اللّهُ لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَیُّ الْقَیُّومُ لاَ تَأْخُذُهُ سِنَهٌ وَ لاَ نَوْمٌ لَّهُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ یَعْلَمُ مَا بَیْنَ أَیْدِیهِمْ وَمَا خَلْفَهُمْ وَ لاَ یُحِیطُونَ بِشَیْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ کُرْسِیُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ یَۆُودُهُ حِفْظُهُمَا وَ هُوَ الْعَلِیُّ الْعَظِیمُ، لاَ إِکْرَاهَ فِی الدِّینِ قَد تَّبَیَّنَ الرُّشْدُ مِنَ الْغَیِّ فَمَنْ یَکْفُرْ بِالطَّاغُوتِ وَ یُۆْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَکَ بِالْعُرْوَهِ الْوُثْقَیَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِیعٌ عَلِیمٌ، اللّهُ وَلِیُّ الَّذِینَ آمَنُواْ یُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَی النُّوُرِ وَالَّذِینَ کَفَرُواْ أَوْلِیَآۆُهُمُ الطَّاغُوتُ یُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَی الظُّلُمَاتِ أُوْلَئِکَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

Material kodu: 1821 2017/11/17 - 16:55 39
Tövhid, insan ruhunun qərari-məkini

Ustad Füruğinin məhzərində

Tövhid, insan ruhunun qərari-məkini

Bismillahir-rəhmanir-rəhim

Mübarək Ramazan ayı insan tərbiyə etmək üçün Mütəal Allahın qonaqlıq süfrəsidir. Bizə fürsət vermişdir ki, özümüzü tərbiyə edək, həqiqi insan mənasına olaq, əxlaqi və insani kəlamları öz vücudumuzda zahir edək. Lakin, insanlıq həqiqətindən bəhrələnmək və həqiqi insanlar vadisinə qədəm qoymaq istəsək, gərək öz vücudumuzu qərari-məkində yəni, möhkəm yerdə qərar verək.

Əxlaqi səciyyələr əldə etməklə özünü tərbiyə etmək, öz daxili istedadlarını qüvvədən felə yetişdirmək və insanlıq yolunu gedərək, nəhayət, insan sözünün həqiqi mənasına nail olmaq istəyən şəxs gərək qərari-məkində (möhkəm yerdə) özünü qərarlaşdırsın. Mütəal Allah insanın təbii həyatı barədə buyurur:

ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ

“Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə yerləşdirdik”. (“Muminun” surəsi, ayə 13)

İnsanın təbii həyatı üçün möhkəm yer ana bətnidir. İnsan bu aləmə gəlməyə qabiliyyət tapmaq və bu aləmdə yaşaya bilmək üçün gərək öz cismi inkişafının mərhələsini ana bətnində keçirsin. İnsanın cismani inkişafının təkmilləşməsi üçün möhkəm yerə ehtiyacı olduğu kimi onun ruhani və insanlıq inkişafı üçün də qərari-məkin yəni, möhkəm yer olmalıdır ki, insanlığı formalaşsın və həqiqi mənada insan olsun.

Başqa sözlə, bütün insanlar bu aləmdə insanlıq və adamlıq nütfələridir. Daha insanlığın həqiqi mənasında deyillər və insanlıq onlarda feliyyətə çevrilməyib, lakin insan olmaq istedadı onlarda vardır.

Cism, bitki və heyvan öz vücudları həddində seyr edə bilərlər. Təkvini halda insanın keçdiyi və inkişaf etdiyi mərhələyə daxil olmağa icazələri yoxdur. İnsanın digər mövcudlarla fərqi budur ki, nəhayətsiz olaraq inkişaf və təkamülə qabiliyyəti və istedadı vardır.
Qurani-kərim buyurur:

وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ

“Həqiqətən, axır dönüş sənin Rəbbinədir!” (“Nəcm” surəsi, ayə 42)

Mütləq kamal olan Allahın müqəddəs zatı üçün əvvəl və axır təsəvvür olmaz.

