اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1515 2017/10/21 - 20:41 20
رجب، ماه ناله‌هاى توحيدى

Ustad Füruğinin məhzərində

Rəcəb, tövhid nalələri ayı

Bismillahir-rəhmanir-rəhim

Qum şəhəri, Xatəmul-ənbiya (s) məscidi, 15/4/2015

Rəcəb ayı seyr-süluk ayı və mənəviyyatın baharıdır. Nəfsin haramları budur ki, insan öz halına ağlasın. Ən yaxşı ağlamaq, insanın öz halına ağlamasıdır, hətta bir damla göz yaşı ilə olsa da. İlahi, məndən bir ah, Səndən bir nəzər.

Bir hədisdə deyilir ki, həzrət Nuhun (ə) adı Əbdul-Ğəffar olub, digər bir rəvayətdə də onun adının Əbdül-Məlik olması deyilir.

“وَ إِنَّمَا سُمِّيَ نُوحاً لِأَنَّهُ بَكَى خَمْسَ مِائَةِ سَنَة”

“O, 500 il öz halına ağladığı üçün onu Nuh adlandırdılar”. (“Bihar əl-ənvar”, c. 11, səh. 287.)

Duada belə oxuyuruq:

“وَ أَعِنِّي بِالْبُكَاءِ عَلَى نَفْسِي‏”

“(İlahi,) Mənə kömək et, öz halıma ağlayım”. (“İqbal əl-əmal”, c. 1, səh. 72.)

Özümə nə pislik etmişəm?

“وَ قَدْ نَزَلْتُ مَنْزِلَةَ الْآيِسِينَ مِنْ خَيْرِي”

Özümə o qədər pislik etmişəm ki, özümdən məyus olmuşam. Öz əvvəlimə və əslimə qayıda bilərəmmi? Öz əsli vətənimə daxil ola bilərəmmi? Biz başa düşmürük. Əgər başa düşsəydik, onda Hafizin sözü ilə desək:

Ey hal, göylərin günbəzinə səs-səda sal

Nalələrim göylərin günbəzini doldurdu.

İnsanın öz halına ağlaması üçün ən gözəl günlər Rəcəb ayından başlayır. Rəcəb ayına aid nəql olunmuş dualar başqa aylarda yoxdur. Bu günlər insanın özünə qayıtması və keçmişin əvəzini çıxmaq üçün ən yaxşı fürsətdir. Fürsətləri əldən vermək olmaz.

“إِضَاعَةُ الْفُرْصَةِ غُصَّة”

“Fürsəti itirmək qüssədir”. (“Nəhc əl-bəlağə”, səh. 489.)

Əgər fürsəti itirsən, təkcə onun qüssəsi adama qalır. Rəcəb ayı Allaha diqqət etmək, Ona yönəlmək ayıdır.

Ondan şad ol, Ondan başqasından yox

O bahardır, Ondan başqaları qış

Həmişə bahar olmaq istəyirsənmi? ! Allaha yönəlmək insanı həmişə bahar edir, üstəlik insandan bahar yaranır. İmam Zamanın (əc) ziyarətnaməsində oxuyuruq:

“السَّلَامُ عَلَى رَبِيعِ الْأَنَامِ وَ نَضْرَةِ الْأَيَّام”

Salam olsun sənə ey insanların baharı! Sən bahar yaradansan, sənin adın bahar yaradır! (“Bihar əl-ənvar”, c. 99, səh. 101.)

Yar diyarından gəlir Novruz nəsimi

Bu nəsimdən kömək umur ürək çırağı

Novruz nəsimi təbiəti diriltdiyi kimi, Allah nəsimləri də insanın təbiətini dirildir.

“إِنَّ لِرَبِّكُمْ فِي أَيَّامِ دَهْرِكُمْ نَفَحَاتٍ أَلَا فَتَعَرَّضُوا لَهَا”

“Rəbbiniz tərəfindən ömrünüzə rəhmət nəsimləri əsir, ayıq olun və özünüzü onun əsdiyi yerdə saxlayasız”. (“Bihar əl-ənvar”, c. 68, səh. 221.)

Elə ki, bir damla göz yaşı üzə süzüldü, ürək tarlanı abad edəcək mənəvi bahara daxil olmusan. Həzrət buyurur:

“الدُّنْيَا مَزْرَعَةُ الْآخِرَة”

“Dünya, axirətin tarlasıdır”. (“Məcmuətu vər-ram”, c. 1, səh. 183.)

Dünyadan məqsəd Yer kürəsi və torpaq deyil, insanın ürəyidir. Bu ürəyi gərək bir damla göz yaşı ilə suvarasan. Rəvayətdə gəlib:

“الْبُكَاءُ مِنْ خَشْيَةِ اللَّهِ يُنِيرُ الْقَلْبَ وَ يَعْصِمُ مِنْ مُعَاوَدَةِ الذَّنْب”

“Allah qorxusundan ağlamaq qəlbləri işıqlandırır və günaha qayıtmağın qarşısını alır”. (“Ğurər əl-hikəm və durr əl-kəlam”, səh. 112.)

Rəcəb ayı Allahın baharıdır.

“طُوبَى لِلذَّاكِرِينَ طُوبَى لِلطَّائِعِين”

Xoş o kəslərin halına ki, Allaha itaətdədirlər, səcdəyə baş qoyurlar, öz səylərini göstərirlər və ürəkləri açıqdır.

“لَيْسَ لِلْإِنْسانِ إِلَّا ما سَعى”

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!”. (“Nəcm” surəsi, ayə 39.)

Çalış, zəhmət çək və nuş et.

Çalış ki, xəbərdar olasan. İlahi, hər kəsin gecəsi yoxdursa (Allah ilə münacat etmək üçün gecə oyanmırsa), Səndən xəbəri yoxdur.

 

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?