اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1349 2017/10/15 - 00:23 29
شرح بیداری دل

Ustad Füruğinin məhzərində

Qəlb oyanışının şərhi

Məhərrəm və səfər aylarından tövhid səmtinə hərəkət üçün ən yaxşı faydalanmaq olar. Bizim əzadarlığımız və ağlamağımız Əhli-beytin (ə) mələkuti dərgahına ehtiyaclarımızı bildirmək üçün bir amil ola bilər. Çünki biz Əhli-beytə (ə) möhtacıq, onlar isə bizidən ehtiyacsızdır.

Tövhiddə bütünlüklə qərq olanlar özləri zəngindir və zənginedicidir. Onların bizə ehtiyacları yoxdur, biz onların səmavi vücudundan bizə yağmasına möhtacıq. Əhli-beyt (ə) üçün göz yaşlarımız tövhid əhlinə, hətta bəşəriyyət aləminə məhəbbətimiz üzündəndir. Ona görə də məhərrəm və səfər aylarından istifadə etməliyik ki, Əhli-beyt (ə) bizə inayət etsin.

«اللَّهُمَ وَ الْحَظْنِي بِلَحْظَةٍ مِنْ لَحَظَاتِكَ تَنَوَّرْ بِهَا قَلْبِي‏ بِمَعْرِفَتِكَ خَاصَّةً وَ مَعْرِفَةِ أَوْلِيَائِكَ‏»

“İlahi, anlarından bir an mənə nəzər sal, o anda Öz xas mərifətinlə və övliyalarının mərifəti ilə qəlbimi nurlandır”. (“Biharul-ənvar”, c. 91, səh. 96)

Onların bir anlıq inayəti, bir baxışı da kifayət edir və qəlbləri abad edir. Qəlb abad olduqda insanın zahiri, batini, dünya və axirəti abad olur. Amma qəlb xarab olduqda dünyanı nə qədər düzəltsən də xarabalıqdan başqa bir şey deyil. Ona görə də İmam Əsr (əc) həm aləmi düzəldir, həm də insanın əməlini.

«وَ اعْمُرِ اللَّهُمَّ بِهِ بِلَادَكَ، وَأَحْيِ‏ بِهِ‏ عِبَادَكَ»

“İlahi, onun gəlişilə diyarlaını abadlaşdır, bəndələrini (mənəviyyatını) dirilt!” (“Əl-bələdul-əmin”, səh. 83)

İnsan dirilməyincə, qəsr və daxma tikməyin faydası yoxdur. Mərhum İlahi Qumşeyinin sözü ilə desək:

Güldük biz divanələr yer əhlinin qəsrinə

Necə ki, gülər fələk qaranquşun yuvasına

Qaranquş çox zəhmətlə və vəsfedilməz çalışqanlıqla torpaq və su taparaq, onunla palçıq hazırlayır və palçıqdan yuva düzəldir. Qaranquşun palçıqdan evi hara, Mütəal Allahın qəlbi oyaqlara inayət etdiyi axirət aləminin sonsuz əzəmətli mülkləri hara?!

Yer əhli olan insan da qaranquş kimi torpaq və sudan ev tikir, amma insan diri olmayınca bütün aləm bir xarabadır. Bu aləmin abadlığı ürəyin abadlığı vasitəsilədir. Xilqətin vücuda gəlməsi insanın qəlbinə görədir. Əgər xilqətdən qəlbi çıxsaq, xilqətin mənası olmayacaq. Əllamə Təbatəbai demişkən, Aləmin iki şeyi vardır: qəlb və Yarın sevgisi! Əgər bu iki şey olmasa, aləm xəyaldan başqa bir şey deyil.

Qəlb və Yarın sevgisi məhərrəm ayında ən yüksək səviyyəyə çatır. Məhərrəm ayının işi insanın qəlbi ilədir. Aləmin qanunu cazibə qanunudur.

Bağ-bağçada həm gül, həm də tikan əkməyin mümkün olduğu kimi ürəkdə də həm gül, həm də tikan əkmək olar, amma tikan əkməyin nə faydası var? Onun nə məhsulu var? Ürəkdə gül əkmək lazımdır!