الْحَمْدُ لِلَّهِ الْأَوَّلِ بِلا أَوَّلٍ كَانَ قَبْلَه ُ، وَ الآْخِرِ بِلا آخِرٍ يَكُونُ بَعْدَهُ

“Həmd o Allaha məxsusdur ki, varlıq aləminin əvvəli odur, Ondan öncə bir əvvəl olmamış, axırdır, Ondan sonra bir axır yoxdur”. (Səhifeyi Səccadiyyə 1-ci dua)

Hətta, insan öz vücudunun seyr və təkamülündə o qədər irəliləyə bilər ki, mələkdən də önə keçər. Əmir əl-möminin Əlidən (ə) nəql olunan bir hədisdə deyilir:

“ابْنِ سَنانِ قالَ: سَألتُ اباعَبدِاللهِ جَعفَرَ بنَ مُحَمَّدٍ الصّادِقَ عَلَیْهِ السَّلامُ: فَقُلْتُ الْمَلائِکَةُ اَفْضَلُ اَمْ بَنُوآدَمَ فَقالَ عَلَیْهِ السَّلامُ قالَ اَمیرُالْمُؤْمِنینَ عَلِیُّ بْنُ اَبیطالِبٍ عَلَیْهِ السَّلامُ: اِنَّ اللهَ عَزَّوَجَلَّ رَکَّبَ فِی الْمَلائِکَةِ عَقْلاً بِلا شَهْوَةِ وَ رَکَّبَ فِی الْبَهائِمِ شَهْوَةً بِلا عَقْلٍ وَ رَکَّبَ فی بَنی آدَمَ کِلْتَیْهِما فَمَنْ غَلَبَ عَقْلُهُ شَهْوَتَهُ فَهُوَ خَیْرٌمِنَ المَلائِکَةِ وَ مَنْ غَلَبَ شَهْوَتُهُ عَقْلَهُ فَهُوَ شَرٌّمِنَ البَهائِمِ”

İmam Sadiq (ə) Abdullah ibn Sənanın “mələklər üstündür yoxsa insan?” sualının cavabında buyurmuşdur: “Əmirəl-möminin Əli ibn əbu Talib (ə) buyurmuşdur: “Allah mələklərdə ağıl qoyub, nəfsi istəklər qoymayıb, heyvanlarda nəfsi istəklər qoyub ağıl qoymayıb. Adəm övladında isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs mələklərdən də yaxşıdır, nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir”.
(Bihar əl-ənvar, c. 57, səh. 299)

Cənab Cəlaləddin Bəlxi bu barədə belə deyir:

Cismlikdən öldüm, canlı oldum

Canlılıqdan heyvanlığa yüksəldim

Heyvanlıqdan öldüm, adam oldum

Nə qorxum var ki, ölməkdən azaldım.

Digər hücumda ölərəm bəşərdən

Bəs mələklərdən qanad və baş zinət götürüm

Gərək mələkdən də qabağa keçəm
Kullu şəyin halikun illa vəchəh

Bir daha gərək mələkdən də yaxın olum

Olduğum kimi gərək qalmayım

Sonra cismim kimi yox olum

Və deyim İnna iləyhi raciun.

Elə ki, Allah Adəmi yaratdı, ona gözəl və manalı surət verdi, buyurdu: “Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (“Muminun” surəsi, ayə 14)

İnsan da gərək öz vücudunun ruh, can və həqiqətini qərari-məkində yerləşdirsin ki, Allah da insanlara fərd fərd hamısına baxaraq, Özünə desin: “Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!”. Bununla da insan nəhayəti olmayan bir yüksəlişdə hərəkət edə bilsin.

O qərari-məkin və möhkəm yer ki, adamı insanlıq kamallarına sahib edir və Allaha yaxınlaşmaq mərtəbəsinə ucaldır. Bununla insanın əqidəsi, əxlaqı və əməli tövhidlə olur, bu aləmdə tövhid mehvərində həyat sürür, özünün bütün işlərində Allahı nəzərdə saxlayır və Allahın sorağında olur ki, öz həyatında Allahın müqəddəs zatını hiss etsin.

