اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1415 2017/10/17 - 15:54 43
حیات قدسی انسان

Ustad Füruğinin məhzərində

Qüds aləminin quşu

Ürəyi öz sahiblərinə qaytarmaq lazımdır. Xoş o kəsin halına ki, bu məsələyə diqqət edir və ürəyini onun öz sahibinə verir! Əgər ürəyi onun öz sahibinə versən, sənin canında gizli əsl həyat yaranacaq. Əfsuslar olsun ki, bir çoxlarının əsl həyatı zühur etmədi, onun şirinliyini dadmadılar və beləcə dünyadan köçürlər.

Quşun yumurtasının quş olmaq qabiliyyəti vardır, amma hər yumurta quşa çevrilə bilmir. Çünki onun quşa çevrilməyi üçün lazımi şərait yaranmır. Bu silsiləni və tərəqqi mərtəbələrini görməyən bir kəsə desək ki, kiçik yumurtanın içində böyük bir quş vardır, bəlkə də inanmaz. Allahı tanıma baxımından zəif olan bir kəsə desək ki, insanın daxilində üstün həyat və həqiqət qoyulmuşdur və onu qüds aləmində pərvaz etdirə bilər–çoxları bu sözü inkar edər. Dünyanın halı belədir!

Mən qüds aləminin tərlanıyam, torpaq qurdu yox

Mən səma əhliyəm, yer əhli yox

İnsan lahut aləmində pərvaz etməyə qabiliyyəti olan bir yumurta kimidir. Lakin bu şərtlə ki, bədən və təbiət qəfəsindən yaxa qurtara bilsin və beləliklə, insan vücudunun mələkuti quşu yumurtadan çıxa bilsin.

Mələkut bağının quşuyam, torpaq aləmindən deyiləm

Bir neçə günlük qəfəs düzəltmişəm bədənimdən

Dini dərk etməklə və onun göstərişlərinə əməl etməklə, naqislikdən kamala doğru getmək lazımdır. Mərifət əhli insanın kamala doğru bu hərəkətinə “qüvvədən felə tərəf çıxmaq” (yerinə yetirmək qabiliyyətini həyata keçirmək hərəkəti) deyirlər.

İnsanın bu ilkin hərəkəti və onun kamal yoluna daxil olmasıdır. Bundan əlavə, insan öz xilqətinin son məqsədi olan ikinci kamala tərəf hərəkət etmək üçün bütün təlaşını etməlidir. İnsanın xilqətinin əsas qayəsi olan ikinci kamal Allaha yetişməkdir. Necə ki, “Allahus-səməd” ayəsinin təfsirində “səməd” hədəf və məqsəd mənasına götürülmüşdür. Yəni, Allah Taala o Pərvərdigardır ki, bütün ehtiyaclılar onu qəsd edirlər. Buyurublar: “Əs-səmədu, əs-səyyidul-məsmudu iləyhi fil-qəlili vəl-kəsir”. Səməd, o mövladır ki, bütün az-çoxluqda ona üz tutulur və o qəsd olunur.

Başqa ibarətlə, səməd o mövladır ki, ehtiyac olanda ona üz tutulur.

İnsanın məqsədinin qayəsi səməd olan Allahdır. İnsan bu məqsədinə nail ola bilər. Bu şərtlə ki, təlaş və hərəkət edərək qabiliyyətlərini zühura gətirə bilsin. Bu hərəkətin də şərti həmin yolda möhkəm dayanmaq, müqavimət göstərməkdir. Quran buyurur:

“Şübhəsiz: Rəbbimiz Allahdır! – deyən, sonra da (sözündə) düz olan kəslərə mələklər nazil olub (deyərlər): Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (“Fussilət”, surəsi, ayə 30)

Tez yorulub, hərəkətdən əl çəkməyək. Sabitqədəm olmaq lazımdır. Möhkəm dayanmaq lazımdır, çünki cənnəti bahaya (dəyər və qiymətə) verirlər, bəhanəyə yox.

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?