اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1671 2017/11/01 - 00:10 80
Şeyx Qurbanəli Tərxanın vəfatının onuncu ildönümü münasibətilə Ayətullah Füruğinin bəyanatı

Ustad Füruğinin məhzərində

Şeyx Qurbanəli Tərxanın vəfatının onuncu ildönümü münasibətilə Ayətullah Füruğinin bəyanatı

Allaha şükür edirik ki, Öz övliyasının süfrəsi başında əyləşməyi bizə inayət etdi. O övliyalardan bizə nəsib olan feyzlər nəticəsində əmin məqama yol tapmışıq, pərişanlıq və iztirablardan, hüzn və qorxulardan azad olaraq Allahı zikr etməklə can və qəlbimizin rahatlıq tapmasına çatmışıq. Çünki “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.

Saleh insanları xatırlamaq Haqq Taalanın rəhmətinin nazil olmasına səbəb olur. Ona görə də bizim onları yad etməyə ehtiyacımız vardır ki, bu vasitə ilə bizim can tarlamıza Haqqın rəhmət yağışı yağsın və vücud ağacımız meyvə versin.

Əgər səmadan övliyaların vücudu aləmə və insana yağmasa, insaniyyət dəcləsi bir ilin içində quru bir çaya dönər.

Doğrusu budur ki, onlar müqəddəs ilahi məkanda “Qadir Hökmdarın hüzurunda” əyləşiblər və bizə heç bir ehtiyacları yoxdur. Çünki Dostun sonsuz camal, calal, nur və kamalının təcəllası ilə dolublar. Ona görə də onları yad etmək xeyir və kamal səmtinə hərəkət etməyə səbəb olur.

Cənab Şeyx Qurbanəli Tərxan Dost vüsalı yolunda illərlə təlaş etdi və Yarın itaət kəndirini boynuna saldı. Gənc çağlarından himmət göstərdi. Beləliklə, Allah qeybdən ona ustad göndərdi. Ustad Mirəhməd kimi bir ustadla bu yolu getdi, bu yolun çoxlu bəlalarını, çətinliklərini daddı, nəhayət bu bəyanın nümunəsi oldu: “Bədənləriniz dünyadan çıxarılmamış qabaq, qəlblərinizi ondan çıxardın”.

Onun öz ustadı ilə necə mənəvi seyr və səfərləri var idi və bu ilahi insan barədə necə gözəl kəramətlər və kəşflər eşitmişik ki, o həqiqətlər bu qısa bəyana sığmır.

O arif, Yarın həsrət vüsalını seyri-süluk əhlinin qəlbində əkdi, eşq odunu qabiliyyətli insanların sinəsində alovlandırdı, sonra səfər yükünü bağlayıb, müqəddəslərə tərəf tələsdi.

Dostlar! Fürsəti qənimət bilin və gəlin, qafilədən geri qalmayaq. O əzizi yad etmək üçün bir yerə toplanaq. Allahın peyğəmbəri (s) buyurub: “Saleh insanları yada saldıqda Allahın rəhməti nazil olar”.

Saleh insanları yada saldıqda Haqqın rəhməti qəlblərə, canlara, yerə və zamana yağır ki, yer əhli və zaman əhli doysun.

Əl-Əbd, Əli Füruği

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?