اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1519 2017/10/21 - 21:16 68
دل را به صحنه بياور تا صاحب سرّ شوی!

Ayətullah Füruğinin məhzərində

Sirr sahibi olmaq istəyirsənsə, ürəyini səhnəyə gətir

Bismillahir-rəhmanir-rəhim

çıxışı-İmam Rzanın (ə) mövlud gecəsi

Təbriz, Qəriblər məscidi, 25/8/2015

Bu gecə əzəmətli bir gecədir! Bu gecədə Allahın sirləri və tövhid zühura gəlibdir. İmam (ə) Allahın sirridir. İnsanların həqiqəti kəşf edə bilmələri üçün o, insanlığın həqiqətidir. Əgər insanlıq həqiqətini tapa bilsən, hər şeyi tapmısan. İnsanın sirri vardır ki, ona çatmaq lazımdır. Əgər tapa bilməsən, sabitlik və rahatlıq olmayacaq, həyat həsrət, iztirab və naümudliklə süstləşəcək.

Dünya həyatının zahiri barədə insanın bir az məlumatı var.

“يَعْلَمُونَ ظاهِراً مِنَ الْحَياةِ الدُّنْيا وَ هُمْ عَنِ الْآخِرَةِ هُمْ غافِلُون”

“Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər”. (“Rum” surəsi, ayə 7)

Ona görə də təbiət aləmindən uzaqlaşsa, öz həqiqətini görəcək. Peyğəmbərlər (ə) gəliblər ki, bəşəri təbiətin bağlılıqlarından azad etsinlər. Amma insanlar peyğəmbərləri (ə) öz hədlərində görürlər. Ona görə də həm özlərinə, həm də onlara zülm edirlər.

Əgər cisminə bağlı olsan, aləmin sirrini başa düşməyəcəksən. Əgər özünün və başqalarının sirrini qorumasan, Allah sənə sirr verməz. Başqalarının eybinə baxma, Allah da sənin eyblərini açmasın.

Bir nəfər Əbu Səid Əbul-Xeyrin yanına gəlib, ona sirlər öyrətməsini xahiş etdi. Əbu Səid ona bir bağlama verib dedi: Bunun içində sirlər var. Onu özünlə apar. Bu gecə onu açma və sabah qaytar. O da bağlamanı özü ilə evə gətirdi. Gördü ki, bağlamanın içindən səs gəlir və tərpənir. Dözə bilmədi, bağlamanı açdı və gördü içində bir siçan var. Narahat oldu. Sabah Əbu Səidin yanına gəlib dedi: Mənə sirr öyrətmək istəmirsənsə, bəs niyə bağlamanın içinə siçan qoyursan? Əbu Səid Əbul-Xeyir dedi: Sən bir gecəni dözə bilməyib bağlamanı açdın. Siçanı qoruya bilmədinsə, Allahın sirlərini necə qoruyacaqsan?!

Risalələrdə mövcud olan həmin fiqhi hökmlər sirdirlər. Yəni, bu halal və haramlar qeybdən xəbər verir. Təqlid mərcələrinin risalələri qeybdən xəbərlərdir. Ona görə də bu hökmlərə əməl etdikdə qeybə yetişirsən.

Təqlid mərcələri öz diqqət və himmətləri ilə bu sirləri ayələrdən və əhli-beytin (ə) hədislətindən ələ gətirirlər. Əliyyibni Əbi Talib (ə) buyurur:

“يَنْحَدِرُ عَنِّي السَّيْلُ وَ لَا يَرْقَى إِلَيَّ الطَّيْر”

Məzmunu budur ki, sirr məsum imamın (ə) vücudundan cari olur. Onlar qeyb xəzinələri və hikmət sahibləridir. Gərək həqiqətdən içəsən. Həqiqətə yetişmək üçün ürəyini səhnəyə gətirməlisən. Nəfsi istəklərlə, həvayi-həvəslə olmaz.

Peyğəmbərdən (ə) ayrılığına görə nalə çəkən Hənnanə sütunu kimi gərək sən də nalə çəkəsən!

Bu gecə Xorasanda sirr qapısı aləmin üzünə açıldır. Həqiqət və sirrə çatmaq üçün gərək Əliyyibni Musar-Rza (ə) qapısına baş qoyasan.

Məruf Kərəxini imam Rza (ə) məşhur elədi. Əvvəl xristian idi. Atası onu məktəbə göndərdi. Bir gün keşiş dedi: De ki, Allah üçüncü üçlükdür. Məruf dedi: O Allah vahiddir. Ustad neçə dəfə təkrar etdi ki, Allah üçüncü üçlükdür, amma o qəbul etmədi və daha məktəbə getmədi. İmam Rzanın (ə) məhzərinə gəlib müsəlman oldu. Həzrət (ə) tövhid maarifini ona öyrətdi və onu ucaltdı.

“وَ رَفَعْناهُ مَكاناً عَلِيًّا”

“Və biz onu yüksək bir məqama qaldırdıq”. (“Məryəm” surəsi, ayə 57)

Məruf Kərəxi Bağdada qayıtdı və bütün qəbiləsini şiə etdi. Bir gün camaat dənizdə qalxan tufandan ona şikayət etdilər. Məruf onlara dedi: Hər vaxt dərya tufanlı olsa, onu mənim başıma and verin, sakit olsun. Camaat bunu imtahan etdilər və inanılmaz surətdə tufan sakit oldu. Bu xəbər imam Rzaya (ə) çatdı. İmam (ə) onu yanına çağırıb dedi: Eşitdim, özündən kəramət göstərmisən. Bu kəraməti haradan gətirmisən?! Məruf dedi: Onlara dedim ki, mənim başıma and versinlər. Çünki, mənim başım iyirmi il Əliyyibni Musar-Rzanın (ə) qapısında baş qoyub. Ona görə də mənim başım mütləq özündən belə kəramət göstərə bilər. İmam (ə) buyurdu: Düz deyirsən. Hər kəs bu qapıya baş qoysa, ucalar.

Əhli-beytin (ə) məhəbbət dəryasında məhv olmalıyıq.

Allahın bütün camalları əhli-beytdə (ə) toplanıbdır. Ona görə də Allah göstəriş verir ki, onları sevək. Çünki məhəbbət camal olan yerdədir. Sən də güzgü ol ki, imam Rzanın (ə) camalı səndə zühur etsin və sirr sahibi olasan.

Güzgü ol, mələk surətlərin camalın istə

Evini təmizlə, sonra qonaq çağır.

İmam Rza (ə) gecə vaxtı xadimini Əhməd ibn əbi Nəsr Bəzəntinin ardınca göndərir və tapşırır ki, onu həzrətin (ə) öz atı ilə gətirsin. Bəzənti gəldikdən sonra imam (ə) sübh azanına kimi ona elm və mərifət öyrətdi.

Bəzənti deyir: Sübh namazından sonra evə qayıtmaq istəyirdim, imam buyurdu: Mənim evimdə istirahət et. Yatağıma girdim, öz-özümə dedim ki, kim mənim kimi ola bilər?! Kim imamla (ə) səhərə qədər bir yerdə qalmağa nail ola bilər?!

Onda gördüm imam (ə) otağa daxil olub buyurdu: Bir gün babam Əliyyibni Əbi Talib (ə) Səsə ibn Suhan buyurdu: “Fəxr etmə, ucalmazsan”.

Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?