اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1810 2017/11/17 - 16:20 93
Tövhid cazibəsi

Ustad Füruğinin məhzərində

Tövhid cazibəsi

Bismillahir-rəhmanir-rəhim

Təbriz, Bağ küçəsi prospekti, Çəhardəh Məsum (ə) məscidi, 26/3/2015

Təbiətə yönəlmək insanı bulanıq su kimi edir. Saflaşmaq üçün gərək çaya birləşəsən. İnsan dənizə qovuşmalıdır. Peyğəmbərlər (ə) və övliyalar (ə) insanlıq dənizidirlər və insanı saflaşdırırlar.

Quran buyurur:

لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

“Həqiqətən, Allahın Rəsulu gözəl örnəkdir!” (“Əhzab” surəsi, ayə 21.)

Bizim suyumuz palçıqda məhbus olmuşdur

Dəniz rəhmətinlə bu torpaqdan cəzb et

Dəniz deyir: mən səni özümə çəkirəm

Lakin öyünürsən ki, mən xoş suyam

Sənin öyünməyin səni məhrum edir

Onu burax, xoşluğu məndə axtar. (Moləvi)

Palçıqda qalmış su, su deyil, gərək ilahi övliyalara cəzb olasan.

Mərhum Molla Sədra deyir: “Əgər sənin fikir və əməlin ilahi cazibə ilə nəticələnməsə, faydası yoxdur”. (“Şərhi Usuli-kafi”, (Sədra), c. 1, səh. 374.)
Bəziləri az ibadətlə belə cəzb olurlar. İmam Əli (ə) barədə gəlib:

“Xəndəq günündə Əlinin bir zərbəsi cinn və insin ibadətindən daha fəzilətlidir”. (İqbal-ələmal”, c. 1, səh. 467.) Məlum olur ki, tövhid cazibəsi Əlini (ə) əhatə etmişdir. Əmir əl-mömininin (ə) bütün anları cazibə idi.

Mərhum Molla Sədra deyir: “Haqq Taalanın cazibələrindən olan bir cazibə ins və cinnin ibadətinə bərabərdir”. (“Şərhi Usuli-kafi”, (Sədra), c. 1, səh. 374.)

Əgər Allah övliyasına cəzb ola bilsən, o səni tövhidə qovuşduracaq. İmam Sadiq (ə) buyurur: “Hər kəs bizə birləşsə, Rəsulullaha (s) birləşib, hər kəs Rəsulullaha (s) birləşsə, Allah Təbarək və Taalaya qovuşub”. (“Əl-məhasin”, c. 1, səh 62.)

Amma maddi təbiətə cəzb olsan, ziyana uğramısan, hətta özünü aləmin halallarında da qərar vermiş olsan, ziyandasan. Çünki cəhənnəmə getməsən də (axirətin üçün) bir şey qazanmamısan. İnsan öz halal əməlini də ibadətə çevirməlidir. İnsanın bütün əməlləri saleh olmalıdır.

إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ

“Pak söz Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar”. (“Fatir” surəsi, ayə 10.)

İnsan saleh əməllə yüksəlir. Çox təəssüf ki, insanın başı təbiət aləminə qarışır, yeyir işləmək üçün, işləyir yemək üçün. Halbuki, insan dəniz olmalıdır və özünü məhdud etməməlidir. Aləm, insanın heyvanlıq otlağına çevrilib, yesin, içsin, işləsin, övlad sahibi olsun. Quran buyurur:

أَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ فِي حَيَاتِكُمُ الدُّنْيَا وَاسْتَمْتَعْتُمْ بِهَا

“Siz dünyada həyatınızda (bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı)”. (“Əhqaf” surəsi, ayə 20.)

Ustadım mərhum Seyid Abdullah Cəfəri, imam Xomeynidən (rh) belə nəql edir: “Allah Qiyamətdə buyurar: Ey insan, sənə pak göz vermişdim, onu xəbis etdin (çirkləndirdin)”. İnsanın bədən üzvləri batil qazanır və Qiyamətdə nə qulağı eşidir, nə gözü görür, nə də ürəyi pakdır. Halbuki, cənnət pakların yeridir.

Həzrət Musa (ə) deyir:

قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي

“Ey Rəbbim! köksümü açıb genişləndir”. (“Taha” surəsi, ayə 25.) Yəni, İlahi, məni dəniz et.

Aləmdəki bəla və müsibətlər ona görədir ki, insanın vücudu genişlənsin və dənizə çevrilsin.

وَالْعَصْرِ

“And olsun əsrə”. (“Əsr” surəsi, ayə 1.) Əsrin bir mənası da sıxmaq deməkdir. İnsan sıxıntıya düşməyinca, varı aşkar olmur. İnsan yuxarı ziyafətə getməlidir. Çünki Allah Talla hər bir bəlada insanı məst etmək və tövhidin şirin camını vermək istəyir.

Bəlada da çəkirəm onun ləzzətini

Onun matıyam, onun matıyam, onun matı

Hazırladı: Füruği-TövhidTəhqiqat Qrupu

Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?