Rəsuli-əkrəm (s) buyurub: “Dünya axirətin əkin yeridir”. Bu hədisdə məqsəd yer aləminin bağ və tarlasıdırmı? Məlumdur ki, həzrətin məqsədi bu olmayıb. Allahın tarlası insanların qəlbidir. Gör, qəlbinə nəyin daxil olmasına yol verirsən. Hansı söz qəlbində böyükdür. Öz sözün, ya filan böyük şəxsin sözü, ya Allahın sözü?!

«کَلِمَۀُ اللهِ هِیَ العُلیَاء»

“Yalnız Allahın sözü ucadır”. (“Tövbə” surəsi, ayə 40)

Ən uca kəlam Allahın sözüdür. Əgər Allahın sözü qəlbinə daxil olsa, “o ucadır”, qəlb yüksəlir. O qədər yüksəlir ki, hər yeri fəth edir, insan fateh və fatehlər fatehi olur. Qəlb fateh olduqda xarici aləmdə də hər şeyi fəth etmək mümkün olur. Aləmi fəth edən, qəlbdir. Qəlbin fəthi, yəni qəlbi Allahın ixtiyarında qoymaqdır.

Belə qəlbdə Allahın kəlamını əkmək olar, sevgi əkmək olar. Amma bəzi vaxtlar fəsad da olur. Ona görə də ehtiyatlı olmaq lazımdır. Hafiz demişkən:
Dostluq ağacı ək ki, qəlb kam alsın

Düşmənlik ağacını çıxat ki, hədsiz ağrısı var.

Əgər qəlbdə bir kəsə qarşı kinə yol versək, orada tikan əkmişik. Bu məharət deyil, çirkinlikdir. Belə olduqda insanın qəlb bağı tikanlıq olacaq.

Bərzəx aləmində bir çoxlarının bağı başdan-başa tikanla doludur. Onlara deyirlər ki, bağınızda gəzin. Burada bütün tikanlar onların öz ayaqlarına batır.
Allah insanların batinini açıb göstərsə, bəziləri tikan butası olacaq, bəziləri də gül bağı! Bu, insanın əməllərinin bərzəx aləmində təzahürüdür.

«قُطُوفُها دانِيَةٌ»

“(Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır”. (“Haqqə” surəsi, ayə 23)

İnsanın əməlləri onun özündən ayrı deyil ki, əlçatan olmaya. Əməlləri onun bir hissəsi və ondandır, elə indi onunladır. Ona görə də bəziləri halətlər tapır və elə bu dünyada cənnətdən meyvələr alır və yeyir. Bu şəxslər özlərini kəşf ediblər, səmərəyə çatdırıblar və öz həqiqətlərindən faydalanırlar. Mütəal Allah buyurur:

«بَشِّرِ اَلَّذِينَ آمَنُوا وَ عَمِلُوا اَلصّالِحاتِ أَنَّ لَهُمْ جَنّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا اَلْأَنْهارُ كُلَّما رُزِقُوا مِنْها مِنْ ثَمَرَةٍ رِزْقاً قالُوا هذَا اَلَّذِي رُزِقْنا مِنْ قَبْلُ وَ أُتُوا بِهِ مُتَشابِهاً»

“İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: Bu bizim əvvəlcə (dünyada) yediyimiz ruzidir- deyəcəklər. Əslində isə bu onlara bənzər olaraq verilmişdir”. (“Bəqərə” surəsi, ayə 25)

Bəziləri Qiyamət günü cənnət nemətləri ilə qarşılaşdıqda deyərlər ki, bu qabaqcadan bizə ruzi edilmişdi. Məqsəd odur ki, bu meyvələr dünya meyvələrinə oxşayır. Üstəlik deyirlər ki, bu nemətlər bizim əməllərimizin nəticəsidir. Allah bizi dünyada iki rəkət namaz qılmağa müvəffəq edibsə, bu əməl faydası daimi olaraq insana yetişən ən yaxşı meyvə olar.

Allah bir an bizə nəzər salsa və bunun nəticəsində istiğfar etsək və qəlbimizi Allaha tərəf apara bilsək, bu əməllərin batini meyvə və cənnət ruzisi olar.