Əhli-beytə (ə) diqqət etmək, qərari-məkinə diqqət etməkdir

Qərari-məkinin nəticəsi bu olur ki, insanın vücudu tövhidin təcəlli yerinə çevrilir. İnsanı da mənalandıran və ona təbiətin çirkinlliklərindən nicat verən tövhiddir. İnsanı bu yolda öz məqsədinə çatdıran, onu tövhidə yönəldən vasitə əhli-beytin (ə) mübarək vücududur. Bu müqəddəs zatlar Yer üzündə nicat gəmiləridir.

İmam Sadiq (ə) buyurur: “Biz (əhli-beyt) hamımız nicat gəmiləriyik”.

Bəşəriyyət kamal yolunda öz son məqsədinə çatmaq üçün əhli-beytin (ə) nicat gəmisinə minməlidir. İnsan əhli-beytə (ə) yönəldikdə həqiqətdə qərari-məkinə, yəni tövhidə yönəlir.

Rəvayətdə belə gəlib:

«من زار الحسین (علیه السلام) یخالطه الله بنفسه»

“Hər kəs imam Hüseyni (ə) ziyarət etsə, Allah onu özünə qovuşdurar”. İnsan bu dolu və mənalı hədisə diqqət etdikdə insan “Allahın onu özünə qovuşdurması” məfhumunu yoza bilmir.

Bizi daha artıq fikirləşməyə vadar edən “Allah onu özünə qovuşdurur” ifadəsindən belə çıxır ki, elə ki, insan əhli-beyt (ə) diqqət etməklə, özünə qərari-məkində yer verdi, Allahın ətrinə boyanır, Allahın adlarının və sifətlərinin təcəlli yerinə çevrilir.

Allah taalanın sifət və adlarının insanda təcəlli olması adi söz və adi camaatın sözü deyil. İnsan təcəllinin bu mərtəbəsinə nail olduqda tövhidin həqiqəti onun canında açılır və Allahın izni ilə dünyada Allah işləri edir. Bu qabliyyət insanda vardır. Necə ki, hədisdə də gəlib:

«خلق آدم علی صورته” (کافی، الاسلامیه، ج1 ص134)»

“(Allah) Adəmi Öz surətində xəlq etdi”. (“Kafi” c. 1, səh 134)

İnsanı öz surətində xəlq etmişdir. Bu Allahın cism olması mənasına deyil. “Öz surətində” ifadəsinin mənası budur ki, insanın vücudu Allahın ad və sifətlərinə uyğun yaradılıb və Allahın gözəl ad və sifətlərinin onda zahir olması qabliyyəti vardır.

Allahın adlarının insanda zahir olması onunla nəticələnir ki, hər vaxt ona baxsan Allahı görərsən. Necə ki, məsum imamlar (ə) barədə gəlib: “uca oxşarlıq”. (“Mən la yəhzəruhu əl-fəqih”, c, 2, səh. 610)

Yəni biz Allahı göstərmək istəsək, Allahı müşahidə etmək üçün ən ali çöhrələr əhli-beytdir (ə).

Bizə də tapşırılıb ki, əhli-beytin (ə) ardınca gedin. Əhli-beyt (ə) mehvərində hərəkət etmək həqiqətdə insanın ürəyinin hərəkətidir. Burdadır ki, insanın ürək və ruhu seyr edir və ruhu yola düşür. Əxlaqi kamallara yetişmək və mənəvi məqamlara nail olmaq insanın ürəyinin hərəkəti ilə hasil olur.

Başqa sözlə, qərari-məkinə getmək üçün insan gərək ürək sahibi olsun, ürək və ruhu zühur etsin, çiçəklənsin.

Dəhvul-ərz və dəhvul-qəlb

İnsanın ürəyi bu aləmdə nəticəyə çata bilmir və təbiətin palçığına batıb qalır. İnsan həqiqətə birləşdikdən sonra onun ürəyi zühur edir. Hər nə qədər zühur etsə, vücudunun tutumu qədər mələkut aləmindən insana həqiqətlər verilir.

