ “

“Sizə oruc tutmaq və Kitabını oxumaq üçün tövfiq versin”.

” فَإِنَّ الشَّقِيَّ مَنْ حُرِمَ غُفْرَانَ اللَّهِ فِي هَذَا الشَّهْرِ الْعَظِيم‏”

“Bədbəxt insan o kəsdir ki, bu ayda özünü Allaha bağışlatdıra bilməyə”.

Peyğəmbər (s) xüsusi bir halda namaz vaxtını gözlədiyi üçün elə ki, namaz vaxtı olurdu, buyururdu: “Bizi rahat et, ey Bilal”. (“Bihar əl-ənvar”, c. 79, səh. 193.) Yəni, “Əllahu Əkbər” isnanın rahatlığıdır. Əgər insanın nəfsi və canı “Əllahu Əkbər” deməsə, insan “arxayın nəfs”ə yetişmir.

Mirza Cavad Ağa Məliki Təbrizi (rh) oruc tutanları üç dəstəyə bölür:

1. Ümumi oruc. Bu həmin fiqhi orucdur və oruc tutan yemək-içməkdən çəkinir. Bu surətdə oruc tutan əxlaqiyyata diqqət etmir. Bir qadın öz kənizini söyürdü. Peyğəmbər (s) onu öz yanına çağırtdırdı. Həzrət (s) su qabını ona uzadaraq su içməsini buyurdu. Qadın özünün oruc olduğunu dedi. Peyğəmbər (s) buyurdu: “Sən necə oruc tutmusan, halbuki, söyüş söyürsən”. (“Mən la yəhzəruhu əl-fəqih”, c. 2, səh. 438.)

Buyurdu: “Nə qədər çoxdur ac qalanlar, nə qədər azdır oruc tutanlar”.

Əmir əl-möminin Əli (ə) buyurur:

“طَلَبُ الْمَرَاتِبِ وَ الدَّرَجَاتِ بِغَيْرِ عَمَلٍ جَهْل‏”

“Hər kis yüksək məqama çatmaq istəsə, lakin bunun üçün çalışmasa, bu onun nadanlığının nişanəsidir”. (“Ğurərul-hikəm”, səh. 435.)

2. İkincisi, xüsusi orucdur və bu orucda gərək təqva göstərəsən.

“أَفْضَلُ الْأَعْمَالِ فِي هَذَا الشَّهْرِ الْوَرَعُ عَنْ مَحَارِمِ اللَّه‏”

“Bu ayda ən üstün əməl haramlardan çəkinməkdir”. (“Əl-əmali”, Səduq, Əl-nəss, səh. 48.)

3. Xasdan xas oruc. Bu orucu tutanlar o kəslərdir ki, onların batinləri də orucdur. Allahdan qeyrisini öz batinlərinə buraxmırlar. Təkcə Allaha diqqət edirlər.

Ramazan ayı insanın qəlbindən qapı açmaq üçündür. Əmir əl-möminin Əli (ə) buyurur:

“صَوْمُ الْقَلْبِ خَيْرٌ مِنْ صِيَامِ اللِّسَانِ وَ صِيَامُ اللِّسَانِ خَيْرٌ مِنْ صِيَامِ الْبَطْن‏”

Əgər qəlb orucuna çatmadınsa, ən azından dilin oruc olsun.

Qəlb o vaxt oruc olur ki, “Allaha məhəbbəti daha qüvvətli” olasan. Qəlbi fəth edən məhəbbətdir.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?