Ona görə də qəlbimizdə nə əkdiyimizə diqqət etməliyik. İnsanın hər sözü, hər davranışı və ondan baş verən hər bir əməl bir formaya düşür. Hər əməl insan üçün bir forma yaradır ki, onunla çirkin, ya gözəl ola bilər. İnsanın hər bir ruhi halının: xoşluq ya narahatlığı, mehribanlıq ya qəzəbliliyi, yaxşılıq ya pisliyi insanın ruhu üçün formaya çevrilir. Bədən üzvlərinin əməlləri insanın ruhuna təsir edir və onun batini formasını yaradır. Allah bilir ki, ölüm anına kimi bizim ruhumuza nə qədər forma ariz olur.

İnsan qəzəbləndikdə onun ruhu bir formaya düşür, xoşluq və mehribanlıq zamanı ayrı bir formaya düşür. Ər-arvad evdə bir-birlərinin başına qışqırdıqda ruh bir forma alır, onlar sakitləşdikdən sonra, aralarında məhəbbətli münasibət yarandıqda ayrı bir formaa alır.

Bu formalar daim bir-birləri ilə inkar və isbata, dava-dalaşa qalxırlar. Bu vəziyyət onlardan birinin digərinə qələbə etdiyi vaxta qədər davam edir, insanı öz formasına salır və həmin şəkildə Allahın hüzuruna aparır.

Kinə ilə rəftar edən kəs əqrəb şəklinə, səfa və səmimiyyətlə davranan kəs mələk şəklinə düşür. Kinə qalib olsa, insan əqrəb şəklini özünə alır, səfa və səmimiyyət qalib gəlsə mələk formasında məhşərə gələcək.

Allah sevgisi insana qalib gəlsə, Allahın adların onun vücudunda təcəlli edər və Allah Taala tərəfindən bir nur ona verilər. Bu nur aləmin yaxşı insanlarının Səhər duasında Mütəala Allahdan istədikləri nurdur:

«اللهم انی اسئلک من نور بانوره و کل نورک نیر»

“İlahi Səndən istəyirəm Öz nurunun ən nurani mərtəbəsi xatirinə və Sənin nurunun bütün mərtəbələri nuranidir”.

Əgər Allah tərəfindən insana bir nur verilsə, həqiqət günəşi onun qəlbindən parlayar. İnsanın qəlb günəşi parladıqda dünya günəşi və aləmin bütün ulduzları onun qarşısında parıltısını itirər. Çünki onun vücudunun ilahi nuru bütün aləmlərə qalib gələr.

Etdiyimiz əməllərə çox diqqət etməliyik, çox ehtiyatlı olmalıyıq. Çünki əməllərimizlə batini aləmimizi rəngləyirik və həqiqətimizi o əməlin şəklinə salırıq. Ona görə də hansı şəkli düzəltməyimizə fikir verməliyik.

İnsanın etdiyi əməl həqiqi və cövhəri bir məsələdir, ərəz və etibari deyildir. Hər bir əməlin bir batini vardır və insanın canı ondan baş verən əməllərin halətləri ilə əlaqədədir. Ona görə də öz vücudumuza ən yaxşı forma vermək istəyiriksə və əbədi həyatımız üçün ən yaxşı aqibət olmasını istəyiriksə, yolu budur ki, ən yaxşı əməllərlə məşğul olaq. Varlıq aləmində Mütəal Allahdan əzmətli varlıq olmadığı üçün Onu yada salmaq və zikr etmək ən yaxşı əməldir. Bu əməlin böyük təsirləri vardır. Necə ki, Allah Taala buyurur:

«إذا كانَ الغالِبُ عَلى عَبدِيَ الاِشتِغالَ بي جَعَلتُ نَعيمَهُ ولَذَّتَهُ في ذِكري ، فَإِذا جَعَلتُ نَعيمَهُ ولَذَّتَهُ في ذِكري عَشِقَني وعَشِقتُهُ ، فَإِذا عَشِقَني وعَشِقتُهُ رَفَعتُ الحِجابَ فيما بَيني وبَينَهُ ، وصِرتُ مَعالِمَ بَينَ عَينَيهِ ، لا يَسهو إذا سَهَا النّاسُ ، اُولئِكَ كَلامُهُم كَلامُ الأَنبِياءِ ، اُولئِكَ الأَبطالُ حَقّا ، اُولئِكَ الَّذينَ إذا أرَدتُ بِأَهلِ الأَرضِ عُقوبَةً وعَذابا ذَكَرتُهُم فَصَرَفتُ ذلِكَ عَنهُم.»