İnsanın ürəyinin səmərəsindən zühura gələn odur ki, insan mütləq nura qovuşur, bütün dünyanı əhatə etmiş bir nur! Qurani-kərim buyurur:

اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ

“Allah göylərin və yerin nurudur”. (“Nur” surəsi, ayə 35)

İnsanın ürəyinin zühuru o demkdir ki, insanın dəhvul-qəlbə (ürəyin zühur etməsinə) yetişsin və yarılsın. Bir zaman Yer də suyun altında olub, sonra üzə çıxıb, zühur edib. Zilhəccənin 25-ci günü Yer sudan zühur etdikdə həmin gün dəhvul-ərz adlandı. Yəni Yerin inkişaf və hərəkət günü. Sudan ilk üzə çıxan yer Kəbənin yeri idi. İbadət üçün bina edilmiş ilk nöqtə. Çünki aləmin yaranışı ibadət üçündür. Ona görə də Yer kürəsinin ən şərəfli yeri Kəbə evidir. Qurani-kərim buyurur:

وَ الْأَرْضَ بَعْدَ ذَالِكَ دَحَئهَا * اخْرَجَ مِنهْا مَاءَهَا وَ مَرْعَئهَا * وَ الجْبَالَ أَرْسَئهَا

“Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). Ondan suyunu və otlağını çıxartdı. (Orada) dağları yerləşdirdi”. (“Naziat surəsi”, ayələr 30-33)

Yer üzə çıxdıqdan sonra bulaq qaynadı, gül-çiçəklər, bağlar, tarlalar yarandı, dağlar möhkəmləndi.

Əgər Yer suyun altından çıxmasaydı, onun batinindəju gözəllikləri də üzə çıxmayacaqdı.

Mərifət əhli deyir: “Arifin zühuru onun ürəyidir”. Arif insan o kəsdir ki, ürəyi təbiət aləmindən xaric olub və özünü göstərib, dəhvul-qəlbə yetişib, həqiqət onda zühur edib və tövhid nuru ona saçıb.

Ürəyindən bir nöqtə zühur edən vaxt

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

“(Onu) rəhmət, gözəl ruzi (ya

ud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!” (“Vaqiə” surəsi, ayə 89)

Mütəal Allah müqərrəblərə nisbətdə buyurur:

فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

“Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa, “(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir!” (“Vaqiə” surəsi, ayələr 88- 89)

Allahın nuru onun ürəyində təcəlli etdikdə, onu o qədər irəli aparır ki, qürb məqamına nail olur. İnsan kamalın bu mərtəbəsinə çatdıqda nəticəsi bu olur ki, özü gözəl və ətirli gül-çiçəyə, cənnətə dönür, yənin onun insanlıq vücudu cənnətə çevrilir.

İmam Sadiq (ə) buyurur: “Biz cənnəti satırıq, hər kəs onu istəyirsə, biz cənnəti ona əta edirik”.

Nə üçün buyurur, biz cənnəti satırıq? Çünki, birincisi cənnət onların ixtiyarındadır, ikincisi də onların vücudu cənnətdir. Sonsuz və nəhayəti olmayan vücud! Bu sonsuz varlığın bir bucağında da bizə yer verirlər. Yoxsa necə deyə bilərlər ki, biz cənnəti satırıq?! Hansı qaynağa əsasən buyurur: “Cənnəti sənə zamin oluram”?! (Əl-əslu sittətul-əşr, səh 84).

İnsan tövhid yoluna qədəm qoyduqda cənnət insanı olur. Sonu olmayan cənnət. Əlbəttə insanlıq məqamının bu mərtəbəyə nail olmaq uca mərtəbələrdən çox aşağı bir məqam hesab olunur.

İnsanın həqiqəti , nəhayətsiz seyr

Elə ki, insan ürəyini aça bildi, Allahın feyz qapıları onun üzünə açıldı və əhli-beytin (ə) vilayəti yoluna qədəm qoymaqla “Allah onu Özünə qovuşdurar” məqamına çatdı, Allahın ad və sifətləri onda təcəlli etdi, o vaxt onun vücudu o qədər genişlənir ki, cənnət yaradır.

İnsan öz vücudunun təkamül seyrində Allahın ad və sifətlərinin onda təcəlli etməsi mərtəbəsinə çatması ona görədir ki, onun yaradışı belə tələb edir. Mütəal Allah buyurur:

إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً

“Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam” (“Bəqərə” surəsi, ayə 30).

