اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1838 2017/11/17 - 17:46 90
Qəlbin xüşusu

Ustad Füruğinin məhzərində

Qəlbin xüşusu

İnsanın əsil vücudu onun qəlbidir və onu qorumaq lazımdır. İmam Baqir (ə) buyurur: “Parlaq işığı olan qəlbin nuru qiyamətə qədər sönməz. Bu möminin qəlbidir”[1].

Belə ürək Peyğəmbəri-əkrəmin (s) qəlbi ilə əlaqə yarada bilər. Çünki həzrətin (s) həqiqəti nurdur. Habelə, bu qəlblər Qurana qovuşa bilər. Çünki Quran nurdur. “Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi”[2].

Molla Sədra deyir: “Nuru yalnız nur dərk edə bilər”[3]. Zülmətin nurla heç bir uyğunluğu yoxdur. Hər kəs mənbəyi Allah olan (Allah göylərin və yerin nurudur[4]) nur alməni dərk etmək istəsə, özü də nur olmalıdır.

Bu nurun mərkəzi insanın ürəyidir. Ona görə də bəzi insanların qəlbləri nuranidir və onlar aləmin həqiqətlərini dərk edə bilərlər. Bu yolla əldə edilən mərifət çox təsirlidir. Amma təkcə sözləri toplamaq vasitəsilə zehində yaranan və yeri təkcə zehin olan mərifət təsirli deyil və belə bir elm insanın həqiqətindən sayılmır. İnsanın ürəyindən zühur edən mərifət təsirlidir, yəni həqiqəti görsün. Elm və görmək ayrı-ayrı şeylərdir. Nümunə kimi deyək ki, həzrət Əlini (ə) tanımaq üçün nur lazımdır. Canı qaranlıq olan kəs Əlini (ə) necə tanıya bilər?!

Sən Əlini qaranlıqda görmüsən

Ona görə də ondan başqasını seçmisən.

İnsanın nəfsi zülmətdən xaric olsa və qəlbinin dərinliyi tövhid çırağıyla işıqlansa, öz vücudu ilə həqiqətləri dərk edər, Peyğəmbər (s) və imamları (ə) tanıyar, Allahşünas olar və nəhayət belə qəlb xaşe olar.

Heyvani və zülmət ürək xüşuni anlaya bilməz. Ona görə də Qurani-kərim xatırladır ki, ey mömin! Nə vaxt ürəyinin sorağına gedəcəksən? “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”[5]

Allahın zikrinin bizim qəlblərimizi yumşaltması və Allahın qarşısında qəlblərimizin sınmasının vaxtı çatmayıbmı?!

Əllamə Həsənzadə Amulinin “İlahinamə”də maraqlı bir cümləsi vardır: “İlahi! Xoş o kəslərin halına ki, cavanlıqda (Sənin qarşında) sınıblar. Yoxsa qocalıq özü sınıqlıqdır”.

Cavanlıqda xüşu tapmağın səmərə və nəticəsi vardır. Çünki cavanlıqda insanın qürurunun və batil xəyallarının yüksək həddi olur. Bəzən insan xəyalında özü üçün qəsr yaradır və heç kəsə etina etmir. Allah qarşısında xaşe və təvazö olan qəlb Haqqın rəhmətindən feyz alır.

Füzeyl ibn Ayazın tövbəsi

Füzeyl ibn Ayaz gecə vaxtı oğurluq üçün bir evə daxil olmaq istəyirdi. Hasarın üstündə gördü ki, qonşusu Quranın bu ayəsini oxuyur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”[6]

Füzeyl öz-özünə dedi: Bir ömür batil və nəfsi istəklərin ardınca getmisən. Tövbə etməyinin vaxtı çatmayıbmı?!

Bu ayə onun qəlbini silkələdi. Dedi: İlahi! Gecənin bu vaxtı çarəsiz Füzeyl ilə söhbət edirsən! Mən o kəsəm ki, “La ilahə illəllah” dedim, amma qəlbimin sorağına getmədim. Qəlbimi abad etməmişəm. Xaşe deyil və günahla qaralıb. İndi gecənin yarısı mənimlə danışırsan?!

Diqqətlə qulaq assanız, Quran ayələri insanla danışır. Füzeyl elə divatın üstündə ikən tövbə etdi. Aşağı endi və divarın yanında səcdəyə düşdü. Öz dostlarına dedi: Mənim yanımdan dağılışın. Mən artıq qabaqkı Füzeyl deyiləm və dəyişmişəm.

Füzeyl haqqında çoxlu hekayələr vardır. deyirlər ki, bir gün bir yəhudinin qapısını döyüb dedi: Filan vaxt sənin malını mən oğurlamışdım. Başqalarının mallarını qaytarmışam. Sənin haqqını qaytarmaq üçün artıq əlimdə heç nə qalmayıb. Təkcə bunu deyə bilərəm ki, məni halal et. Yəhudi dedi: And olsun Musa Kəlumullaha, səni bağışlamıram. Yalnız mənim malımı qaytarsan bağışlayaram. Füzeyl Allahın qorxusundan ağlamağa başladı. Yəhudinin ürəyi yumşaldı və dedi: Döşəmənin altı qızılla doludur. Əlini ora apar, qızılla doldur və mənə ver, mən səni bağışlayım. Füzeyl əlini döşəmənin altına saldı və əlini qızıl sikkə ilə doldurub çıxartdı. Yəhudi dedi: La ilahə illəllah. Muhəmmədən rəsulullah! Füzeyl onun belə deməsindən təəccüb edib soruşdu: Müsəlman oldun? Dedi: Bəli. Çünki döşəmənin altında torpaqdan başqa bir şey yox idi. Tövratda oxumuşdum ki, axirəz-zaman Peyğəmbərin (s) ümmətindən hər kəs xalis tövbə etsə, onun iradəsi Allahın iradəsinin məzhəri olar və əgər istəsə torpaq qızıla dönər. Başa düşdüm ki, sənin dinin haqq dindir.

İnsan qəlbinə bir qayıdışla dəyişir. İnsanın qəlbi tövhidin təcalla yeri və Allahın xüsusi rəhmətinin zühuruna dönür, irasdəsi Allahın iradəsi olur.
“O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur”.[7]

İnşallah, bu nur bizim hamımızın qəlbinə daxil olsun.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

————————————————–

[1] . “Kafi”, c. 2, səh. 423.
[2] . “Maidə” surəsi, ayə 15.
[3]. “Məfatuhul-qeyb”, səh. 12.
[4] . “Nur” surəsi, ayə 35.
[5] . “Hədid” surəsi, ayə 16.
[6] . “Hədid” surəsi, ayə 16.
[7] . “Nur” surəsi, ayə 35.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?