“Elə ki, Məni yada salmaq bəndəmə qələbə etdi, Məni yad etməsində xoşluq və ləzzət qoyaram. Məni yada salmaqda xoşluq və ləzzət qoyduqda Mənə sevgi bəslər və Mən də Ona sevgi bəslərəm. O, Mənə sevgi bəslədikdə və Mən də ona sevgi bəslədikdə Özümlə onun arasındakı pərdəni götürərəm və Özüm onun gözlərinin qarşısında nişanələr olaram. Bundan sonra insanlar unutqanlığa və səhvə düçar olduqda o unutqanlığa və səhvə düçar olmaz. Onun sözləri peyğəmbərlərin sözü olar. O, həqiqi qəhrəmandır. Onlar o kəslərdir ki, yer əhlinə əzab vermək istədikdə onları yada salıram və yer əhlindən əzabı götürürəm”. (“Hilyətul-əvliya”, c. 6, səh. 165. “Kənzul-ummal”, c. 1, səh. 433. “İddətud-dai”, səh. 250)

İnsan Allahı daha çox yada saldıqca, Ona daha çox üz tutduqca, şəkli də dəyişir. Əgər insan mənəviyyat yoluna düşməsə və Allaha tərəf səfərə çıxmasa dərs, ticarət, peşə, ailə-uşaq, ümumiyyətlə dünya həyatı onu Allaha üz tutmağa qoymayacaq. Amma sözün həqiqi mənasında mömin olan kəs daim Allahı xatırlayır. İmam Sadiq (ə) buyurur:

«إِنَ‏ الْمُؤْمِنَ‏ لَمَشْغُولٌ‏ عَنِ اللَّعِبِ.»

“Mömin oyundan çəkindirilib”. (“Xisal”, c. 1, səh. 26. “Vəsailuş-şiə”, c. 17, səh. 321)

Yəni, aləmdə heç bir şey onu Allahı xatırlamaqdan saxlaya bilməz. Möminin məşğuliyyəti Allaha diqqət və məşğulluqdur. Əlbəttə, diqqət etmək lazımdır ki, həqiqi mömin daim Allahı xatırlayır və onun faydalarından bəhrələnir. İman iddiaçısı məhz iddia ilə Allahı xatırlaya bilməz.

Sırf iddia və adla səmərə hasil olmaz. Ad yox, adlanmışın (müsəmmanın) ardınca ol. Mütəal Allah “Əla” surəsində buyurur:

سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى

“Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!” (“Əla” surəsi, ayə 1)

Burada əgər həqiqətən adın təsbihində məqsəd Allahın adının təsbih və tənzihi olsa, şirk olar. Ona görə də əminliklə demək olar ki, təsbih və tənzihdə məqsəd ilahi adın adlanmışıdır (müsəmma), yəni Bari Taalanın zatı təsbih və tənzih olunur. Diqqət etmək lazımdır ki, Allah Taalada ad, adlanmışın özüdür və ilahi zatın öz adları ilə vəhdəti vardır. Burada söhbət yalnız sözdən getmir. Çünki təsbih adlanmışa diqqət etmədən, təsbih deyildir.

Həmçinin “Ələq” surəsində buyurur:

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

“Yoxdan yaradan Rəbbinin adı ilə oxu!” (“Ələq” surəsi, ayə 1)

Bu ayədə də Allahın adını oxumaqda məqsəd, Allah adının adlanmışına diqqət etməkdir. Qəlb adlanmışı görməlidir və ondan sonra dil onun adını zikr etməlidir ki, Mütəal Allahı oxumaq kamil şəkildə gerçəkləşsin. Əks təqdirdə Allah Taalanın adını təkcə dildə deməyin qəlbə bir faydası yoxdur, zikr və Allah Taalanı çağırmaq kamil olmayacaq və bu insanı həqiqətə çatdırmayacaq. İnsanın bütün fikri, zikri, batini və zahiri Allaha yönəldikdə, Mütəal Allaha elə bir iş edir ki, insanın nemət və ləzzəti Allahı yada salmaq olur. Bir dəfə Allah deməklə tövhid dəryasında qərq olur.

Şeyx Bəhai deyir ki, bir nəfər arif süfrəni açırdı və bir dəfə “Bismillahir-rəhmanir-rəhim” deyib, süfrəni yığışdırırdı və deyirdi: doydum.