Allahın xəlifəlik xələtini geyinmiş insan gərək yüksək tövhid məqamlarına sahib olsun. Çünki canişin gərək canişin olduğu tərəfin ad və sifətlərini özündə daşısın. Mütəal Allah da mütləq kamal olduğu üçün insanın da vücudunun genişlənə bilməsi vardır ki, özünü mütləq kamala qovuşdursun və tövhidi məqamlara sahib olsun.

Mütəal Allah bizim yaranışımızı belə qərar vermişdir ki, nəhayətsiz seyr edə bilərik. Ona görə də özümüzü elə bir məqamda saxlamalıyıq ki, bu kamalları ən azından hiss edək. Ən azından artmaq ruhunun ətri və xoş iyi burnumuza yetişsin, bizdə elə bir susuzluq yaransın ki, gözəl əxlaq və insanlıq kamallarının həsrətini çəkək.

Dünya elə bir yerdir ki, insan gərək tövhid yolunda qədəm götürsün və insanlıq məqamının həsrətində olsun. Əgər bu həsrət mənzilidə insanlıq məqamının həsrətini çəkək. Əgər bu mənzildə insanlıq məqamının həsrətini çəkməsək, axirət aləmi olan bundan sonrakı mənzildə həsrət çəkəcəyik. Həmin məqam ki, Mütəal Allah onun barəsində buyurur:

وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ

“(Ya Rəsulum!) peşmançılıq günü ilə qorxut!” (“Məryəm” surəsi, ayə 39)

Yəni, ey mənim Rəsulum, insanlara de ki, qarşıda həsrətlər var, ondan qafil olmayasınız. Elə yaşamayın ki, sonra peşman olasınız.

Təbiət aləmində insanılıq məqamlarının həsrətini çək, dünya evində təəssüf et ki, nə üçün əməl əhli olmamısan?! Bu gün əməl günüdür. Burada insanlıq həsrətini çək ki, can və ürəyin tövhid yolunda hərəkət eləsin. Bu dünyada insanlıq həsrətini çəkməsə, bundan sonrakı mənzil olan axirət aləmində əbədi əzaba çevriləcək.

Ona görə də insanı insanlıq məqamında qədəm götürməyə tərəf hərəkət etdirmək lazımdır. Dinin bütün hərəkatları insan yetişdirmək üçündür. Dinin zahir və batini hamısı insanı öz həqiqi kamal və inkişaf yoluna yönəltsin.

Moskva şəhərində bir cavan mənə danışırdı ki, bir rus qadınla izdivac etdikdən sonra onun ailəsinə İslamdan təkcə təharət məsələlərini dedim. Onlar hamılıqla bu dinin təsirinə düşdülər. Din, yəni təharət və paklıq. Əgər dinin zahiri budursa, bəs batini nədir? Gərək bunu dadasan və ilahi dinin insan yetişdirən mənasını anlayasan. Allahın bütün hökmləri insan yetişdirmək üçündür. Bununla da onun həqiqəti inkişaf etsin və vücudunda cənnət yetişsin.

Mütəal Allahın bu ayda başdan başa bizim ixtiyarımızda qoyduğu məğfirət və rəhmətdən faydalanmalıyıq. Allah eləməsin ki, Ramazan ayı qurtarsın və bir elə bir ay bundan qabaqkı adam olaq. Hər an və hər gün gərək, qabaqkı an və günə nisbət irəliləyişimiz olsun. İnsanın irəliləyişi Allahın rəhmət və bağışlamaq günləri ilə üst-üstə düşərsə, onun hərəkət və yüksəlişi də ikiqat olar. Bu ilahi fürsətlərdən çox istifadə etməliyik. Rəsuli-əkrəm (s) buyurur:

«اِنَّ لِرَبِّکُمْ فِی أَیّامِ دَهْرِکُمْ نَفَحاتٌ أَلا فَتَعَرّضُوا لَها»

Sizin ömrünüz boyu ilahi nəsimlər əsir. Bəs ayıq olun və özünüzü bu nəsimlərdə qərar verin.

——————————————————–

  • * Böyük Ustad Şeyx Əli Füruğinin 1391 şəmsi ilinin mübarək Ramazan ayında çıxışlarından seçmələr
Sorğu

Ustad Ayətullah Füruğinin saytının yeni dizaynı barədə fikriniz nədir?