Allahın adı ilə və Onu yada salmaqla insana ruhani və mənəvi halətlər qalib olur. Bu halətlər insanın maddə və bədən aləminə qələbə edərək onu idarə edir.

İnsan mələkuti olduqda yuxarı aləmdən maddi aləmi əhatə edir. Bu vaxt maddi aləm mum kimi onun əlində təslim olur, üstəlik, mücərrəd aləmə daxil olsa bərzəx aləmini də dəyişdirir və onda təsərrüf edir.
Həzrət İsa (ə) gildən quş heykəl düzəldirdi, ona üfürürdü və quş cana gəlirdi. Bu ruhun qüdrəti ilə maddi aləmdə təsərrüf etməyin sübutudur.

Mütəal Allah buyurur: “Elə ki, Məni yada salmaq bəndəmə qələbə etdi, Məni yad etməsində xoşluq və ləzzət qoyaram. Məni yada salmaqda xoşluq və ləzzət qoyduqda Mənə sevgi bəslər və Mən də Ona sevgi bəslərəm. O, Mənə sevgi bəslədikdə və Mən də ona sevgi bəslədikdə Özümlə onun arasındakı pərdəni götürərəm.

Eşq yarandıqda artıq arada pərdə qalmır və vəhdət məqamı yetişir. Eşq vəhdət və eyni rənglik yaranır, məşuqun rəngindən başqa bütün rəngi yuyur və Allahın rəngindən başqa bir rəng qalmır.

Allah Özü buyurur ki, Mənim rəngimlə boyanın:

صِبْغَةَ اللَّهِ ۖ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ صِبْغَةً

“(Ey möminlər, deyin:) Allahın rəngini qəbul etdik. Allahın rəngindən daha gözəl olan kimdir?!” (“Bəqərə” surəsi, ayə 136)

Allahın rəngi insandan qıraqda deyil. Allahın rəngi həmin bəndəlik və Allaha eşqdir. Yəni qəlb Allaha eşq və məhəbbət evi olduqda özünə Allahın rəngini alır.

Qəlb Allah Taalaya eşq və məhəbbətlə ilahiləşdikdə və Allahın rənginə boyandıqda insan çox ehtiyatlı olmalıdır ki, alınmış bu şəkil dəyişməsin. O qədər dözüm göstərmək lazımdır ki, bu şəkildə Allahın hüzuruna daxil olasan. Əgər bu şəkidə Allahın hüzuruna yetişsən, bunun nəticəsi:

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ

“Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!” (“Qəmər” surəsi, ayə 54-55)

Bu vaxt hara baxırsa, Allahı gözünün önündə görür. Ona görə də heç vaxt Allahı yad etməkdən qafil olmur. “İnsanlar səhv etdikdə, o səhv etmir”. Belə bir insan həmişə Allaha diqqət etməyə qərq olmuşdur. Onlar peyğəmbər deyil, amma peyğəmbərlər kimi danışırlar. Onlar töhvid vüsalı üçün döyüş meydanının şücaətliləri, bəşəriyyətin həqiqi qəhrəmanlarıdır. Onlar o kəslərdir ki, Allah yer əhlinə əzab nazil etmək istədikdə, onları yada salır, nəticədə əzabı yer əhlindən götürür.

Allah buyurur ki, bizim xüsusi qonağımız var və bu qonağa xatir hamı üçün süfrə açın.

Əgər Aləmlərin Rəbbinin eşqində qərq olmuş Allah övliyalarından birnin məhzərində əyləşsək, bu vaxt Allahın hüzurunda oturmuşuq.

Əbu Bəsir deyir ki, İmam Sadiqdən (ə) soruşdum ki, Qiyamət günü Allah Taalanı ziyarət etmək mümkün olacaqmı? Həzrət buyurdu:

نَعَم، و قَد رَأوهُ قَبلَ يَومِ القِيامَةِ ! فقُلتُ : مَتى؟ قالَ: حِينَ قالَ لَهُم: «أ لَسْتُ بِرَبِّكُم قالوا بَلى» ثُمَّ سَكَتَ ساعَةً ، ثُمَّ قالَ: و إنَّ المُؤمِنينَ لَيَرَونَهُ في الدّنيا قَبلَ يَومِ القِيامَةِ، أ لَستَ تَراهُ في وَقتِكَ هذا؟!»

“Bəli, Qiyamət günündən əvvəl də Onu görübdür. Dedim: Nə vaxt. Buyurdu: O vaxt ki, onlara buyurdu: “Mən sizin Rəbbiniz deyiləmmi? Bəli, Rəbbimizsən! – deyə cavab verdilər”.

İmam (ə) bir anlıq sükut etdikdən sonra buyurdu: “Möminlər Allahı dünyada və Qiyamət günündən qabaq görürlər. Sən elə indi onu görmürsənmi?”(Şeyx Səduq, “Təvhid”)

Mərifət əhlindən olan biri İmam Sadiqin (ə) Əbu Bəsirə buyurduğu :“Sən elə indi onu görmürsənmi?” cümləsinin mənası barədə dedi ki, İmam Sadiqin (ə) məqsədi bu olmuşdur: “Məclisdə bu oturana bax”. Mənə bax, gör Allahı görürsənmi? Yəni Allah mənin vücudumda təcəlli etmişdir. İmam Sadiq (ə) Allahın quludur.

“Ha, Əliyyün bəşərün keyfə bəşər!

Rəbbuhu fihi təcəlla və zəhər!”

Agah ol! Əli bəşərdir, özü də necə bəşər! Rəbbi onda təcəlli etmiş, zahir olmuşdur. (Molla Mehr Əli Xoyi, “Ğədiriyyə”)

Buradadır ki, onunla yoldaşlıq Allah Taala ilə yoldaşlıq olur.

Hər kim istəyirsə Allahla həmneşin olsun

Gərək övliyalar hüzurunda otursun (Mövlana)

Aləmin yaxşıları insanı dəyişdirirlər, insanın canında məhşər yaradırlar, insanda istedad olarsa, onu Haqq Taalaya qovuşdururlar və Həzrətdə məst edirlər.

Rəvayətlərdə İmam Hüseyni (ə) ziyarət etmək və onun üçün bir damla göz yaşı axıtmaq üçün əzəmətli savablar qeyd olunmasının səbəbi Allahın təcəlli etdiyi Allah övliyaları ilə yoldaşlıq etməkdir. Məclisdə Əba Abdullah Hüseynə (ə) bir damla göz yaşı nəqd cənnət hasil edir.

Mənim ki, bu günümə nəqd cənnət hasil olursa

Niyə inanım zahidin səhər üçün vədəsinə. (“Biharul-ənvar”, c. 41, səh. 295)

Aşuranı təfsir etmək istəsək, onun üçün bir duyğulu təfsir vardır ki, o duyğu ilə bütün bəşəriyyəti coşdurmaq olar. Aşura üçün digər bir təfsir də əql təfsiridir ki, onunla hamı başa düşür ki, Aşura lazımdır. Başqa bir təfsir də eşq təfsiridir ki, onunla bütün qəlblər Əba Abdullah Hüseynə (ə) tərəf yönəlir.

Aşura hadisəsindən əvvəl Əmirəlmöminin Əli (ə) Kərbəlaya aşiqanə təfsir verərək Kərbəla barədə buyurdu: “Bura aşiqlər qurbangahı, şəhidlərin şəhadətə çatdıqları yerdir”. (“Divani Şəms”, qəzəl sayı 636)

Aşuradan sonra da həzrət Zeynəb (ə) Aşuranın aşiqanə təfsirini təqdim edərək İbn Ziyadın məclisində buyurdu: “Gözəllikdən başqa bir şey görmədim”.

İnsan nəfsi istəklərini və onun zərərlərini aradan qaldırdıqda, ilahi eşq və məhəbbət onun qəlbinə daxil olduqda və ruh gözəl forma aldıqda bütün gördükləri, dedikləri, ona üz verən hər şey, ondan baş verən hər bir əməl gözəllik olacaq.

Əks təqdirdə hamımız nəfsimizin əsiriyik və ondan artıq bir şey deyilik.

İnsan bu nəfs və mənlikdən yaxa qurtara bilsə, Allahın camalını və gözəllikləri görəcək, öz can məmləkətinin hökmdarı olacaq. Belə olduqda həzrət Zeynəb (ə) kimi deyəcək: “Gözəllikdən başqa bir şey görmədim”. Gördüyüm hər şey gözəllik idi.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?